SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


*   PAKISTAN: QISA TARIXI-SIYASI OÇERKLƏR



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə105/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   101   102   103   104   105   106   107   108   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

*
 
PAKISTAN: QISA TARIXI-SIYASI OÇERKLƏR 
Tanınmış diplomat, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 
müşavir, Təbrizdə baş konsul (1996-2002), Pakistan İslam Respublikasında və Əfqanıstanda (2002-
2010) və Ukraynada (2010-2015) fövqəladə və səlahiyyətli səfir olmuş, hazırda AMEA Fəlsəfə və 
Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru, şərqşünas alim Eynulla Mədətlinin 
Pakistan İslam Respublikası haqqında yazdığı əsər xüsusi əhəmiyyət daşıyan monoqrafiyadır.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının xarici siyasətində 
Pakistan İslam respublikası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi dövlətimizin xarici 
siyasətində başlıca istiqamətlərdən olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il 
iyunun 9-dan qurulmuşdur.
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında diplomatik əlaqələr 
qurulmasının 30 illiyinə həsr olunmuş kitabda Pakistan xalqının və onun dövlətçilik tarixinin ən 
ümdə məsələləri qələmə alınmışdır. Eynulla Mədətli 2002-2010-cu illərdə Azərbaycanın Pakistanda 
fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışdığı zaman yazdığı gündəliklərdən, şəxsi 
müşahidələrindən, keçirdiyi görüşlərdən, eləcə də müxtəlif tarixi mənbələrdən və ədəbiyyatlardan 
faydalanmaqla qardaş ölkənin qısa tarixi-siyasi mənzərəsini yaratmağa çalışmışdır. Kitabda 
Pakistan dövlətinin tarixi, burada islam dininin qəbulu, ayrı-ayrı hökmdarların hakimiyyəti 
dövründə dövlət idarəçiliyi məsələləri, Pakistan İslam Respublikasının yaradılması və müxtəlif 
illərdə burada baş verən siyasi proseslər, Pakistanın etnik mənzərəsi, beynəlxalq münasibətlər 
sistemində yeri, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı əlaqələr haqda 
araşdırmalar yer almışdır. 
Kitab tarixçilər, filoloqlar, beynəlxalq münasibətlər sahəsinin mütəxəssisləri və tələbələri 
daxil olmaqla geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin