Sosiologiya fəNNİ ÜZRƏ testlər sosiologiya müstəqil elm kimi nə vaxt meydana gəlmişdir?



Yüklə 0,53 Mb.
səhifə1/4
tarix03.06.2018
ölçüsü0,53 Mb.
#52514
  1   2   3   4


SOSİOLOGİYA FƏNNİ ÜZRƏ TESTLƏR

  1. Sosiologiya müstəqil elm kimi nə vaxt meydana gəlmişdir?

  1. XX əsrin əvvəllərində

  2. XIX əsrin 30-40-cı illərində

  3. XIX əsrin 70-ci illərində

  4. XVIII əsrin sonunda

  5. XVII əsrin sonunda

  1. Sosiologiyanın inkişafında birinci mərhələ hansı dövrü əhatə edir?

  1. 1950-1980-ci illər

  2. XIX əsrin sonu

  3. 1920-1950-ci illər

  4. XIX əsrin 30-cu illərindən ikinci yarısınadək

  5. 1980-ci illərdən bu günə qədər

  1. Sosiologiyanın inkişafında ikinci mərhələ hansı dövrü əhatə edir?

  1. XIX əsrin 30-cu illəri

  2. XIX əsrin sonu-XX əsrin əvvəlləri

  3. 1920-1970-ci illər

  4. 1930-1980-ci illər

  5. 1980-ci illərdən bu günə qədər

  1. Sosiologiyanın inkişafında üçüncü mərhələ hansı dövrü əhatə edir?

  1. XIX əsrin 30-cu illəri

  2. XIX əsrin sonu

  3. 1920-1950-ci illər

  4. 1930-1980-ci illər

  5. 1980-ci illərdən bu günə qədər

  1. Sosiologiyanın inkişafında dördüncü mərhələ hansı dövrü əhatə edir?

  1. XIX əsrin sonu

  2. 1920-1950-ci illər

  3. 1960-1980-ci illər

  4. XIX əsrin 30-cu illəri

  5. 1980-ci illərdən bu günə qədər

  1. Sosiologiyan inkişafında beşinci mərhələ hansı dövrü əhatə edir?

  1. XIX əsrin sonu

  2. 1920-1960-cı illər

  3. 1960-1980-ci illər

  4. 1980-ci illərdən bu günə qədər

  5. XIX əsrin 70-ci illəri

  1. Sosiologiyanın banisi kimdir?

  1. O.Kont

  2. A.Ketlen

  3. M.Veber

  4. E.Dürkheym

  5. H.Spenser

  1. Sosiologiya terminini elmi dövriyyəyə kim daxil edib?

  1. O.Kont

  2. E.Dürkheym

  3. H.Spenser

  4. A.Ketlen

  5. M.Veber

  1. Kontun fıkrincə, sosiologiyanın predmeti nədir?

  1. Sosiologiya elə ən ümumi elmdir ki, özündə tarixi inkişafın ümumi nəzəriyyəsini birləşdirir

  2. Sosiologiyanın predmetini insanlar arasındakı qarşılıqlı mənəvi münasibətlər təşkil edir

  3. Sosiologiyanın predmeti elə xüsusi reallıqdir ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul olmamışdır

  4. Sosiologiya tarixən müəyyən sosial sistemlərin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları haqqında elmdir

  5. Sosiologiya insan zəkasının və psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdiyini öyrənən elmdir

  1. E.Dürkheymin fıkrincə, sosiologiyanın predmeti nədir?

  1. Sosial faktlar

  2. Sosial hadisələr

  3. Sosial sfera

  4. Sosial birliklər

  5. Sosial sistemlər

  1. Fəaliyyət müddətinə görə sosial qanunlar hansı növlərə ayrılır?

  1. Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar

  2. Ümumi qanunlar və spesifık qanunlar

  3. Dinamik qanunlar və statik qanunlar

  4. Səbəb qanunları və funksional qanunlar

  5. İnkişaf qanunları və fəaliyyət qanunları

  1. Ümumilik dərəcəsinə görə sosial qanunlar hansı növlərə ayrılır?

  1. Səbəb qanunları və funksional qanunlar

  2. Ümumi qanunlar və spesifik qanunlar

  3. Dinamik qanunlar və statik qanunlar

  4. Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar və sosial sferanın ayrı - ayrı ünsürlərinin inkişafını xarakterizə edən qanunlar

  5. İnkişaf qanunları və fəaliyyət qanunları

  1. Təzahür üsuluna görə sosial qanunlar hansı növlərə ayrılır?

  1. Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar

  2. İnkişaf qanunları və fəaliyyət qanunları

  3. Dinamik qanunlar və statik qanunlar

  4. Ümumi qanunlar və spesifık qanunlar

  5. Səbəb qanunları və funksional qanunlar

  1. Dinamik qanunlar hansı növlərə ayrılır?

  1. Səbəb qanunları və funksional qanunlar

  2. İnkişaf qanunları və fəaliyyət qanunları

  3. Ümumi qanunlar və spesifık qanunlar

  4. Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar

  5. Dəyər qanunu və bir cəmiyyətdən digərinə keçidlə bağlı qanunlar

  1. Statik qanunlar hansı növlərə ayrılır?

  1. Səbəb qanunları və funksional qanunlar

  2. Bütövlükdə sosial sferanın inkişafını xarakterizə edən qanunlar

  3. İnkişaf qanunları və fəaliyyət qanunları

  4. Dəyər qanunu və bir cəmiyyətdən digərinə keçidlə bağlı qanunlar

  5. Ümumi qanunlar və spesifık qanunlar

  1. Hansı sosial qanunlar vardır?

  1. Fərdi, ümumi, inkişaf, əxlaqi, səbəbiyyət

  2. Kollektiv, spesifık, ümumi, inkişaf

  3. Hüquqi, etik, funksional, dinamik

  4. Funksional, spesifik, fərdi, kollektiv

  5. Ümumi, spesifık, dinamik, statistik, səbəbiyyət, funksional, inkişaf

  1. Sistem termini nə zaman elmi dövriyyəyə daha geniş daxil olub?

  1. XVII-XVIII əsrlərdə

  2. XVIII-XIX əsrlərdə

  3. XIX-XX əsrlərdə

  4. XVI-XVII əsrlərdə

  5. XV-XVI əsrlərdə

  1. Sistemin ən mühüm əlamətləri hansılardır?

  1. Bütövlük, diferensiallıq, ərazi

  2. Müvazinət, mədəniyyət, sistemlilik

  3. Davamlılıq, müvazinət, əks əlaqə

  4. Elementlərin əlaqəsi, bütövlük, dinamiklik

  5. Strukturluluq, müvazinət, ərazi

  1. Formasına görə sosial sistemlər hansı növlərə ayrılır?

  1. Maddi və ideal sistemlər

  2. Açıq və qapalı sistemlər

  3. Ehtimal edilən və determinasiya olunan sistemlər

  4. Dinamik və statik sistemlər

  5. Kiçik, orta, böyük və mürəkkəb sistemlər

  1. Qarşılıqlı təsirin xarakterinə görə sosial sistemlər hansı növlərə ayrılır?

  1. Kiçik, orta, böyük və mürəkkəb sistemlər

  2. Maddi və ideal sistemlər

  3. Açıq və qapalı sistemlər

  4. Ehtimal edilən və determinasiya olunan sistemlər

  5. Dinamik və statik sistemlər

  1. Sosial sistemlər öz qanunauyğunluqlarının xarakterinə görə hansı növlərə ayrılır?

  1. Ehtimal edilən və determinasiya olunan sistemlər

  2. Kiçik, orta, böyük və mürəkkəb sistemlər

  3. Açıq və qapalı sistemlər

  4. Maddi və ideal sistemlər

  5. Dinamik və statik sistemlər

  1. Cəmiyyətə makrososioloji yanaşmanı kim təklif edib?

  1. E.Dürkheym

  2. E.Şilz

  3. A.Şeffle

  4. O.Kont

  5. H. Spenser

  1. Cəmiyyətin əsas ünsürləri hansılardır?

  1. Sosial institut, sosial ərazi, sosial-etnik birliklər

  2. Mədəniyyət, sosial sistem, əks əlaqə

  3. Sosial təşkilat, sosial sistem, sosial əlaqə

  4. Sosial birlik, sosial təşkilat, mədəniyyət

  5. Sosial status, sosial struktur, mədəniyyət

  1. Cəmiyyətin əlamətləri hansılardır?

  1. Ərazi, davamlı əlaqələr, özyetərlilik, mədəniyyətin ümumiliyi

  2. Sosial təşkilat, sosial qrup, mədəniyyət

  3. Sosial struktur, ərazi, sosial qrup

  4. Sosial institut, özyetərlilik, əks əlaqə

  5. Sosial birlik, davamlılıq, ərazi

  1. Marksizm cəmiyyəti hansı parametrə görə fərqləndirir?

  1. Əhalinin təhsil səviyyəsinə görə

  2. Dövlət hakimiyyəti formalarına görə

  3. Coğrafı vəziyyətinə görə

  4. Sosial inteqrasiya dərəcəsinə görə

  5. İstehsal münasibətlərinin tipinə görə

  1. Marksizmə görə cəmiyyətin hansı növləri var?

  1. Demokratik, totalitar, avtoritar

  2. Ənənəvi, industrial, postindustrial

  3. İbtidai icma, quldarlıq, feodalizm, kapitalizm. sosializm

  4. İnkişaf etmiş, inkişaf etməkdə olan, geridə qalmış

  5. Yüksək dərəcədə sabit, qismən sabit, qeyri-sabit

  1. Müasir sosiologiyada cəmiyyətin əsas tipləri:

  1. Demokratik, totalitar, avtoritar

  2. İbtidai icma, quldarlıq, feodalizm, kapitalizm, sosializm

  3. İnkişaf etmiş, inkişaf etməkdə olan, geridə qalmış

  4. Ənənəvi, industrial, postindustrial

  5. Yüksək dərəcədə sabit, qismən sabit, qeyri-sabit

  1. Ənənəvi cəmiyyətin xarakterik xüsusiyyətləri hansılardır?

  1. Ənənəvi davranış normaları, adətlər və sabit sosial təsisatların çox mühüm məna kəsb etməsi

  2. İstehsalın yüksək inkişafı

  3. İstehsalın aşağı inkişafı

  4. İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunması

  5. Sosial dəyişikliklərə, yenilikbrə doğru yönəlməsi

6. Davamlı sosial həmrəylik

  1. 2,3,4,5

  2. 2,3,5,6

  3. 1,2,4,6

  4. 1,2,3,5

  5. 1,3,4,6

  1. Dövlət hakimiyyəti formalarına görə cəmiyyətin hansı tipləri vardır?

  1. Oliqarxik, tiraniya, demokratik

  2. Demokratik, totalitar, avtoritar

  3. Aristokratik, monarxiya, avtoritar

  4. Demokratik, teokratik, avtoritar

  5. Aristokratik, demokratik, totalitar

  1. «İndustrial cəmiyyət» termini kim tərəfindən elmi dövriyyəyə daxil edilib?

  1. D.Bell

  2. A.Kinq

  3. A.Norman

  4. C.Martin

  5. O.Kont

  1. İndustrial cəmiyyət üçün xarakterik xüsusiyyətlər hansılardır?

  1. İstehsalın aşağı inkişafı

  2. Çevik sosial strukturlar

  3. Sosial mobillik

  4. Davamlı sosial həmrəylik

  5. İnformasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu

  6. İstehsalın, sənayenin inkişafı

  7. Ənənəvi davranış normaları, adətlər, sabit sosial təsisatlar

  8. İnkişaf etmiş kommunikasiyalar sistemi

  1. 1,4,5,7

  2. 2,3,5,8

  3. 2,4,6,7

  4. 2,3,6,8

  5. 1,4,5,8

  1. İndustrial cəmiyyət üçün xarakterik olmayan xüsusiyyətlər hansılardır?

  1. İstehsalın aşağı inkişafı

  2. Çevik sosial strukturlar

  3. Sosial mobillik

  4. Davamlı sosial həmrəylik

  5. İnformasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu

  6. İstehsalın, sənayenin inkişafı

  7. Ənənəvi davranış normaları, adətlər, sabit sosial təsisatlar

  8. İnkişaf etmiş kommunikasiyalar sistemi

  1. 1,4,5,7

  2. 2,3,5,8

  3. 1,4,6,7

  4. 2,3,6,8

  5. 1,4,5,8

  1. Postindustrial cəmiyyət konsepsiyaları nə vaxt meydana gəlib?

  1. XVII əsrin 60-cı illərində

  2. XVIII əsrin 60-cı illərində

  3. XIX əsrin 60-cı illərində

  4. XX əsrin 60-cı illərində

  5. XX əsrin 20-cı illərində

  1. Postindustrial cəmiyyət üçün xarakterik xüsusiyyət hansıdır?

  1. İnkişaf etmiş kommunikasiyalar sistemi

  2. İstehsalın, sənayenin inkişafı

  3. Çevik sosial strukturlar, sosial mobillik

  4. İnformasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rolu

  5. Ənənəvi davranış normaları, adətlər, sabit sosial təsisatlar

  1. Postindustrial cəmiyyət konsepsiyalarının müəllifı kimlərdir?

  1. D.Bell, A.Norman, A.Kinq

  2. A.Turen, A.Kinq, A.Norman

  3. C.Martin, K.Erikson, T.Parsons

  4. D.Bell, A.Turen, Y.Habermas

  5. D.Bell, F.Perkin, R.Darendorf

  1. Müasir sosiologiyada cəmiyyətin hansı konsepsiyaları daha geniş yayılmışdır?

  1. Postindustrial cəmiyyət konsepsiyaları

  2. Sistem-struktur konsepsiyaları

  3. Münaqişə konsepsiyaları

  4. İndustrial cəmiyyət konsepsiyaları

  1. 2,4

  2. 2,3

  3. 1,4

  4. 1,3

  5. 3,4

  1. Cəmiyyətin neçə böyük sferası ayırd edilir?

  1. 3

  2. 2

  3. 5

  4. 4

  5. 6

  1. Cəmiyyətin dörd böyük sferası hansılardır?

  1. İqtisadi, sosial, siyasi, mənəvi

  2. Sosial, siyasi, maddi, mənəvi

  3. İqtisadi, sosial, mədəni, mənəvi

  4. İqtisadi, maddi, mənəvi, mədəni

  5. Sosial, siyasi, mədəni, mənəvi

  1. Sosial münaqişə nəzəriyyəsinin tərəfdarları cəmiyyətdə daha çox nəyə diqqət yetirirlər?

  1. İnkişafa

  2. Mübarizəyə

  3. Həmrəliyi

  4. Daxili qarşıdurmaya

  5. Böhranlara

  1. 2,3,5

  2. 1,2,4

  3. 1,3,4

  4. 2,4,5

  5. 1,3,5

  1. Məşhur alman sosioloqu R.Darendorf sosial münaqişəni necə nəzərdən keçirirdi?

  1. Zülm olunanlarla imtiyazlıların qarşıdurması kimi

  2. Cəmiyyətin daxili həyatının məhsulu kimi

  3. Hakimiyyət uğrunda mübarizənin mənbəyi kimi

  4. Hakimiyyətlə ona müqavimət göstərilməsi arasındakı antaqonizm kimi

  5. Ümumi mənafelərin təzahürü zəminində daxili əks qüvvələrə qarşı mübarizə kimi

  1. Amerika sosioloqu F.Perkin münaqişəni necə nəzərdən keçirirdi?

  1. Zülm olunanlarla imtiyazlıların qarşıdurması kimi

  2. Hakimiyyətlə ona müqavimət göstərilməsi arasmda antaqonizm kimi

  3. Cəmiyyətin daxili həyatının məhsuludur

  4. Hakimiyyət uğrunda mübarizənin mənbəyi kimi

  5. Ümumi mənafelərin təzahürü zəminində daxili əks qüvvələrə qarşı mübarizə kimi

  1. Amerika sosioloqu L.Kozer münaqişəni necə nəzərdən keçirirdi?

  1. Cəmiyyətin daxili həyatının məhsuludur

  2. Zülm olunanlarla imtiyazlıların qarşıdurması kimi

  3. Hakimiyyətlə ona müqavimət göstərilməsi arasında antaqonizm kimi

  4. Hakimiyyət uğrunda mübarizənin mənbəyi kimi

  5. Ümumi mənafelərin təzahürü zəminində daxili əks qüvvələrə qarşı mübarizə kimi

  1. Sosial mobillik anlayışını sosiologiyaya kim daxil edib?

  1. M.Lipset

  2. R.Bendiksin

  3. P.Sorokin

  4. P.Blau

  5. B.Dyurye

  1. P.Sorokin sosial mobillik anlayışını sosiologiyaya neçənci ildə daxil etmişdir?

  1. 1827-ci ildə

  2. 1937-ciildə

  3. 1837-ci ildə

  4. 1972-ci ildə

  5. 1927-ci ildə

  1. P.Sorokin sosial mobilliyi neçə növə ayırırdı?

  1. 2

  2. 3

  3. 4

  4. 5

  5. 6

  1. P.Sorokin sosial mobilliyin hansı növlərini ayırırdı?

  1. Açıq və qapalı

  2. Üfuqi və şaquli

  3. İrəliləmə və geriləmə

  4. Üfüqi və horizontal

  5. Şaquli və horizontal

  1. Sosial mobillik nədir?

  1. Fərdlərin bir yaşayış yerindən digərinə keçməsi

  2. Fərdlərin bir dini qrupdan digərinə keçməsi

  3. Fərdlərin sosial statusunu dəyişməsi

  4. Fərdlərin sosial karyera əldə etməsi

  5. Fərdlərin sosial stratifıkasiya sistemində bir qrupdan digərinə keçməsi

  1. Cəmiyyətdə sosial mobilliyin mövcudluğunun hansı səbəbləri vardır?

  1. Tarixi inkişaf nəticəsində cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əmək bölgüsünü dəyişdirir, yeni statuslar yaradır

  2. Tarixi inkişaf nəticəsində cəmiyyətlər dəyişilmir, əmək bölgüsü stabil olaraq qalır

  3. Elita təhsil almaq üçün imkanları inhisara ala bilməz

  4. Elita istedad və qabiliyyətlərin təbii paylanmasını nəzarətdə saxlaya bilər

  5. Elita təhsil almaq üçün imkanları inhisara ala bilər

  1. 1,5

  2. 1,3

  3. 3,4

  4. 1,4

  5. 2,5

  1. Üfüqi mobillik nədir?

  1. Fərdin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digər sosial vəziyyətə keçididir

  2. Fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçididir

  3. Fərdin özünə aid olan sosial statusunun dəyişilməsidir

  4. Fərdin aşağı təbəqədən yuxarı təbəqəyə keçididir

  5. Fərdin yuxarı təbəqədən aşağı təbəqəyə keçididir

  1. Aşağıdakılardan hansı şaquli mobilliyə aiddir?

  1. Fərdin aid olduğu təbəqədən fərqli təbəqəyə keçidi

  2. Fərdin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digər sosial vəziyyətə keçidi

  3. Fərdin özünə aid olan sosial statusunun dəyişməməsi

  4. Fərdin aşağı təbəqədən yuxarı təbəqəyə keçidi

  5. Fərdin yuxarı təbəqədən aşağı təbəqəyə keçidi

  1. 1,4,5

  2. 2,4,5

  3. 3,4,5

  4. 2,3,4

  5. 1,3,5

  1. Aqreqasiya nədir?

  1. Başqalarına münasibətdə fərdlərin fəaliyyət göstərən birliyidir

  2. Öz-özünə əmələ gələn qeyri-sabit qruplardır

  3. Müəyyən fıziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyidir

  4. Sabit maraqların olmadığı insan birliyidir

  5. Qarşılıqlı fəaliyyətin bitərəfli olduğu insan birliyidir

  1. Sosial qrup nədir?

  1. Öz-özünə əmələ gələn qeyri-sabit qruplardır

  2. Sabit maraqların olmadığı insan birliyidir

  3. Qarşılıqlı fəaliyyətin birtərəfli olduğu insan birliyidir

  4. Başqalarına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını nəzərə almaqla fəaliyyət göstərən fərdlərin birliyidir

  5. Müəyyən fıziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı fəaliyyətdə olmayan insanların mexaniki birliyidir

  1. Yüklə 0,53 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin