Sorğu-sual protokolu
3 noyabr 1937-ci il, Mən - 6-cı şöbənin kiçik leytenantı Ustinov
1. Soyadınız-Rəsulova
2. Adınız və atanızın adı - Ümbül Banu Əbdül Əziz qızı
3. Doğum tarixiniz - 1888-ci il, Bakı
4. Ünvanınız - Bakı şəhəri, Qasım İsmayılov küçəsi, 129
5. Milliyyəti və vətəndaşlığınız - azərbaycanlı, SSRİ
6. Pasport 20.12.35. 5 şöbə BQM J2 101609
7. Məşğuliyyəti - yoxdur
8. Sosial durumu - fəhlə deyil
Ailə tərkibi-5 nəfər. Anası Musa qızı 1871; qızı Xalidə 1916; oğlu Azər 1921 və həyat yoldaşı Rəsulov Məmməd Əmin - xaricdə, Türkiyənin Konstantinopol şəhərindədir.
Təhsili - azsavadlı
Partiyalılığı - üzv deyil
Günahlandırılan şəxsin ifadəsi
3 noyabr 1937-ci il
Sual: Həyat yoldaşınız Məmməd Əmin Rəsulovun hal-hazırda harada olması barədə məlumat verin.
Cavab: Mənim həyat yoldaşım Rəsulov Məmməd Əmin 1920-ci ildən xaricdə -Türkiyənin Konstantinopol şəhərində yaşayır, inqilabdan sonra ora qaçıb.
Sual: Həyat yoldaşınızla əlaqəniz olubmu və necə?
Cavab: Bəli, 1924-cü ilədək. Həyat yoldaşımla məktub vasitəsilə əlaqə saxlamışam, 1924-cü ildə ondan 18 dollar pul almışam, amma 24-cü ildən sonra onunla heç bir yazışmam olmayıb.
Sual: Həyat yoldaşınızla yazışmanı niyə dayandırdınız?
Cavab: Həyat yoldaşım mənə uşaqlarla bağlı yazırdı və biz onların gələcəyini korlamamaq üçün məktublaşmağı dayandırmağı qərara aldıq.
Sual: Ailə tərkibiniz haqqında ətraflı məlumat verin.
Cavab: Ailəm 5 nəfərdən ibarətdir. Ümbülbanu, anam Maral Musa qızı, qızım Xalidə, oğlum Azər və Türkiyənin Konstantinopol şəhərində yaşayan həyat yoldaşım Rəsulov Məmməd Əmin.
İmza: Rəsulova
Sual: Deyin, bizə saydıqlarınızdan başqa ailə üzvünüz varmı?
Cavab: Başqa heç kəs yoxdur.
Dostları ilə paylaş: |