Sosial ekologiya



Yüklə 0,92 Mb.
səhifə1/4
tarix07.06.2018
ölçüsü0,92 Mb.
#52937
  1   2   3   4

Sosial ekologiya” fənnindən test sualları

QRUP: 2315a

1. Ekologiya .... öyrənən elmdir.

A) canlı və cansız təbiətin qarşıılıqlı münasibətini

B) bəşəriyyəti və təbiəti

C) insanların sağlamlığını

D) təbiət və insanların qarşılıqlı münasibətini

E) ətraf mühiti

2. Ekologiya sözü ilk dəfə nə vaxt işlənmişdir?

A)1858-ci ildə

B)1890-cı iıldə

C)1860-cı ildə

D)1859-cu ildə

E)1866-ci ildə

3. Sosial ekologiya necə bir elmdir?

A) bəşəriyyətin qlobal problemləri kontekstində cəmiyyət, təbiət və insan arasında onun təmasda olduğu həyati mühit arasında, spesifik əlaqələri emprik tədqiq edən və nəzəri cəhətdən ümumiləşdirir.

B) bəşəriyyət, təbiət və insan arasında əlaqələri öyrənir.

C) təbiət və canlılar arasında onun təmasda olduğu həyati mühiti əlaqələrini müəyyənləşdirir.

D) insan və təbiət, onun fəaliyyəti və inkişaf qanunları sistemi haqqında elm kimi başa düşülür.

E) insanların sosial vəziyyətini və problemlərini öyrənir.

4. Müasir dövrün qlobal problemləri:

A) istilik-nüvə müharibəsi problemi; beynəlxalq münasibətlərin sülh əsasında inkişaf etdirilməsi; təbii ehtiyatlardan səmərəli və kompleks şəkildə istifadə edilməsi; fəal demoqrafik siyasətin aparılması, ətraf mühitin mühafızəsi, sosial ədalətin qərarlaşması; aclıq, yoxsulluq və s.

B) insan və təbiət arasındakı ziddiyyətlərin aradan qaldırılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi; fəal demoqrafik siyasətin aparılmaması, mədəni dəyərlərin qiymətləndirilməsi.

C) müharibə və sülh problemi, hərbiləşmə, təbii fəlakətlər və s., təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsi; və s.

D) əhalinin surətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi; sülh problemi, hərbiləşmə, ETİ və s.

E) Elmi-texniki inqilab, Elmi-texniki tərəqqi; sülh problemi; beynəlxalq münasibətlərin inkişaf etdirilməsi.

5. Azərbaycanın işğal olunmuş əraziləri neçə faizdir?

A) 20%


B) 30%

C) 15%


D) 25%

E) 16%


6. Ekologiya elmi ilk dəfə kim tərəfindən işlənmişdir?

A) D.Toro

B) V.İ. Vernadski

C) E.Hekkel

D) Ç.Darvin

E) A.Tensli

7.Sosial ekologiya elmi nə vaxtdan inkişaf etməyə başlamışdır?

A) XX əsrdən

B) IXX əsrdən

C) XXI əsrdən

D) 1890-cı ildən

E) XX əsrin sonundan

8. “Qırmızı kitab” hansı təşkilatın təşəbbüsü ilə aparılır?

A) BTMİ


B) BDT

C) ÜST


D) FAO

E) göstərilən cavabların heç biri

9. Sosial ekologiya nəyi öyrənir?

A) təbətlə və cəmiyyətin qarşılıqlı əlaqəsinin fəlsəfi-sosioloji aspektini

B) insanla təbiətin qarşılıqlı münasibətini

C) biosferi və təbiəti

D) cəmiyyət-təbiət- insan və onların fəaliyyətini

E) təbətlə və cəmiyyətin münasibətindən yaranan ziddiyyətləri

10. ”Demoqrafik partlayış” nədir?

A) Əhalinin sürətli təbii artimı və sosial təminatda problemlər yaranması.

B) Əhalinin tədricən artması.

C) Əhalinin azalması.

D) Əhalinin ərazi üzrə bərabər paylanması.

E) Əhalinin sürətli təbii artimı və maddi problemlərin yaranması.

11. Sosial ekologiyanın əsas predmeti:

A) insanın, cəmiyyətin, texnikanın, mədəniyyətin, təbiətin və sistemlərin qarşılıqlı təsiridir.

B) biosferlə insan arasnda qarşılıqlı münasibətdir.

C) insan, təbiət və cəmiyyət arasınada qarşılıqlı münasibətidir.

D) canlı aləmlə cansız təbiətin qarşılıqlı təsiridir.

E) “təbiət-cəmiyyət”sistemi arasınada ümumi münasibətdir.

12. Son 100 ildə nə qədər oksigen məhv edilmiş və onun yerinə atmosferə nə qədər karbon qazı daxıl olmuşdur?

A) 250mld.ton oksigen və 360mld.ton karbon qazı

B) 200mld.ton oksigen və 360mld.ton karbon qazı

C) 350mln.ton oksigen və 300mld.ton karbon qazı

D) 200mld.ton oksigen və 360mln.ton karbon qazı

E) 250mln.ton oksigen və 300mln.ton karbon qazı

13. Sosial ekologiyanın əsas anlayışı özundə hansı ünsürləri birləşdirən mühitdir?

A) mənimsənilmiş mühit(“ev”), mənimsənilməkdə olan mühit (“ada”) və mənimsənilməmiş, lakin artıq bəşəriyyətin diqqətini cəlb edən mühitdir (“okean”).

B) mənimsənilmiş mühit(“okean”), mənimsənilməkdə olan mühit (“ada”) və mənimsənilməmiş, lakin artıq cəmiyyətin diqqətini cəlb edən mühitdir(“ev”).

C) mənimsənilmiş mühit(“ev”), mənimsənilməkdə olan mühit(“ada”) və mənimsənilməmiş mühitdir(“kosmos”).

D)mənimsənilmiş mühit, mənimsənilməkdə olan mühitdir.

E) Göstərilən cavabların hamısı düzgündür.

14. Sosial ekologiyanin tərifini verənlərdən birincilər sırasında durur:

A) Raderik Mak Kenzil (1927)

B) Ernest Hekkel (1860)

C) B.İ.Vernadski (1820)

D) Yan Ahri Feber (1870)

E) David Toro (1858)

15. Ekoloqların məlumatına görə bir nəfər bir gündə nə qədər zibil yaradır?

A) 0,5 kq

B) 0,1 kq

C) 1 kq


D) 0,5 q

E) 2 kq


16. Ekoloji kompleks neçə amılı əhatə edir?

A) 4


B) 5

C) 2


D) 1

E) 3


17. BMT-nin ətraf mühitə dair proqramı necə adlanır?

A) UNER


B) UNESKO

C) ÜST


D) FAO

E) VOZ


18. Qlobal ekologiya nəyi öyrənir?

A) Biosferin qruluşunu və onun antropagen, kosmik, geofiziki və digər təsirlərini.

B) Yerin qruluşunu və onun antropagen, təbii və digər təsirlərini.

C) Cəmiyyətin təbiətlə qlobal miqyaslı təsirini.

D) Əhalinin tərkibini və onun sosial, siyasi təsirlərini.

E) ”Təbiət və cəmiyyət”in qarşılıqlı münasibətlərini.

19. Sosial ekologiyanın məqsədi nədir?

A) İnsanın yaşadığı mühiti qoruyub saxlamaq və gələcək nəsillərə saxlamaqdır.

B) Ətraf mühiti mühafızə etmək.

C) İnsanların sosial rifahını yaxşılaşdırmaq.

D) Əhalinin təkibini və sayını müəyyənləşdirmək.

E) İnsanlar ücün yeni bir qanunlar işləməkdir.

20. Abşeron reqionunda ekoloji gərginliyi aradan qaldırmağın ən perspektivli yolu?

A) istehsal həcmini azaltmaq

B) tullantısız və az tullatılı texnologiyalara keçmək

C) zərərli istehsal sahələrini Abşerondan köçürmək

D) ətraf mühitə ziyan vuran istehsal sahələrini bağlamaq

E) doğru çavab yoxdur

21. Suyun səthində yayılan hansı çirkləndirici sudakı canlı aləmin törəməsi imkanlarını məhdudlaşdırır?

A) neft və neft məhsulları

B) məişət tullantıları

C) bərk tullantılar

D) inşaat materialları

E) meşə materialları

22. .... süni mühitdir.

A) insanlarin yaratdığı mühit

B) təbiətin yaratdığı mühit

C) insanların və texnologiyanın yaratdiğı mühüt

D) texnikanın yaratdığı mühit

E) insanların və təbiətin yaratdiğı mühüt

23. Miqrasiya nəyə deyilir?

A) əhalinin bir yaşayış yerindən başqasına və ya bir ölkədən başqasına köçməsinə

B) əhalinin öz ölkəsinə qayıtmasına

C) insanların yaşayış yerini dəyişməsinə

D) işçilərin bir ölkədən başqasına köçməsinə

E) insanların sürətlə artmasına

24. Əhalinin sıxlığı nədir?

A) Ölkənin hər kvadrat kilometrinə düşən əhalinin sayidır.

B) Şəhərin hər kvadrat metrinə düşən əhalinin sayidır.

C) Əhalinin çoxalmasidir.

D) Əhalinin sıx yaşamasıdır.

E) göstərilənlərin hamısı düzgündür.

25. Xarici miqrasiya neçə yerə ayrılır və hansılardır?

1.Emiqrasiya, İmiqrasiya. 2.ölkə daxilində bir bölgədən digər bölgəyə köçmək; bir ölkədən başqa ölkəyə getmək 3.bir ölkədən çıxıb getmək; başqa olkədən bir ölkəyə gəlmək 4.immiqrant, demiqrant 5. Düzgün cavab yoxdur

A) 1,3

B) 1,4


C) 2,4

D)2,3,4


E) 5

26. .... əhalinin təbii hərəkəti və ya artım deyilir.

A) Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayıni çıxdıqda, alınan fərqə

B) İnsanların il ərzində ölkədə doğulanların sayına

C) ölkəyə gələnlərin sayından gedənlərin sayıni çıxdıqda, alınan fərqə

D) Miqrasiya vasitəsilə ölkəyə daxil olan insanların artmasına

E) Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayınin üstə gəldikdə, alınan cəm

27. Daxili miqrasiya nəyə deyilir?

A) ölkə daxilində bir bölgədən digər bölgəyə köçməyə

B) yaşayış yerindən digər bölgəyə köçməyə

C) bir ölkədən digər ölkəyə köçməyə

D) bir bölgədən digər bölgəyə köçməyə

E) göstərilən cavabların heç biri düzgün deyil.

28. Ətraf mühitin pisləşməsinə səbəb olan amillərdən biri də nə hesab olunur?

A) elm və texnikanın inkişafı

B) təbii fəlakətlər

C) turşulu yağışlar

D) sənaye sahələrinin genişlənməsi

E)Torpaq eroziyaları

29. Okean və dəniz suları daha çox hansı məhsullarla çirklənir?

A) neft və neft məhsulları ilə

B) məişət tullantıları ilə

C) çirkab sularla

D) sənaye tullantıları ilə

E) radioaktiv maddələrlə

30. Ekoloji mühit dedikdə ..... nəzərdə tutulur.

A) insanları əhatə edən təbiət

B) canlıları əhatə edən mühıt

C) meşələrlə əhatə olunmuş ətraf mühit

D) təbiəti əhatə edən mühıt

E) biosferi əhatə edən mühıt

31. Ekologiya ili neçənci ildə elan edilmişdir?



  1. 2010

  2. 2011

  3. 2013

  4. 2012

  5. 2014

32. Abşeronda olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi - .....

A) 232,5 ha-dır

B) 231,5 ha-dır

C) 232 ha-dır

D) 223,5 ha-dır

E) 132,5 ha-dır

33. Ekoloji tarazlığın növləri:

A) şərait və təsirin çətinləşdirilmiş fəaliyyəti; onların fəaliyyətinin qeyri mümkünlüyü; əvvəlkiləri hədələməyən yeni şərait və təsirin təzahürü; əvvəlkiləri aradan götürən yeni təsir və şəraitin yaranması.

B) insan və təbiətin qarşılıqlı münasibəti; bu qarşılıqlı münasibətdən ziddiyətlərin yaranması, təbiətdə biomüxtəliflilik.

C)”təbiət-cəmiyyət”; “cəmiyyət-insan”, “təbiət-insan”onların münasibəti;

D) təbiət və cəmiyyətin qarşılıqlı münasibətiəti, yeni münasibətləri yaranması.

E) ətraf mühitin qorunması; yeni texnikanın inkişafı; təbiətdə biomüxtəliflilik.

34. Ekoloji böhran nə deməkdir?

A) İnsan fəaliyyəti nəticəsində yaranmış olan ətraf mühitin elə bir vəziyyəti nəzərdə tutulur ki, bu zaman insanın normal həyat fəaliyyəti qeyri-mümkün olur.

B) Təbiətdə gedən bəzi proseslər nəticəsində yaranmış olan vəziyyət insan üçün yararsız olur.

C) Cəmiyyətin fəaliyyətindən yaranmış şəraitdə insanın normal həyat fəaliyyəti mümkünsüz olur.

D) Texnikanın sürətli inkişafı nəticəsində yaranmış vəziyyətdə normal həyat fəaliyyəti olmur.

E) Göstərilən cavabların hamısı düzgündür.

35. Noosfer nədir?

A) Planetin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş sahəsidir.

B) Təbiətdə gedən proses nəticəsində planetin kəmiyyət və keyfiyyətcə dəyişməsidir.

C) Biosferin kəmiyyətcə bir haldan başqa vəziyyətə keçməsidir.

D)Ətraf mühitin proses və hadisələrin son nəticədə insan ağlı vasitəsi ilə planetin təkamülünün keyfiyyətcə yeniləşməsidir.

E) Göstəriən cavabların hamısı səhvdir.

36 . Əhali hansı etnik birliklərdən ibarətdirlər?

A) tayfa, qohum tayfa, xalq və millətlərdən

B) əhali, xalq, tayfa və millət

C) qohum, qrup, xalq və cəmiyyətdən

D) əhali, qonşu, xalq və millətlərdən

E) millət, xalq və əhalidən

37. “Qloballıq” termini üç mühüm mənaya malikdir:

A) miqyaslı, əhəmiyyətli; hər şeyi əhatə edən, hər yerdə olan; ümumbəşəri, ümumdünya, planetar, beynəlxalq, beynəlmıləl.

B) hər şeyi əhatə edən, hər yerdə olan; ümumxalq, ümumdünya; planetar, beynəlxalq, beynəlmıləl.

C) dünyəvi; ümumbəşəri, ümumxalq, planetar; beynəlxalq, lokal.

D) sərfəli, inkişafda olan; hər şeyi əhatə edən, hər yerdə olan; ümumbəşəri, ümumdünya.

E) Regional, ümumdünya, beynəlxalq, beynəlmıləl; hər yeri əhatə edən; mümkün olan.

38. Müasir qlobal problemlərin yaranma səbəbləri:

A) cəmiyyət, insan və təbiət arasındakı ziddiyyət; ədalətsiz cəmiyyətin ümumi böhranın güclənməsi; dünyanın iki bir-birindən fərqli düşərgəsində elmi-texniki inqilabın sürətli inkişafı.

B) cəmiyyət, texnika və təbiətin dəyişməsi; cəmiyyətin güclənməsi; təbiətə insanların təsiri.

C) cəmiyyət, insan və təbiətin münasibətləri; ədalətsiz cəmiyyətin ümumi böhranın başlanması; dünyada elmi-texniki inqilabın sürətli inkişafı.

D) insanın təbiətə münasıbəti; inkişafda olan cəmiyyətin səviyyəsi; ETI sürətli inkişafı.

E) cəmiyyət, insan və təbiət arasındakı münasibət və onlar arasında ziddiyətin güclənməsi.

39. Müharibə nədir?

A) Dövlət, siniflər və xalqlar (millətlər) arasında aparılan mütəşəkkil silahlı mübarizədir.

B) Yer kürəsində olan bütün insanların məhvi deməkdir.

C) Millətlər arasında aparılan silahlı mübarizədir.

D) Dövlət başçıları arasında aparılan silahlı mübarizədir.

E) Kütləvi qırğın silahlarından istifadə etməkdir.

40. Son 600 ildə dünyada nə qədər müharıbə olmüşdur və bu müharıbələrdə nə qədər adam həlak olmuşdur?

A) 14513 müharıbə, 3640 milyon adam həlak olmuşdur.

B) 15413 müharıbə, 5640 milyon adam həlak olmuşdur.

C) 16413 müharıbə, 3640milyon adam həlak olmuşdur.

D) 15613 müharıbə, 5640milyon adam həlak olmuşdur.

E) 14000 müharibə, 5600milyon adam həlak olmuşdur.

41.”Roma klubu” cəmiyyətinin ilk prezidenti kim olmuşdur?

A) A.Peççei

B) F.Sen-Mark

C) A.Kinqlin

D) E.Pestel

E) P.Tryudo

42. Əhalinin şəhərlərdə məskunlaşması nə adlanır?

A) urbanizasiya

B) miqrasiya

C) meqapolis

D) yalançı urbanizasiya

E) aqlomerasiya

43. Qlobal problemlərin tipologiyası:

A) ”cəmiyyət-təbiət” və “insan və təbiət”

B) ”cəmiyyət-texnika” və “insan və siyasət”

C) ”cəmiyyət-təbiət-insan”

D) ”iqtisadiyyat-təbiət” və “insan və təbiət”

E) Göstərilənlərin heç biri

44. Elmi-texniki tərəqqi hansı proseslərlə əlaqədardır?

A) sosial, siyasi, mədəni, psixoloji və təbiət prosesləri ilə.

B) siyasi, mədəni, qlobal və texniki prosesləri ilə .

C) texniki, elmi, psixoloji və texnoloji prosesləri ilə.

D) maddi, mədəni, psixoloji və fiziki prosesləri ilə.

E) texniki və elmi prosesləri ilə .

45. İnsanlarla təbiətin münasibətlərinin tarıxı dövrləri:

A) ”Əkincilik əsri”,”Sənaye əsrı”,”Təbiət əsri”

B) ”Neolit əsri”,”Sənaye əsrı”,”Texnika əsri”

C) ”Quldarlıq əsri”,”Sənaye əsrı”,”Texnika əsri”

D) ”Əkincilik əsri”,” Maldarlıq əsrı”,”İnkişaf əsri”

E) ”Sənaye əsrı”,”Təbiət əsri”,”Texnologiya əsri”

46. Kağızın təbii mühitdə parçalanmasına nə qədər vaxt lazımdır?

A) 10 il


B) 1 il

C) 0,5 il

D) 11 il

E) 40 il


47. Qlobal problemlər kompleksi bir sistem kimi hansı ziddiyətlər tipini əhatə edir?

A) sosial sistemlər arasında, sosial sistemlər və ətraf mühıt arasında; fərd və ətraf mühit arasında; fərdlə sosial sistem arasındakı.

B) təbii propseslər və ətraf mühıt; insan və ətraf mühit; insanla sosial sistemləri.

C) sosial birliklər, sosial sistemlər və ətraf mühıt; cəmiyyət və təbiət; cəmiyyətlə insan arasındakı.

D) cəmiyyət, sosial sistemlər və təbiət; insan və biosfer; insala sosial sistemləri.

E) sosial sistemlər və ətraf mühıt; fərd və ətraf mühit; fərdlə sosial vəziyyət arasındakı.

48. Xəzər dənizinə il ərzində nə qədər sənaye və məişət su tullantılarının tam təmizlənmədən axıdılır?

A) 250 mln m3

B) 200 mln m3

C) 150 mln m3

D) 250 min m3

E) 220 mln m3

49. Merinq Hekkeli necə adlandırmışdır?

A) Materialist və monist

B) Dindar

C) Alim və siyasətçi

D) Ekologiyanı elmə gətirən

E) Siyasətçi

50. Bəşər cəmiyyətinin inkişaf tarıxı:

A) Neolit inqilabı; sənaye inqilabı; XX əsrin ortalarından başlayıb indiyə qədər davam edən elmi-texniki tərəqqı.

B) Əkinçilik inqilabı; sənaye inqilabı; elmi-texniki tərəqqı.

C) Sənaye əsri; Neolit əsri; elmi-texniki tərəqqı.

D) Neolit inqilabı; sənaye inqilabı; XXI əsrdə elmi-texniki inqilab.

E) Əkinçilik dövrü; sənaye inqilabı; XX əsrdə ETI.

51. Ekoloji yanaşma belədir: .......

A) əhali - ətraf mühit - təbii ehtiyatlar - kosmik mühit.

B) “insan-cəmiyyət-təbiət”

C) “ətraf mühit - təbii ehtiyatlar - əhali”.

D) təbiət - insan- təbii ehtiyatlar .

E) ətraf mühit- cəmiyyət-təbii ehtiyatlar.

52. Maddi texnosfer ....

A) texnika sahəsidir.

B) texnologiya sahəsidir.

C) elm shəsidir.

D) maddi rifah sahəsidir.

E) texnika və texnologiya sahəsidir.

53. İnsan qulağı nə qədər səs qəbul edir?

A) tezliyi 16 hs-dən 20.000hs-ə qədər olan səs dalğalarını

B) tezliyi 20 hs-dən 20.000hs-ə qədər olan səs dalğalarını

C) tezliyi 16 hs-dən 30.000hs-ə qədər olan səs dalğalarını

D) tezliyi 25 hs-dən 21.000hs-ə qədər olan səs dalğalarını

E) tezliyi 16 hs-dən 45.000hs-ə qədər olan səs dalğalarını

54. İnkişaf etmiş ölkələrdə insan ömrü, inkişaf etməkdə olan ölkələrə nisbətən nə qədər fərq olur?

A) 16 il artıq

B) 15 il az

C) 8il artıq

D) 12 il artıq

E) 5 il artıq

55. Planetimizdə nə qədər sakin savadsızdır?

A) 800 mln

B) 900 milyon

C) 850 min

D) 700 milyon

E) 830 min

56. İnsanların təbiətə münasibəti....

A) praktiki münasibət, intim münasibət, estetik münasibətdir.

B) ekoloji münasibət və maddi münasibətdir.

C) təbii münasibət və süni münasibətdir.

D) antropogen münasibət, estetik münasibətdir, mədəni münasibət.

E) elmi münasibət, mədəni münasibət, estetik münasibətdir

57. Azərbaycanda dağ-mədən sənayesinin inkişafı ilə əlaqədar daha çox ekoloji gərginliyə məruz qalmışdır:

A) Daşkəsən rayonu

B) Gədəbəy rayonu;

C) İsmayıllı rayonu;

D) Füzuli rayonu;

E) Şahbuz rayonu;

58. Azərbaycanda “Ətraf mühitin mühafizəsi” haqqında qanun nə vaxt qəbul edilmişdir?

A) 1999-cu ildə

B) 1997-ci ildə

C) 1998-ci ildə

D) 1996-ci ildə

E) 2000-ci ildə

59. Miqrasiyanın neçə növü var?

A) 2


B) 4

C) 3


D) 5

E) 6


60. Konsepsiya sözünun hərfi mənası:

A) latınca konseptis-anlama

B) fransızca konseptis-anlatma

C) iyalyanca konsepto-anlaşma

D) latınca konseptus-başa düşmək

E) latınca konseptos-cox mənalı

61.Ekoloji problemlərin təsnifatı:

A) Ətraf mühitin cirklənməsi problemi və onun qorunması; cəmiyyətlə ətraf mühitin qarşılıqlı təsiri problemi; cəmiyyətlə təbiətin qarşılıqlı münasibəti problemi.

B) Biosferin qorunması problemi; əhalinin artması problemi; insanla təbiətin münasibətindən yaranan problemlər.

C) Hidrosferin cirklənməsi problemi; cəmiyyətlə təbiətin münasibəti problemi; insanla təbiətin qarşılıqlı münasibəti problemi.

D) Biosferin cirklənməsi problemi; cəmiyyətlə ətraf mühitin problemi; canlılar ilə təbiətin qarşılıqlı münasibəti problemi.

E) Göstərilən cavabların hamısı düzgündür.

62. İ.D.Laptev üç qrup ekoloji problem göstərir:

A) ətraf mühitin çirklənməsi; biosfer proseslərin gedişinin pozulması; təbii ehtiyatların tükənməsi.

B) biosferin çirklənməsi; biosferdə proseslərin pozulması; ehtiyatların tükənməsi.

D) suyun çirklənməsi; biosfer proseslərinin pozulması; təbii sərvətlərintükənməsi.

C) ətraf mühitin çirklənməsi; iqlim dəyişməsi; təbii ehtiyatların tükənməsi.

E) biomüxtəliflilik; təbiət proseslərin pozulması; faydalı qazıntıların tükənməsi.

63. Ekoloji problemləri neçə hissəyə bölmək olar?

A) lokal-məhəlli, regional və qlobal

B) lokal, regional və məhəlli

C) məhəlli, lokal və qlobal

D) məhəlli, lokal və dünyəvi

E) yerli, regional-məhəlli və qlobal

64. Ekoloji problemlərin növləri bunlardır:

A) cəmiyyətə və insana; təbiətə, həm cəmiyyətə (insana), həm də təbiətə aid olanlar.

B) təbiətə və insan, həm cəmiyyət, həm də təbiət.

C) cəmiyyətə təbiətə aid olanlar, həm cəmiyyətə,həm də təbiətə aid olmayanlar.

D) insana təbiətə aid olanlar,həm cəmiyyətə,həm də təbiətə aid olanlar.

E) ətraf mühit, təbiət, insan.

65. Həyat fəaliyyəti nədir?

A) insanın gündəlik fəaliyyəti və istirahəti, onun yaşam tərzidir.

B) insanın iş fəaliyyəti və iş rejimi, onun istirahətidir.

C) əhalinin gündəlik fəaliyyəti və istirahətidir.

D) insanın maddi və mənəvi dəyəridir.

E) cəmiyyətin gündəlik fəaliyyəti və istirahətidir.

66. “İstehsalat və məişət tullantıları haqqında” AR-nın qanunu nə vaxt qəbul edilmişdir?

A) 1998-ci ildə

B) 1996-ci ildə

C) 1997-ci ildə

D)1995-ci ildə

E) 2005-ci ildə

67. Sosial ekologiyanın digər elmlərlə əlaqəsi:

A) iqtisadiyyat, coğrafiya, fəlsəfə və s.

B) iqtisadiyyat, coğrafiya, mülki müdafiə və s.

C) fizika, coğrafiya, fəlsəfə və s.

D) riyaziyyat, coğrafiya, fəlsəfə və s.

E) geodeziya, tarix, fəlsəfə və s.

68. Ekoloji etikanın tələbləri:

A) indiki nəsillərin mənafeyinə görə gələcək nəsillərə ziyan vurulmasına yol verilməməlidir.

B) gələcək nəsillərin mənafeyini qorumaqdır.

C) gələcək nəsillər mənafeyi üçün indiki nəsillər düzgün istiqamətləndirilməlidir.

D) indiki zaman üçün gələcəyi qurban verməmək.

E) Göstəriən cavabların hamısı səhvdir.

69. Ekologiya elmi hansı fəaliyyət sahələrinə təsir göstərir?

A) iqtisadiyyata, mədəniyyətə, əxlaqa, siyasətə

B) iqtisadiyyata, əxlaqa, tərbiyəyə, əmək fəaliyyətinə

C) əmək fəaliyyətinə, tərbiyəyə, dinə, əxlaqa

D) əxlaqa, davranışa, biliyə, əmək fəaliyyətinə

E) təbiətə, musiqiyə, siyasətə, sosial vəziyyətə

70. Müasir elmi-texniki inqilabda insan fəaliyyətinin ən əsas sahələrinin yaranması üçün vacib şərtlər:

A) elm, texnika, istehsal.

B) insan, texnika, istehsal.

C) elm, texnologiya, istehsal.

D) elm, texnika, təşkilat.

E) göstərilən cavabların hamısı

71. Sen-Mark həyati mühiti pozan amilləri aşağıdakı kimi göstərir:

A) havanın, suyun cirklənməsi, səs küyün, bərk tullantıların toplanması, yaşıllıqların məhv edilməsi, əhalinin sayının həddindən çox olması.

B) suyun cirklənməsi, əhalinin sayının həddindən çox olması.

C) biosferin cirklənməsi, yaşıllıqların məhv edilməsi, əhalinin artması.

D) hıdrosferin çirklənməsi, meşələrin qırılması, əhalinin sayının həddindən çox olması.

E) Müharibə; ərzaq; energetika;siyasət; ekoloji mədəniyyət və s.

72. Ekoloji böhran hallarını 3 qrupa bölmək olar:

A) ətraf mühitin çirklənməsi, ehtiyyatların tükənməsi, əhali çoxluğu.

B) ehtiyyatların bərpa olunmaması, əhalinin miqrasiyası.

C) təbiətin çirklənməsi, ETİ, əhalinin artması.

D) ətraf mühitin çirklənməsi, faydalı qazıntıların tükənməsi, əhali çoxlüğu

E) okean və dənizlərin , ehtiyyatların bərpası, əhali çoxlüğu

73. Ətraf mühitin çirklənməsinin əsas istiqamətləri: ......

A) biosferin çirklənməsi, hidrosferin çirklənməsi, torpaq layının pisləşməsi.

B) təbiətin çirklənməsi, okeanların çirklənməsi, torpağın eroziyası.

C) urbanizasiya, hidrosferin çirklənməsi, torpaq layının pisləşməsi.

D) biosferin çirklənməsi, Yer üzərində olan suların çirklənməsi, meşələrin qırılması.

E) Göstərilənlərin hamısı düzdür.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin