Maddə 3. Sosial sığortanın prinsipləri
Sosial sığortanın prinsipləri aşağıdakılardır:
sosial sığortanın müntəzəmliyinə dövlət təminatı;
sosial sığortanın ümumiliyi;
sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi;
sosial sığorta subyektlərinin hüquq bərabərliyi;
dövlət sosial sığortasının məcburiliyi;
məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması.
Maddə 4. Sosial sığorta hadisəsi
Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığorta olunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.
Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir:
pensiya yaşına çatmaq;
əlil olmaq;
ailə başçısını itirmək;
əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);
hamiləlik və doğum;
uşağın anadan olması;
uşağa qulluq;
ölüm;
sanatoriya-kurort müalicəsi zərurəti;
işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün).
Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə aparılır.
Dostları ilə paylaş: |