Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


XIII BAŞLIQ {Sokratın, çoxlu başqa konularla bağlı dedikləri}



Yüklə 1,62 Mb.
səhifə73/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   69   70   71   72   73   74   75   76   ...   84
XIII BAŞLIQ
{Sokratın, çoxlu başqa konularla bağlı dedikləri}
Bir gün kimsə, bir tanışına alqış(salam) desə də, ancaq onun,–alqışını saya salmadan ötüb keçdiyini danışıb, incik-incik söyüb-söylənirdi.

-Çox gülməlidir, - Sokrat ona üz tutub dedi,- birdən sənin yoluna salxaq(şikəst), yəni bədənində çatışmazlığı olan birisi çıxardısa, sən özündə də bu çatışmazlığın olmadığına görə, ondan inciməzdin; indi qanacağı yerində olan sənin kimisinin qarşısına, qanacağı çatışmayan birisi çıxıbsa, sən nədən, buna görə yanıb yaxılırsan?

Başqa birisi, aclığı oldu-olmadı, özünü saxlaya bilməiyib, elə hey yediyindən, gileylənirdi.

- Bunun qabağını, ancaq qanacaqla almaq olar,- Sokrat ona dedi.

-Necə yəni?

-Yeməyini azaltmaqla. Bunu elədinmi, yaşayışın gözəl olacaq, ucuz başa gələcək, özün də sağlam olacaqsan.

Başqa birisi, vasvasılıq eləyib, qapısındakı içməli suyun isti olduğu üçün, içməyə yaramadığından gileylənirdi.

-Belədirsə,- Sokrat ona dedi,- onda sən isti suyla yuyunmaq istəyəndə, bu su sənin işinə çox yarayar.

-Yox ey, bu su yuyunmaq üçün soyuqdur.

-Qulluqçuların üçün necə, bu su içməyə, yuynmağa yarayırmı?

-And olsun Zevsə, mən düzü baş aça bilmirəm, necə olursa, onlar bu suyu içirlər də, onunla yuyunurlar da.

-Səncə, hansı su isti olar, sənin qapındakı, yoxsa Askelepin* ocağındakı(məbədindəki)?

-Askelepin ocağındakı isti olar.

-Çimmək üçün, sənin qapındakı, yoxsa Amfiray* ocağındakı su soyuq olar?

-Amfiray ocağındakı soyuqdur.

-Onda belə çıxır, sən burada boş-boşuna hay-küy salırsan, özünü: qulluqçularından da, ağrınan kimsələrdən də, dözümsüz aparırsansa, belə çıxır, sən vasvasılıq eləyirsən, bunun başqa adı yoxdur!

Birisi öz qulluqçusunu, amansızcasına döymüşdü. Sokrat ondan, qulluqçusunu nədən belə döydüyünu soruşdu.

-Bu yaramaz, sucuqqarın(şirniyeyən), iş yarıtmayan, əliəyri, çox da ərincəkdir, ona görə.

Sokrat başını bulayıb dedi:

-Sən bir dərindən düşün, belə bir qulluqçun olduğuna görə, sənimi döymək gərəkdir, yoxsa onumu?

Birisi yolun uzunluğundan ərinib, Olimpə qalxmaqdan çəkinirdi.

-Sən bu yola çıxmağa, niyə belə ərinirsən? - Sokrat ondan soruşdu.- Bütün günü evdə o baş bu başa var-gəl eləmirsənmi? Orayacan keçib gedəcəyin yolun da belə olmayacaqmı?- bir az gedib, obaşdanlığını yeyəcəksən, sonra bir az da gedib, günortanı yeyib, dincələksən, habelə bunun kimi. Sən elə evdə beş-altı günə addımladığın yolu uc-uca düzsən, Afinadan Olimpəcən çatar! Bundan başqa, bir gün tez yola çıxsan, gecikməzsən də: gündüzlər, istidə çox yol getmək adamı yorur, bir gün tez çıxsan: arxayınca, özünü yormadan gedərsən; ona görə də yolu yeyin getməkdənsə, evdən bir gün qabaq çıxmaq yaxşıdır.

Başqası, keçib gəldiyi uzaq yolda, çox yorğun düşdüyündən gileylənirdi. Sokrat ondan yolda yük daşıyıb daşımadığını soruşdu.

-Yox, and olsun Zevsə,- o, dedi,- çiynimdə bürüncəkdən başqa nəsə olmayıb.

-Yola tək çıxmışdın, yoxsa qulluqçun da vardı?

-Qulluqçu ilə çıxmışdım.

-O da yüksüz idi?

-Yox, and olsun Zevsə, yorğan-döşək, yeyəcək, bir az da başqa yükümüz vardı, hamısını da o daşıyırdı.

-Yolda təntiyib eləmədi, qulluqçun?

-Yox, məndən də yaxşı yeriyib gəlirdi.

-Birdən bu yol boyu, onun daşıdığı yükü sən daşısaydın, necə olardı?

-Yaman günə qalardım, and olsun Zevsə, doğrusu bu yüklə o yolu keçib gəlməyə gücüm də çatmazdı.

-Öz qulundan az dözümlü olmaq, sənin kimi özgür bir kimsəyə yaraşarmı, özün də gimnastika çalışmalırına qatıldığını deyirsən?


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin