SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


UĢaqlara qarĢı zorakılığın törədilməsi



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə21/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   17   18   19   20   21   22   23   24   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

UĢaqlara qarĢı zorakılığın törədilməsi
Uşaqlara qarşı zorakılıq geniş yayılmış, ciddi problem kimi hələ də qalmaqdadır. Beynəlxalq 
araşdırmalar göstərir ki, dünyada böyüklərin dörddə biri uşaqlıqda fiziki zorakılığa məruz qalıb. 
Bundan əlavə, hər 5 qadından 1-i və 13 kişidən 1-i uşaq vaxtında cinsi zorakılığa məruz qalmışdır 
[15]. Uşaqlar fiziki zorakılıqdan daha çox emosional zorakılığı ilə rastlaşırlar. Lakin emosional 
zorakılıq fiziki zorakılıqdan heç də geri qalmır, zorakılığın istənilən forması uşaqlara dərin, 
sağalmağa illər lazım olduğu yaralar yarada bilər. Uşağın ehtiyaclarını gözə alınmaması, onu 
təhlükəli şəraitdə saxlaması, uşağa lazımi dəstək göstərilməməsi, arzuolunmaz olduğunu 
söylənilməsi və.s. kimi halları uşaqlara qarşı zorakılığın nümunəsidir. Uşaqlara qarşı zorakılığın 
törədilməsi haqqında miflər mövcuddur.Onlara nəzər salaq: 
Mif 1.Yalnız pis valideynlər öz uşaqlarına qarşı qəddar davranırlar. Bu fikir tamamilə 
yanlışdır. Valideynlərin çoxu övladlarına qəsdən zərər vermir. Onların əksəriyyəti uşaqlıqda 
zorakılığın qurbanı olub, bu davranış modelini təkrarlayırlar. Digərləri isə asıllığın hər hansı 
növündən əziyyət çəkir. Bu hallar əlbəttə ki, belə valideynlərə bəraət qazandırılması üçün 
vurğulanmır.Sadəcə bilmək lazımdır ki, bütün insanlar ağ-qaraya bölünməyiblər və elə hallar olur 
ki, onlar müstəqil olaraq belə vəziyyətlərdən çıxa bilmirlər. Bu kimi ailələrə kənardan müdaxilə 
lazımdır. 
SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
16-23 
 


~ 21 ~ 
Mif 2. Yalnız maddi cəhətdən sıxıntısı olan ailəlrin uşaqları zorakılıq halları ilə rastlaşır. 
Zorakılıq iqtisadi, irqi, mədəni sərhədlərdən asılı deyil. Elə ailələr var ki, hamı onları ideal görüb, 
nümunə kimi qeyd edir. Lakin, bu ―ideal ailə‖-nin qapıları arxasında nələr baş verilməsindən heç 
kimin xəbəri olmur. 
Mif 3. Uşaqlara qarşı zorakılığı törədənlərin əksəriyyəti yad olan adamlardır. Düzdür, onların 
arasında yadlar da azlıq təşkil etmir, lakin uşaqların böyük hissəsi məhz yaxın adamlardan 
valideynlərdən, qohumlardan, qonşulardan, ailə dostlarından zorakılığa məruz qalır. 
Mif 4. Zorakılığa məruz olmuş uşaqlar həmişə qəddar insanlar kimi böyüyürlər. Düzdür, 
zorakılıq şəraitində böyümüş insanlar risk qrupa daxil olan insanlardır, belə ki, onlar qeyri-ixtiyari 
olaraq, böyüklərdən görmüş davranış modellərini təkrarlayırlar. Lakin zorakılığa məruz qalmış 
böyüklərin çoxu özlərinin yaşadıqlarından uşaqlarını qorumaq üçün böyük əmək göstərdiklərini də 
qeyd etmək lazımdır. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin