~ 14 ~
Əliyevin hakimiyyəti dövründə əsası qoyulan bir siyası xətt kimi
xarakterizə olunsa da, ondan sonra
ölkəni idarə etməyə başlayan davamçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam
etdirilmişdir. Sözügedən sahədə daim davamlı, mütərəqqi islahatlar həyata keçirilir, qanunvericilik
bazası təkmilləşdirilir, cəmiyyətin həssas təbəqəsinə daxil
olan üzvlərin lehinə qanun, əmr və
sərəncamlar qəbul olunur. Bütün dünyanı əhatə edən və ölkəmizdən də yan keçməyən yeniləşmə,
inkişaf, tərəqqi strategiyalarına müvafiq olaraq bəhs etdiyimiz kateqoriyaya
daxil olan fərdlərin
müasir tibbin ən son yeniliklərindən istifadə edə bilməsi, onların sosial təminatının, sosial rifah
səviyyəsinin
yüksəldilməsi, sosial və digər bazalı problemlərinin həll edilməsi aparılan
dövlət
siyasətinin əsas istiqamətini təşkil etməklə bu gün dünya ölkələrinin əksəriyyətinə örnək təşkil edir.
Ümumiyyətlə Azərbaycan Respublikası son dövrlər dünya arenasında özünə layiqincə yer qazanmış
və dünyanın inkişaf etmiş hegemon dövlətlərinin sadiq müttəfiqinə çevrilmiş, bir sıra nüfuzlu
idman
və ya musiqi müsabiqələrinin keçirilməsində yüksək səviyyəli təşkilatçılıq nümayiş etdirməklə
müstəqilliyini yeni əldə etmiş, hələ inkişaf etmək yolunda irəliləyən bir
dövlətin nələrə qadir ola
biləcəyini gözlər önünə sərmişdir. Məhz bunun məntiqi nəticəsi olaraq istənilən kateqoriyadan olan
Azərbaycan Respublikası vətəndaşları dövlətin tam diqqət və qayğısını daim öz üzərlərində hiss
etmişdirlər. Biz xüsusilə buna gəncləri, sağlamlıq imkanları məhdud şəxsləri, idmançıları və s. aid
edə bilərik. Dövlətimizin 90-cı illərin əvvəllərindən etibarən həyata keçirdiyi uğurlu siyasətin
mərkəzində
insan faktoru, insan kapitalı dayanır. Belə ki ulu öndər Heydər Əliyevin dövründən
etibarən dövlət idarəçiliyində əsas məsələlərdən biri neft kapitalının insan kapitalına çevrilməsi
kimi müəyyənləşdirilmişdir. Yeni iş yerlərinin açılması, gənclərin işlə təmin olunması, dövlət
idarəçiliyində onların rolunun artırılması, gənclərin milli-mənəvi dəyərləri mənimsəməsi üçün
vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərin təşkilatlanmasının təmin olunması ölkədə
mövcud olan əsas siyası xətlərdən yalnız bir neçəsi idi. Hər bir vətəndaşın cəmiyyətə qazandırılması
üçün təhsilin əlçatanlığının təmin olunması, mənzil-məişət şəraitinin yaşılaşdırılması
üçün maddi
dəstək göstərilməsi, həssas təbəqəyə daxil olan insanların məşğulluğunun təşviq edilməsi məqsədilə
əmək müəssisələrinə kvotanın tətbiq olunması, asudə vaxtlarının səmərəli keçirilməsi üçün
infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Respublikasında son dövrlərdə həyata keçirilən
mütərəqqi islahatların yalnız bir qismidir. Bütün bu qeyd etdiklərimiz təbii
ki qeyd-şərtsiz olaraq
xromosom anomaliyası ilə dünyaya göz açan vətəndaşlarımıza da şamil edilir. Təsadüfi deyil ki,
ölkəmizdə həril 3 dekabr günü əlilliyi olan şəxslərin müdafiəsi günü kimi qeyd olunur. Ölkə başçısı
cənab İlahm Əliyev demək olar ki, bütün çıxışlarında Azərbaycan Respublikası ərazisindəki bütün
sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətdə fəal rol oynaması və təcrid olunmasının
qarşısının alınmasını əsas prioritetlərdən biri kimi qiymətləndirir.
Dostları ilə paylaş: