SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə102/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   98   99   100   101   102   103   104   105   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
82-88 
 


~ 87 ~ 
Moskva müqaviləsinin də ləğv olunmasına çalışan ermənilərin bütün cəhdləri əbəsdir və heç bir 
nəticə verə bilməz. 
Bu müqavilə 1921-ci ildə yanvar ayında Behbud ağa Şahtaxtinskinin təşkilatçılığı ilə 
Naxçıvanda Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən və əhalinin 
90 faizinin Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu ilə qalmasına səs verməsi ilə 
nəticələnən referendumdan (ümumxalq səsverməsindən) sonra Naxçıvanın Azərbaycanın tərkibində 
muxtar respublika kimi saxlanmasını rəsmiləşdirən ilk beynəlxalq sənəd oldu.
Moskva müqaviləsinin davamı olaraq müqavilənin imzalanmasından 7 ay sonra, 13 oktyabr 
1921-ci ildə Türkiyənin Qars şəhərində Türkiyə, Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya 
nümayəndələrinin iştirakı ilə ―Dostluq haqqında bir tərəfdən Ermənistan Sosialist Sovet 
Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası, 
digər tərəfdən Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında Rusiya Sosialist Federativ Sovet 
Respublikasının iştirakı ilə müqavilə‖ imzalandı. Müqavilənin 5-ci maddəsi, 3-cü əlavəsi ilə 
Moskva müqaviləsinin Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi məsələsini daha 
təkmil, konkret və dəqiq sərhədlərlə təsbit etdi (5, s. 67-80).
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsini təsbit edən ikinci 
beynəlxalq sənəd olan Qars müqaviləsinin imzalanmasından 28 ay sonra, başqa sözlə desək, bir 
qədər yubansa da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 9 fevral 1924-cü ildə 
Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Naxçıvan Muxtar Sovet Sosialist 
Respublikası yaradıldı.

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin