SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə33/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   29   30   31   32   33   34   35   36   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

 


~ 30 ~ 
UOT 364.044.42 
ĠNSAN PSĠXOLOGĠYASINA DUALARIN TƏSĠRĠ ĠMKANLARININ TƏHLĠLĠ 
Sevinc ġahverdiyeva
*
 
 
Məqalə redaksiyaya daxil olmuşdur: 4 avqust 2022; çapa qəbul edilmişdir: 10 sentyabr 2022; 
online-da çap edilmişdir: 30 oktyabr 2022
Received: 11th of August, 2022; accepted: 10th of September, 2022; published online: 30th of 
October, 2022 
 
Xülasə 
Dualar və bəddualar insanın mənəvi dünyası, psixoloji durumu və qəlbinin kəsb etdikləri 
haqqında informasiya verən məfhumlardır. Dua Allahın əzəməti qarşısında bəndənin gücsüzlüyünü, 
acizliyini etiraf edərək, Ondan səmimiyyət və könül xoşluğu ilə kömək edilməsini istəməsini ifadə 
edir.
İnsanı həyatı boyu müşaiyət edən sınaqlar, çətinliklər və bəlalar onun ruhani aləminin 
sarsılmasına, psixoloji durumunun tənəzzül etməsinə və qəlbinin ümidsizlik xəstələyinə, 
depressiyaya mübtəla olmasına səbəb olur. Belə üzüntü çəkənlərin məlhəmi dua ola bilər. Dua 
mahiyyət etibarilə ibadət xarakteri daşıyaraq, bəndənin məqamından və mövqeyindən asılı 
olmayaraq yalnız Allaha üz tutmasını tövsiyə edir. 
Məqalə dua və bədduanın insanın psixologiyasına, həyatına, fəalliyyətinə və axirət 
dünyasına göstərdiyi təsirlərdən bəhs edir. 
Açar sözlər: psixi rahatlıq, dua, bəddua, iman, səbr, qəlb 
 
(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua 
edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə 
iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. 
Bəqərə surəsi 2/186 
Dua ərəb sözü olub, xahiş, rica, təvəqqe, yalvarmaq, istək, dilək, çağırış, səda və haraylama 
deməkdir. Belə zəngin söz ehtiyatına malik olan ərəb dilinin hər bir kəlməsi öz müxtəlif və 
rəngarəng məna çalarlarına malik olan sinonimləri ilə həmişə diqqəti cəlb etmiş və etməkdədir. Bu 
da dilin ecazkarlığından irəli gəlir.
Dua nədir? Dua anlayışı qulun Allaha sığınması, yalvarması, Allahın böyüklüyü qarşısında 
qulun gücsüzlüyünü, acizliyini etiraf etməsi, sevgi və ehtiram hissləri ilə lütf, kömək və əfv eləməsi 
kimi mənaları ifadə edir. [7, 9] Duada başlıca məqsəd bəşər övladının maddi və mənəvi çətinliklər 
girdabında olarkən halının və ya hər hansı bir arzusunun və diləyinin Allaha ərz edilməsidir. Bu 
proses bəndə ilə Allah arasında əlaqə və rabitə olduğu üçün, qəlb və dilin vəhdəti ilə bərabər, 
həmçinin səmimiyyətlə icra edilməlidir. 
Din alimləri duanı ibadətin bir hissəsi kimi qəbul etmiş və: ―Dua ən böyük ibadətdir‖ 
demişlər. Bir hədisdə peyğəmbərimiz (s) də: ―Dua ibadətin elə özüdür‖ və ya ―Dua ibadətin əsası, 
iliyidir‖ – buyurmuşdur. Bu baxımdan duaya namaz qədər əhəmiyyət verilməlidir. Aşağıdakı ayə də 
buna işarə edir: ―Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin‖. (Əl-Əraf, 7/55) [7, 10] 
Dua ibadətin əsası, qulluğun bir parçasıdır. Dua etməyənin Allah dərgahında dəyəri yoxdur. 
Çünki ayədə dua etməyi qüruruna sığışdırmayan kafirlərə xitab edilir: ―(Ya Rəsulum, müşriklərə) 
de ki: Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? (Furqan, 25/77) [7, 10]
Atalar sözləri müdrik firiklərin, ibrətamiz sözlərin və nəsihətlərin məcmusu olduğu üçün, bir 
ərəb atalar sözündə də belə deyilir: ―İş nəticəsindən bəlli olar‖. Yəni, insanın beynində, 
düşüncələrində dua mətninin formalaşmaması, onun mənasız və ləyaqətsiz həyat tərzi keçirməsinin 
nəticəsidir. 
*
 Bakı İslam Universitetinin müəllimi 


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin