Sos uşaq Kəndləri Azərbaycan” Assosasiyası

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 163.66 Kb.
tarix21.10.2017
ölçüsü163.66 Kb.

SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası

SOS Bakı Ailələrə Dəstək Layihəsi”



Nizami küç. 137\1 Bakı AZ 1010, Azərbaycan

Tel: 012 498 82 98\ 598 36 98

Mob: 055 277 44 08

Email: fsbaku@sosushaqkendleri.az

___________________________________________________________________________________________________




SOS UŞAQ KƏNDLƏRİ-AZƏRBAYCAN” ASSOSASİYASI


SOS UŞAQ KƏNDLƏRİ” BEYNƏLXALQ TƏŞKİLATININ

rəsmi nümayəndəsi olaraq

Atılmaq riski qarşısında olan uşaqlar

üçün kompüter, ali və orta – ixtisas məktəblərinə hazırlıq və xarici dil kurslarının təşkili məqsədilə



ŞİRKƏTİN SEÇİLMƏSİ

ÜÇÜN

TENDER SƏNƏDLƏRİ

Layihə: Bakı Ailələrə Dəstək (Bakı şəhərində atılmaq riski qarşısında olan uşaqların ailələrinə dəstək göstərilməsi)

Bakı, Noyabr 2010-cu il

SOS UŞAQ KƏNDLƏRİ-AZƏRBAYCAN” ASSOSASİYASI



Tender üçün Dəvətnamə

“SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası “SOS Uşaq Kəndləri” Beynəlxalq Hümanitar Təşkilatının rəsmi üzvü olaraq, 1999-cu ildə yaradılmış və 11 ildir fəaliyyət göstərir. Assosasiyanın missiyası kimsəsiz, valideyn himayəsindən məhrum, eyni zamanda ehtiyacı olan uşaqların ailə mühitində yaşamasını təmin etmək, bu uşaqlara öz gələcəklərini formalaşdırmaqda köməklik göstərmək, onların öz mədəni mühitlərinə və dini əqidələrinə uyğun yaşamalarına, cəmiyyətin fəal üzvü kimi formalaşmalarına şərait yaratmaqdır.

Assosasiya 2007-ci ilin Yanvar ayından etibarən Ailələrə Dəstək Layihəsinin icrasına başlamışdır. Ailələrə Dəstək Layihəsinin məqsədi uşaq müəssisələrinə atılmaq riski altında olan uşaqların öz bioloji və himayədar ailələrində yaşamaları istiqamətində onlara və ailələrinə maddi, mənəvi, mədəni, hüquqi, sosial, psixoloji, təhsil və sağlamlıq problemlərinin həlli istiqamətində dəstək vermək, ailənin bütövlüyünü qorumaq və cəmiyyəti bu işdə səfərbər etməkdir. Layihənin bu günə olan statistikasına əsasən atılmaq riski altında olan 182 uşaq, 124 himayədar olmaqla 88 ailə benefisiarı vardır.

Layihənin əsas xidmətlərindən biri atılmaq riski qarşısında olan uşaqların təhsil hüququnun təmin edilməsi və onların təhsilinin gücləndirilməsi məqsədilə Təhsil dəstəyi (məktəb ləvazimatları, kitab və formaların alınması, məktəbəqədər tədrisin təşkil olunması, uşaqlar üçün dərnək və kursların təşkil olunmasi, tədrisin gücləndirilməsi) göstərilir. Bu istiqamətə uyğun olaraq kompüter, ali məktəbə hazırlıq və xarici dil kursları təşkil edilir.

“SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası Sizi, “SOS Uşaq Kəndləri” Beynəlxalq Hümanitar Təşkilatı tərəfindən maliyyələşən “Bakı Ailələrə Dəstək” layihəsinin Təhsil dəstəyi bölməsinə uyğun olaraq layihənin faydalananları üçün kompüter, ali məktəbə hazırlıq və xarici dil kurslarının həyata keçirilməsində lazım olacaq şirkətin seçilməsi üçün tenderdə iştirak etməyə dəvət edir.

Sizin tender sənədləriniz möhürlənmiş və nömrələnmiş zərfdə “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası Bakı Ailələrə Dəstək Layihəsinin koordinatoru – Rasif Dünyamalıyevə 26 Noyabr 2010-ci il saat 18:00-dan gec olmayaraq təqdim olunmalıdır.

İştirakçı  aşağıda sadalanan icbari sənədləri təqdim etməlidir:


  • Şirkətin qeydiyyat şəhadətnaməsinin surəti

  • Şirkətin qısa tarixi, o cümlədən struktur sxemi, əlaqəli şəxsin adı, soyadı, vəzifəsi və əlaqə vasitələri

  • Müştəriləri haqqında məlumat (ali məktəbə daxil olanlar, iş tapanlar və s.)

  • Xidmətlərin siyahısı

  • İşçi Heyətin siyahısı

  • Avadanlıq siyahısı

  • Bank rekvizitləri, hüquqi ünvan və təmsilçi şəxs

  • Qiymət təklifi

Sizin tender sənədləriniz aşağıda göstərilən tələbləri yerinə yetirmək bacarığınızı göstərməlidir.

Sizin bu tenderdə iştirakınız “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyasının müqavilə şərtlərinə dair tələblərini qəbul və əməl etməniz deməkdir.

Tender gedişatında ediləcək hər hansı bir dəyişiklik ətraflı izah edilərək, hər iki tərəflə razılaşdırılacaqdır.

ÜMUMİ MÜDDƏALAR

Qısa məzmun:


  1. MƏLUMAT VƏ TƏLİMATLAR



  1. QOŞMALAR

Qoşma 1 - Şirkətin qısa tarixi

Qoşma 2 - Müştərilər haqqında məlumat

Qoşma 3 - Xidmətlərin siyahısı

Qoşma 4 - İşçi Heyətin siyahısı

Qoşma 5 - Avadanlıq siyahısı

Qoşma 6 - Bank rekvizitləri, hüquqi ünvan və təmsilçi şəxs

Qoşma 7 - Qiymət təklifi

3. MÜQAVİLƏNİN ŞƏRTLƏRİ




  1. MƏLUMAT VƏ TƏLİMATLAR



    1. “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası “Bakı Ailələrə Dəstək” Layihəsinin Təhsil Dəstəyi bölməsinin tələblərinə uyğun olaraq bu, ümumi müddəalarla layihənin faydalananları üçün kompüter, ali məktəbə hazırlıq və xarici dil kurslarını həyata keçirməkdə lazım olacaq şirkəti seçmək metodunu təqdim edir




    1. Ümumi müddəalara dair əlavə məlumatlar “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyasının aşağıdakı ünvanda yerləşən ofisindən əldə edilə bilər:


Bakı, AZ 1010, Nizami küçəsi 137\1


    1. Müştəri ümumi müddəalar və onların detalları ilə tanış olmalıdır.




    1. Müştəri qiymətlər təklifini tərtib etdikdə ümumi müddəaların hissələri olan Müqavilənin ümumi, spesifik və maliyyə şərtlərini nəzərə almalıdır.




    1. Bu sənədlərin bir hissəsi olan, Qiymətlərin Siyahısında göstərilən kompüter, ali məktəbə hazırlıq və xarici dil kurslarını üçün qiymətlər ƏDV-siz təqdim edilməlidir. Hesablanmış ƏDV faizi ayrıca göstərilməlidir.




    1. Kompüter, ali məktəbə hazırlıq və xarici dil kurslarını üçün qiymət təklifi və başqa məlumatlar tender sənədlərinin komponent hissələrini təşkil edən orijinal sənədlərdə, aydın, pozulmamış, düzəliş edilməmiş və ya qaralanmamış təqdim edilməlidir.




    1. Qiymət təklifi möhürlənmiş zərfdə 26 Noyabr 2010-ci il saat 18:00-dan gec olmayaraq “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyasının ofisinə təqdim olunmalıdır. Qiymət təklifinin açılışı 29 Noyabr 2010-cu il tarixdə nəzərdə tutulur.




    1. Tamamlanmamış və nəzərdə tutulmamış vaxtdan sonra təqdim olunan Qiymət təklifləri nəzərə alınmayacaq.




    1. Tender komissiyası qiymət təkliflərinin açılması prosesində qiymət təkliflərinin aşağıdakı detallarını dəqiq müəyyənləşdirəcək:

• əgər qiymət təklifi tamamlanmış və bütün qoşmalar lazımi qaydada doldurulmalı

• təklif olunmuş qiymətlər reallığı əks etdirməli


    1. Tender komissiyası seçmə prosesində aşağıdakı komponentləri nəzərə alacaq:

• təklif olunmuş qiymətlər və onların mümkün mənbələrdəki qiymətlərlə müqayisəsi

• müştərilərin əvvəllər belə işləri həyata keçirməsi

• müştərinin xidmət təklif etmək bacarığı

• müştərinin təklif şərtlərini yerinə yetirmək bacarığı

ödəniş şərtləri


“SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası öz şəxsi seçimi əsasında müştərini seçmək hüququna malikdir və öz seçimininin səbəbləri haqqında açıq-aşkar izah və ya məlumat vermək məcburiyyətində deyildir.

“SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası bütün qiymət təkliflərindən imtina edə bilər:


• əgər təklif olunan qiymətlər tender sənədlərindəki şərtləri yerinə yetirməzsə
• əgər təklif olunan qiymətlər mümkün mənbələrdəki qiymətlərdən yuxarı olarsa
Belə hallarda “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası tenderi uğursuz hesab edir.


    1. Əgər ehtiyac olarsa, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası təqdim olunmuş ümumi müddəalara lazımi dəyişikliklər edə bilər.




    1. Müştərilərə, qiymət təkliflərini təqdim edib etməməsindən asılı olmayaraq tender sənədləşmələri haqqında məlumatların başqa tərəflərə verilməsinə icazə verilmir.




    1. “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası öz tender komissiyası ilə bütün qiymət təkliflərini qiymətləndirəcək, ən yaxşı təklif seçiləcək və seçilmiş müştəriyə mümkün qədər tez məlumat veriləcək.




    1. Qiymət təklifi aşağıdakılardan ibarət olmalıdır:




  1. Şirkətin möhürü ilə təsdiq edilən Müqavilə Şərtləri ilə birlikdə original sənəddə olmalıdır:




  1. Qoşma 1 - Şirkətin qısa tarixi

  2. Qoşma 2 - Müştərilər haqqında məlumat

  3. Qoşma 3 - Xidmətlərin siyahısı

  4. Qoşma 4 - İşçi Heyətin siyahısı

  5. Qoşma 5 - Avadanlıq siyahısı

  6. Qoşma 6 - Bank rekvizitləri, hüquqi ünvan və təmsilçi şəxs

  7. Qoşma 7 - Qiymət təklifi




  1. Müştəri həmçinin aşağıdakıları təqdim etməlidir:




    1. Şirkətin qeydiyyat şəhadətnaməsinin surəti

    2. Müəssisənin fəaliyyətini əks etdirən broşuraları, əgər varsa



  1. QOŞMALAR


Qoşma 1


ŞİRKƏTİN QISA TARİXİ




Bakı Şirkət nümayəndəsi (ad, soyad, imza və möhür)

Tarix ____________ ____________________________________

Qoşma 2

MÜŞTƏRİLƏR HAQQINDA MƏLUMAT

S\N

Ad\Soyad

Əldə etdiyi bilik

Əldə etdiyi nəticə

İmza





















































































































































































Bakı Şirkət nümayəndəsi (ad, soyad, imza və möhür)

Tarix ____________ ____________________________________

Qoşma 3

XİDMƏTLƏRİN SİYAHISI

S\N

XİDMƏTİN ADI

MÜDDƏTİ

QİYMƏTİ

CƏMİ




































































































































































































Bakı Şirkət nümayəndəsi (ad, soyad, imza və möhür)

Tarix ____________ ____________________________________

Qoşma 4

İŞÇİ HEYƏTİN SİYAHISI

S\N

İŞÇİNİN ADI \ SOYADI

VƏZİFƏSİ

İŞ TƏCRÜBƏSİ-İL





























































































































































Bakı Şirkət nümayəndəsi (ad, soyad, imza və möhür)

Tarix ____________ ____________________________________

Qoşma 5

AVADANLIQ SİYAHISI

S\N

AVADANLIQ

XÜSUSİYYƏTLƏRİ

İSTİFADƏ MÜDDƏTİ





























































































































































Bakı Şirkət nümayəndəsi (ad, soyad, imza və möhür)

Tarix ____________ ____________________________________

Qoşma 6

BANK REKVİZİTLƏRİ, HÜQUQİ ÜNVAN VƏ TƏMSİLÇİ ŞƏXS

HÜQUQİ ŞƏXS:

HÜQUQİ ÜNVAN:

VÖEN:

B\H:

BANK:

VÖEN:

KODU:

M/H:

S.W.I.F.T.:

TƏMSİLÇİ ŞƏXS:

Bakı Şirkət nümayəndəsi (ad, soyad, imza və möhür)



Tarix ____________ ____________________________________

Qoşma 7

QİYMƏT TƏKLİFİ

Layihə: Bakı Ailələrə Dəstək (Bakı şəhərində atılmaq riski qarşısında olan uşaqların ailələrinə dəstək göstərilməsi)

Tender No:

“SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyasına təqdim etmişdir:



Qiymət təklifi verən Şirkət: .......................................................................................................

Direktor: ........................................................................................................

Ünvan: ........................................................................................................

Tel/Faks: ........................................................................................................

E-mail: ........................................................................................................

Sizin tenderdə iştirak etmək dəvətinizə cavab olaraq, biz aşağıda imza edənlər bəyan edirik:



  1. Biz aşağıdakı xidmətləri layihənin faydalananları üçün təmin etməyi qəbul edirik (xahiş olunur münasibləri dairəyə alın):

    1. Qoşma 3-də təqdim olunan xidmətlər.

    2. Şirkətin təqdim etdiyi digər xidmətlər və güzəştlər.




  1. Biz ...............No-li, ................................... tarixli tenderə dəvət üçün işlərin tam tərkibini yoxladıq və onu qəbul edirik. Beləliklə, biz onun tam şərtlərini düzəlişsiz və ya məhdudiyyət qoymadan qəbul edirik.




  1. Biz tender işlərinin şərtlərinə uyğun olaraq layihə tərəfindən müəyyən edilmiş və “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyasının “Bakı Ailələrə Dəstək” Layihəsi tərəfindən göndərilmiş şəxslərə məhdudiyyətsiz və ya şərtsiz olaraq vaxtında kompüter, ali məktəbə hazırlıq və xarici dil kursları xidmətlərini təmin etməyi təklif edirik.




  1. Təqdim olunduğu vaxtdan bu, qiymət təklifinin etibarlılığı ....... gündür. Məsələn, ...................... tarixə qədər




  1. Biz standart etik şərtlərlə, bu təklifin tenderin rəsmi qaydasında təqdim olunmasına, xüsusilə mümkün vəzifə vəziyyətindən sui-istifadə olunmamasına, digər namizədlərlə və ya tərəflərlə heç bir əlaqənin olmamasına əməl etməyə razılaşırıq. Bizim bu prosedurada, hər hansı təklifdə heç bir başqa marağımız yoxdur.




  1. Hazırkı tenderə dəvət sənədi “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyasının üzərinə hər hansı müştəriyə üstünlük vermək məsuliyyətini qoymur və tenderdə iştirak edən barədə seçim əsasında qərar vermək hüqüqunu özündə saxlayır. . Assosasiya öz qərarının səbəbləri haqqında açıq şəkildə izahat və ya məlumat verməyi öz üzərinə götürmür. Biz anlayırıq ki, “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası yalnız müqavilənin hissəsini vermək və ya bütün Qiymət Təkliflərini imtina etmək hüququna malikdir.



  1. Əgər bizim qiymət təklifimiz qəbul edilərsə, Sizin rəsmi təsdiqinizdən sonra 3 gün müddətində nəticə çıxarmağa və Müqavilə imzalamağı öhdəmizə götürürük. Bizim əməkdaşlığımız Müqavilə imzalandığı gündən başlayacaq.




  1. Biz ödəniş şərtlərini tender sənədlərinin hissəsi kimi aldığımız Müqavilə şərtlərində göstərilən kimi qəbul edirik. Biz əvvəlcədən ödəniş tələb etmirik.




  1. Biz ümumi aylıq hesabın (bizə çatacaq məbləğin) _______%-i qədər güzəştə getməyi təklif edirik.

Bakı Şirkət nümayəndəsi (ad, soyad, imza və möhür)

Tarix ____________ ____________________________________


  1. MÜQAVİLƏNİN ŞƏRTLƏRİ


ÜMUMİ ŞƏRTLƏR


  1. Giriş qeydləri

Müqaviləın komponenti olan Müqavilə şərtləri “SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası və tenderin qalibi olmuş müştəri arasında imzalanacaq. Müqavilə şərtləri spesifik məsələləri aydın əks etdirmədiyi halda, Assosasiya daha dəqiq izahat verəcək.

  1. Müqavilə sənədindəki bəndlərin izahı

Müqavilənin ümumi, spesifik və maliyyə şərtləri tender sənədləşməsi kimi, layihənin tələblərinə uyğun olaraq təyin edilir və müştəri ona sadiq qalmağı öhdəsinə götürür. Müştərinin Müqavilə sənədlərində hər hansı bəndlər haqqında izahat xahiş etmək hüqüqü var. Assosasiya belə xahişi qəbul etdikdən sonra, üç gün ərzində yazılı şəkildə izahat verəcəkdir.

  1. Müqavilə

Müştəri Assosasiyanın rəsmi təsdiqindən sonra üç gün müddətində müqaviləni imzalayacaq və müqavilə imzalandığı gündən etibarən əməkdaşlıq başlayacaq.

  1. Əməkdaşlığın əhatə dairəsi

Müqaviləyə tender sənədlərində və qəbul edilmiş qiymət təkliflərindəki dəqiq müəyyən edilmiş bütün əməkdaşlıq bəndləri daxildir.

  1. Müqaviləyə qoşma (əlavə)

Əgər əlavə şərtlərin daxil edilməsinə ehtiyac olarsa, həmin əlavə şərtləri müəyyənləşdirən, müqaviləyə qoşma hazırlanacaq.

  1. Müqavilənin ötürülməsi

Assosasiyanın rəsmi təsdiqi olmadan podratçının müqaviləni və ya onun bəndlərini, hüquqlarını və ya öhdəliklərini hər hansı sub podratçıya, başqa podratçıya və ya üçüncü tərəfə ötürməyə icazəsi yoxdur.

  1. Müqavilənin ləğv edilməsi

Əgər podratçı özünün müqavilə öhdəliklərini icra edə bilməzsə, Assosasiyanın müqaviləyə son vermək hüququ var.

  1. Podratçının öz öhdəliklərini dərk etməsi

Podratçı tenderə dəvət üçün işlərin tam tərkibini və onun bəndlərinin tamlığını düzəlişsiz və ya məhdudiyyət qoymadan qəbul etməyi öhdəsinə götürür. Podratçı hər hansı mümkün qeydlərini öz qiymət təklifi ilə birlikdə yazılı şəkildə təqdim etməlidir. Müqavilə imzalandıqdan sonra daxil olan qeydlər Assosasiyanın podratçının öz öhdəliklərini tam başa düşməsini güman etməsinə qədər müddətdə qəbul edilməyəcəkdir.

  1. Hüquqi əsasnamələrlə razılaşma

Podratçı Şirkətin fəaliyyətlərinə dair Azərbaycanın bütün qanunlarına və əsasnamələrinə əməl etməlidir. Podratçının bu əsasnamələrə əməl olunmamasına görə baş verə biləcək hər hansı sanksiya və cərimələri üçün Assosasiya zərəri ödəməyi öhdəsinə götürmür.

  1. Rüşvət əleyhinə müddəa

Podratçı Assosasiyanın hər hansı işçisinə və ya onun təyin etdiyi şəxsə rüşvət (kompensasiya, hədiyyə, qonaqlıq daxil olmaqla) verməməlidir. Podratçı Assosasiya işçisi və ya üzvü tərəfindən təklif olunan rüşvəti qəbul etməməlidir. Podratçı bütün mümkün rüşvət vermə halları haqqında yazılı şəkildə Assosasiyanın Ölkə Direktoruna hesabat verəcəkdir.

  1. Son qeydlər

Podratçı razılaşır ki, onun təklif etdiyi qiymətllərdən istifadə edərək, ilkin layihə büdcəsinə və mümkün azalmalara əməl etmək üçün Assosasiya ilkin tenderdə olan əməkdaşlığı azalda bilər.

SPESİFİK ŞƏRTLƏR

  1. Əməkdaşlığın şərtləri

Assosasiya kompüter, ali və orta ixtisas məktəblərinə hazırlıq və xarici dil kursları xidmətlərinin təmin edilməsini monitorinq etmək məqsədi ilə göndəriş və sənədləşmə sistemi yaradacaq. Təhsil müəssisəsinə göndərilmiş hər bir şəxs təşkilat tərəfindən hazırlanmış formanı təqdim edəcək (bu sənədə Qoşma 1). Etibarlı sənəd kimi bu formanın Təhsil müəssisəsi tərəfindən tanınması üçün aşağıdakı bölmələr doldurulmalı, layihənin koordinatorunun imzası ilə təsdiqlənməlidir.

  • Xidmət göstəriləcək şəxs haqqında məlumatlar (familiyası və adı, doğum tarixi, hazırki ünvanı, telefon nömrəsi, oxuduğu sinif);

  • Göstəriləcək xidmətin adı

  • Göstəriləcək xidmətin müddəti

13. Xəstələrin qəbul edilməsi

Etibarlı göndəriş sənədi ilə təhsil müəssisəsinə qəbul edildikdən sonra şəxsə layihə tərəfindən verilmiş göndərişdə müəssisəyə aid yerlərdə qeydlər aparılır, müqavilə imzalanır və göndərişin bir hissəsi Assosasiya qaytarılır.



14. Nəzarət etmə və monitorinq

Podratçı bu sənədlərdə təqdim edilən əməkdaşlıq şərtləri üçün Assosasiyaya tam cavabdeh və məsuldur. Kompüter, ali və orta ixtisas məktəblərinə hazırlıq və xarici dil kursları xidmətlərinin həyata keçirilməsinə nəzarət və monitorinq etmək üçün Assosasiya və Layihənin nümayəndələrinin Təhsil müəssisəsinə müntəzəm baş çəkmək hüququ var.



MALİYYƏ ŞƏRTLƏRİ

15. Əlavə Qiymətin Təşkili

Əgər Assosasiya ilkin qiymət sorğusuna daxil edilməyən xidmətlər üçün əlavə qiymətlər tələb edərsə (soruşarsa), müqaviləçi qiymət hesablaması hazırlayacaq və yazılı şəkildə Assosasiyaya təqdim edəcək.

Bu xidmətlər üçün analiz olunan qiymətlər başqa təhsil müəssisələri ilə müqayisədə orta bazar qiymətlərindən yüksək olmamalıdır.

16. Vergilər, ƏDV (əlavə dəyər vergisi)

Vergilərin, ƏDV-nin cəmi Qiymət Sorğusunda hər bir spesifik xidmət növü üçün təqdim olunan qiymətdə ayrıca faiz/məbləğ kimi göstərilməlidir. ƏDV və başqa müvafiq vergilər ödəniş üçün olan qaimələr faktura, hesab faktura və elektron hesab fakturalarda ayrıca qeyd olunmalıdır.



17. Razılaşdırılmış xidmət qiymətləri

Razılaşdırılmış xidmət qiymətləri - qiymət təklifində təqdim edilən qiymətlər hesab olunur.



18. Razılaşdırılmış xidmət qiymətlərinə yenidən baxılması

Razılaşdırılmış xidmət qiymətləri müqavilə müddəti ərzində dəyişdirilə bilməz. Əgər hər hansı qiymətin orta bazar qiymətlərinə uyğun dəyişdirilməsi üçün ona yenidən baxılmasına ehtiyac olarsa, o zaman müqaviləçi müvafiq əsaslandırmalar da daxil olmaqla razılaşdırılmış qiymətin dəyişdirilməsini yazılı olaraq xahiş etməlidir.



19. Göstərilən xidmətlər üçün ödənişlər

Ödənişlər ay ərzində göstərilən xidmətlər üçün olan qaimə faktura, hesab faktura və elektron hesab fakturalar müqavilə imzalamış Müəssisə tərəfindən təqdim edildikdən sonra müntəzəm olaraq aylıq ediləcək. Ciddi hesab blanklarında aylıq cəmi məbləğ göstərilməli və xidmət göstərilən müştərilərin adı olan “Forma 2” Təhvil-təslim aktı də ona əlavə edilməlidir.

Hər bir “Forma 2” Təhvil-təslim aktında hər bir müştəri üçün cəmi qiymət və həmçinin göstərilən hər bir xidmətin ayrıca qiyməti öz əksini tapmalıdır. Müştəri üçün keçirilən tədris proqramının bir nüxsəsi təqdim edilən sənədlərə əlavə edilməlidir. Ay ərzində yığılan bütün Kurs Xidməti Göndərişi Formaları müvafiq ayın maliyyə sənədlərinə dəstək sənədi kimi əlavə ediləcək.



20. Ödəniş şərtləri

Maliyyə sənədləri yoxlandıqdan və qəbul edildikdən sonra ödəniş on (10) iş günü ərzində müvafiq təhsil müəssisəsinin bank hesabına ediləcək.



Qeyd: Müştəri Müqavilə şərtlərinin bütün vərəqlərini imzalamalı, öz möhürünü vurmalı və qiymət təklifi ilə birlikdə təqdim etməlidir

Qoşma 1

Kurs Xidməti ilə bağlı Göndəriş





BAKI—Ailələrə Dəstək Layihəsi

Ünvan

Nizami küç. 137\1

SOS Uşaq Kəndləri – Azərbaycan”

Assosiasiyası

Telefon

(012) 498-82-98

(012) 598-36-98

URL

www.sosushaqkendleri.az

E-mail

rasifd@sosushaqkendleri.az

fsbaku@sosushaqkendleri.az

Kurs xidməti göstərilməsi ilə bağlı

TƏYİNAT BLANKI №______

Bakı şəhəri, “ ” __________________ 2010-cu il

Müraciət edənin adı\soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsi:____________________________________________________________

Uşağın adı\soyadı, yaşı, oxuduğu sinif:________________________________________________________________________________

Xidmət göstərənin adı\ soyadı və müəssisə:____________________________________________________________________________

Xidmətin göstərildiyi müddət________________________________________________________________________________________

Kursun adı:_________________________________________________________________________________________________________

_____________________ _____________________ ____________________

Layihənin koordinatoru Layihənin faydalananı Xidmət göstərən



“SOS Uşaq Kəndləri Azərbaycan” Assosasiyası


Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə