Kiçik qrup – üzvlərinin ümumi fəaliyyətlə birləşdikləri və bir-biri ilə bilavasitə davamlı şəxsi ünsiyyətdə olan azsaylı sosial qrupdur. Onun üçün istər emosional münasitəblərin, istərsə də xüsusi qrup davranış dəyərləri və normalarının mövcud olması səciyyəvidir. Kiçik qrup,şəxsiyyətin tərbiyəsində və təşəkkülündə, onun sosiallaşmasında çox böyük rol oynayır. Bu qrup, bütöv bir sistem kimi hazırki cəmiyyətdə mövcud olan ideyaların, qayələrin, dəyərlər və davranış normalarının keçiricisidir.
İnsanlar bir-biri ilə qarşılıqlı təsirdə olaraq əlaqələrin 2 tipini ekspressiv və instrumental tiplərini əmələ gətirirlər. Ekspressiv əlaqələr insanın başqalarına problemlərinin həllində emosional iştiakı ilə şərtlənir və bu zaman o, həmin insanlara münasibətdə öz üzərinə öhdəliklər götürür. İnstrumental əlaqələr dedikdə, hər hansı bir məqsədə çatmaq üçün fərqlərin əməkdaşlığı prosesində yaranan sosial əlaqələr başa düşülür. Bu əlaqə tiplərinə uyğun olaraq kiçik qrupların 2 müxtəlif növünün: ilkin və təkara növünü fərqləndirirlər. İlkin qrupa bir-biri ilə bilavasitə, şəxsi, sıx əlaqələri olan ən azı 2 fərd daxil olur (ekspressiv əlaqə). İlkin qrup anlayışını Ç.Kuli (1909) ailəyə tətbiq edərək daxil etmişdir. Sonralar sosioloqlar bu termini onun mahiyyətini müəyyən edən sıx şəxsi münasibətlərin formalaşmış olduğu istənilən qrupa tətbiq etməyə başlamışlar. İlkin qruplarda qarşılıqlı təsir ən az dərəcədə qazanc, mənsəb, karyera ilə bağlı sosial-rasional müahizələrlə şərtlənmişdir. Bunların əksəriyyəti könüllü razılıq, şəxsi bağlılıq əsasında yaradılır.
İlkin qruplar – cəmiyyətdə insanlar arasında qarşılıqlı münasibətlərin əsasıdır. Birincisı, bu qruplar fərdin sosiallaşması prosesində həlledici rol oyayırlar. ikincisi, bu qruplar bizim şəxsi tələbatlarımızın çox hissəsinin təmin olunduğu mühiti təmin edirlər. Üçüncüsü, həmin qruplar sosial nəzarət üçün güclü alətdir.
Təkrar qrupu hansısa konkret praktik məqsədin ədə ediməsi üçün bir yerə toplaşmış fərdlər təşkil edir. Bu fərdlərin arasında formal münasibətlər yaranır: rasional haqq-hesab üstünlük təşkil edir, sosial əlaqələr, formal, birtərəfli və utilitar xarakter daşıyır. Bu qruplarda əsas əhəmiyyət müəyyən funksiyalaı yerinə yetirmək bacarığına verilir. Təkrar qrup əsas sosial institutlarda müxtəlif müəssisələrin, təsisatların, məktəblərin və s. zəminində təşkil olunur. Məhz təkrar qruplardakı münasiətlər onarın fərdiyyətsuzləşdirilmiş yanaşması xidməti-funksional tələbləri və onların yerinə yetirilməsinə dönməz nəzarətlə birlikdə əməm əxlaqı, intizam, məsuliyyət və müasir işçinin, vətəndaşın bir çox digər mühüm cəhətlərini formalaşdırır.
Böyük qruplar geniş məkanlarda səpələnmiş və vasitəli qarşılıqlı həmrəy təsirlə səciyyələnən çoxminli insanların qruplarıdır. Bir qayda olaraq böyük qruplar kiçik qruplardan təşkil olunur. Böyük qrup-mədəniyyətin əsas sosial-tipik xarakteristikalarının daşıyıcısı və qoruyucusudur. Onu kiçik qrupdan bunlar fərqləndirir: üxvlərinin böyük sayda olması, qrupun üzvləri arasında məcburi şəxsi əlaqələrin olmaması, daxili birliyin, yekdillik və mütəşəkkilliyin nisbətən az dərəcəyə malik oması.
Qrupdaxili münasibətlərin xarakterinə görə sosial qruplar formal və qeyri formal qruplara bölünürlər. İlk dəfə olaraq bu təsnifatı amerikan sosioloqu və psixoloqu E.Meyo Hotorn eksperimentini keçirərkən (1927-1932) təklif etmişdir. Formal qrupda onun üzvlərinin statusu və qrupdaxili münasibətlər rəsmi qaydalarla reqlamentləşdirilir, qarşılıqlı təsirlər formal və funksionaldır. Belə qrupun fəaliyyət məqsədi dəqiq müəyyənləşdirilmişdir. Qrupda qəbul edilmiş normalar tətbiq edilərək, üzvlərin bütün mövqeləri və rolları bölüşdürülmüşdür. Formal qruplara istənilən təşkilatlar mənsubdur. Qeyri – formal qrupda üzvlərin statusu və fəaliyyətinin məqsədi heç də həmişə dəqiq müəyyən edilmir, təsirlər şəxslərarasıdır və qarşılıqlı rəqabət, ümumi maraq və yaxud vərdiş üzərində qurulub.
Sosial qrupların öz strukturu vardır. Strukturun mərkəzi elementi – qrupun və onun hər bir üzvünün ictimai əmək bölgüsü sistemində, ictimai əlaqə və münasibətlər sistemində yerləri ilə müəyyənləşmiş fəalliyətidir. Bu fəaliyyət strukturun yerdə qalan bütün elementlərinin xarakterini, birinci növbədə, “qrupun” özünəməxsus “skeleti” olan şəxslərarası münasibətlərin xarakterini müəyyən edir. Onlar fəalliyətin ən müxtəlif forma və növləri ilə - istər ümumqrup, istərsə də fərdi formaları ilə bağlıdırlar.
Qrup strukturunun daha bir elementi, onun üzvləri arasında yaranmış vəziyyət zamanı mövcud olan kommunikasiyalardır. A.Bavelasom kiçik qrupda kommunikasiyanın aşağıdakı tiplərini fərqləndirmişdir “dairə”, “ilan”, “sükan”, “mürəkkəb dairə” (“hörümçək tora”). “Dairə” və “mürəkkəb dairə” kimi kommunikasiyalardan qərarların qəbulu zamanı sosial qrupun üzvləri arasında müəyyən bərabərlik tələb edən yaradıcılıq işlərinin yerinə yetirilməsində istifadə olunur. Burada bazis lider yoxdur, əks əlaqə mövcuddur ki, hər kəs bir-birindən informasiya alır. “Sükan” yalnız bütün qrup, o cümlədən onun hər bir üzvü üçün təkbaşına idarəedici qərarlar qəbul edən lider vasitəsilə kommunikasiyanı nəzərdə tutur. Kommunikasiyaların bu üsulu mürəkkə olmayan tapşırıqların yerinə yetirilməsində daha səmərəlidir.
Qrupun həcmi struktur komponent olmaqla qarşılıqlı əlaqələrin xarakterinə təsir göstərir. Qrup nə qədər kişikdirsə, kommunikasiya bir oqədər intensivdir. Bunun sayəsində də fərd digər insanları tanımaq və onlarla səx əlaqə yaratmaq imkanı əldə edir. İki adamdan ibarət olan (diada) qruplar valideynlə uşaq arasında, ərlə arvad arasında münasibətlər də daxil olmaqla, sıx və nüfuzlu qarşılıqlı təsirlər üçün əlverişli şərait yaradır. Diadda hisslər böyük rol oynayır ki, bu da münasibətlərin nisbətən zəif xarakterini qabaqcadan müəyyən edir:belə ki, əgər qrupun iştirakçılarından biri tərəf müqabilindən peşman olursa, onda bunlar arasında qarşılıqlı əlaqə tamamilə pozulacaqdır. Qrupa üçümcü üzvün əlavə edilməsi (triadanın yaranması) sosail vəziyyəti kökündən dəyişir. Qrupun iki üzvü müəyyən vəziyyətlərdə vasitəçi və yaxud sülh missiyanı öz üzərinə götürə bilən üçüncü üzvünə qarşı birləşərsə, koalisiyaların yaranması mümkün olur.
Sosial rollar sistemi – qrupun daimi dəyişməkdə olan strukturunun dinamik xarakteristikalarından biridir. İstər rolun məzmunu, istərsə də digər rollara münasibətdə əhəmiyyəti dəyişir. Həm də aparıcı rollar liderlərə məxsusdur. Lider qrupun digər hissəsinə nisbətən məqsədə nail olunmasında öz üzərinə daha böyük məsuliyyət götürən qrup üzvüdür. Lakin fərd müstəsna şəxsiyyət keyfiyyətlərinə malik olsa da, heç də həmişə lider olmağa qadir deyil. O insan ider oa bilər ki, onun fəaliyyəti bütövlükdə qrupun fəaliyyətinin səmərəliliyinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə gətirib çıxarsın. Kiçik qruplarda bir qayda olaraq iki lider tipini fərqləndirirlər. Bir lider tipi – “istehsalatçı mütəxəssis”dir. O,cari vəzifələrin qiymətləndirilməsi və yerinə yetirilməsi tədbirlərinin təşkili ilə məşğul olur. İkinci lider tipi-“psixoloq mütəxəssis”dir – şəxslərarası problemlərin öhdəsindən yaxşı gəlir, adamlar arasındakı gərginliyi aradan qaldırır, qrupda həmrəylik ruhunun yüksəldilməsinə kömək edir.
Lider anlayışı K.Levinin (ABŞ, 1930-cu illər) məlum eksperimentlərindən sonra sosiologiyada geniş tətbiq olunmağa başlamışdır. K.Levi “liderlik üslubu”nu – liderin qrupa təsir üsulları sistemini öyrənib, xüsusilə qrup fəaliyyətinin səmərəliliyinə müxtəlif şəkildə təsir göstərən və aşağıda göstərilən rəhbərlik üsullarına uyğun olan 3 lider tipini fərqləndirir: avtoritar lider tipi, demokratik lider tipi, anarxist lider tipi.
Sosial qrupun strukturunda sosial mankirovka – saymazlıq fenomeni mövcuddur. O göstərir ki, insanlar nəinki müstəqi çalışdıqda, qrupda işləyərkən daha az say göstərirlər. Ehtimala görə bu, ona görə baş verir ki, qrup tapşırıqlarını yerinə yetirərkən insanlar lazımi inam – etimad hiss etmirlər və ona görə də boş yerə güc sərf etmirlər; onlar belə güman edirlər ki, kütlə içərisində bunu heç kim görməyəcəkdir. Lakin bununla belə qruplar cəmiyyətin həyatında birinci dərəcəli əhəmiyyətə malikdirlər və ayrı-ayrı adamların bacara bilmədiklərinin çoxunu həyata keçirməyə qadirdilər. ( məs, anonim alkoqoloklər qrupları və b).
Sosial mankirovkanın səmərəsi (effekti) güman etməyə imkan verir ki, qrupun həcmi ilə fərdlərin motivasiyası arasında əks asılılıq mövcuddur, sosial dilemma kimi fenomen bununla sıx bağlıdır. Sosial dilemma, elə bir vəziyyətdir ki, bu zaman qrup üzvləri özlərinin şəxsi maraqlarının maksimum təmin ediməsilə kollektiv əmin amanlığın maksimum yüksədilməsi arasında ziddiyyətlə rastaşırlar. Kollektivçilik ruhunda fəaliyyət göstərməyə fərdin ümumi rifaha ziyan vuran hərəkətlərini məhdudlaşdıran, sosial nəzarət mexanizmlər sövq edə iər. Çox vaxt bu funksiyanı dövlət yerinə yetirir. Lakin başqa müxanizmlər xüsusliə, qrup sərhədlərini qeyd edən və qeyri-adi güclü qrup identifikasiyasının inkişafına kömək edən müxanizmlər də mövcuddur.
Sosial qrupun üzvlərinin bütün qarşılıqlı əlaqələrini bir-birinə əks 2 növə ayırmaq olar: rəqabət (yanlış) və kooperasiya (hərəkətlərin razılaşdırılması). Sosial vəziyyətlərin əksəriyyətində insanlar birgə fayda üçün ya səylərini kooperasiya etməli, birləşdirməli, ya da bir-biri ilə rəqabət aparmalıdırlar.
Qrupun psixoloji strukturu – fərdi davranışın çox güclü katalizatorudur. Müvafiq qrup normalarının məzmunundan asılı olaraq qrupun psixoloji strukturu həm sosia faydalı, həm də sosial pislənilən, hüquqa əks davraış normalarını aktivləşdirə bilər. Sosial proseslərin (demoqrafik, miqrasiya proseslərinin, urbanizasiya, sənayeləşdirmə proseslərinin) dinamikası bəzən sosial qruplara və birliklərə dağıdıcı təsir göstərir, onların qismən pozumasına gətirib çıxarır. Bu sonuncu sosial qrupların nəinki xarici (formal) strukturunda, eyni zamanda onları daxili, funksional xarakteristikasında əks olunur. Qrup dəyərlərinin dağılması baş verir, standartlara və nümunələrə zidd olan davranış formalaşır, qrupun normativ strukturu zəifləyir. Bütün bunlar deviasiyaların artması ilə nəticələnir. Belə şəraitdə normal sosial qruplar özlərinin əsas funksiyalarını yerinə yetirə bimirlər: fərdi ardıcıl, daxilən ziddiyətli olmayan davranış standartları sistemi ilə, həmrəylik və qrupa mənsubluq hissi ilə təmin etməyi, sosial hörmətin və nüfuzun qaydaya salınmış dərəcələri sistem kimi təqdim olunmağı bacarmırlar. Sosial qruplarda insanların vəhdət, onların yekdillik dərəcəsi sosial kənaraçıxmaların miqdarına tərs mütənasibdir. Əgər sosial qrupun vəhdət (birlik) dərəcəsi artırsa, bu qrupun üzvlərinin davranışında kənaraçıxmaların miqdarı aşağı düşür və ya əksinə, davranışda kənaraçıxmaların miqdarı artırsa, bu sosial qrupların inteqrasiyasının zəifləməsinə gətirib çıxarır.
Amerika antropoloqları A.Kreber və K.Klakhon “Mədəniyyət,Konsepsiyaların və definisiyalların tənqidi icmalı” əsərində (1941) mədəniyyətə vermiş bütün tərifləri beş tipə bölmüşdür: