~ 9 ~
əziyyət çəkən şəxslərin hamısını eyniləşdirib konkret bir qəlibə aid etmək düzgün deyildir. Onların
fərqliliyi onlarla aparılan sosial işə də birbaşa təsir göstərməklə çox müxtəlif keyslərin meydana
çıxmasına səbəb olur [1, s.36].
Əvvəlki hissədə qeyd etdiyimiz kimi daun sdinromundan əziyyət çəkən fərdlər digər
insanlarla müqayisədə zəif və ya orta səviyyədə zəka geriliyi nümayiş etdirməklə yanaşı eyni
zamanda fiziki prolemlər və inkişaf ləngimələrinə də məruz qalırlar. Bəzən bütün bunlara
baxmayaraq gündəlik həyat fəaliyyətinin, təhsil və iş həyatının idarə olunmasının, sosial əlaqələrin
qurulmasının öhdəsindən gəlmək iqtidarında olan daun sindromlu fərdlər ətrafdakı
bəzi insanlar,
hətta ailə üzvləri tərəfindən belə yetərincə dəstək, diqqət və qayğı görə bilmirlər. Ailələrin
orqanizmdə artıq bir xromosom ilə dünyaya gələn körpəyə qarşı münasibəti əksər hallarda heç də
ürəkaçan olmur, çünki təbii olaraq hər bir valideyn uşağının mükəmməl bir bədəndə, fiziki və zehni
cəhətdən sağlam doğulmasını arzulayır və əksinin olmasını böyük bir bədbəxtlik olaraq beynində
kodlayır. Anggreni və Valentina adlı alimlərin apardığı araşdırmalar
bir daha sübut etmişdir ki,
övladı daun sindromu ilə doğulan valideynlərin əksər hissəsi bu təcrübə ilə qarşılaşarkən özlərini
üzgün, xəyal qırıqlığına uğramış və şok içərisində hiss edirlər. Eyni zamanda qeyd olunur ki,
potensial olaraq sözügedən təcrübəni yaşayacaq olan gənc ailələr bundan narahat olmamalı və stres
keçirməməlidirlər. Gec ya da tez ana və ataların əksəriyyəti mövcud vəziyyəti qəbul edib
övladlarının digər uşaqlardan kəskin şəkildə fərqlənmədiyini, düzgün
qurulmuş tərbiyə və təhsil
sistemi, eyni zamanda lazımi mütəxəssislərin köməyi ilə fiziki çatışmazlıqların aradan qaldırıla
bildiyini dərk edir və onlar üçün əllərindən gələni əsirgəmirlər. Fikrimizcə bu çətin prosesdə
ailələrin ən yaxın köməkçisi sosial işçilər hesab oluna bilər. Xromosom anomaliyasının bərabərində
gətirdiyi fərqliliklər daun sindromlu uşaqları digərləri ilə müqayisədə qayğıya və xüsusi rəftara daha
möhtac hala gətirir. Valideynlər təkcə özlərinin deyil ailənin digər üzvlərinin də daun sindromlu
şəxsə davranışı, onu qəbul etmək və dəstək göstərmələri eyni zamanda ailənin digər uşaqlarının
maddi-mənəvi ehtiyaclarının ödənilməsi, ailə büdcəsinin idarə edilməsi,
valideyn sevgisinin
övladlar arasında bərabər bölünməsi üçün məsuliyyət daşıyırlar. Həmçinin fikrimizcə uşağın
vəziyyətini qəbul edib dəstəkləmək heç də asan qərar hesab olunmamalıdır, çünki daun sindromu ilə
doğulan uşağın geniş ailə daxilində normal qarşılanması, cəmiyyətdəki digər insanlar arasında
özünə yer tapmaq üçün addım ata bilməsi, qohumluq bağı olan və ya olmayan şəxslərin uşağa qarşı
münasibətlərinin tənzimlənməsi də ilk növbədə valideynlərin yanaşmasından asılı olaraq onların
səyi ilə müsbət istiqamətdə formalaşa bilər. Maraqlısı odur ki, orqanizmdəki xromosom cütlərində
əlavə xromosomun mövcud olmasını valideynlər hətta keçmişdə etdikləri səhvlərin qarşılığı və ya
ailənin lənəti kimi də qəbul edə bilirlər. Bəziləri isə sadəcə olaraq övladlarının əlilliyi olduğunu
zənn edir və inkişafdan geri qalacaqlarını fikirləşərək bir növ ümidsizliyə qapılmağı seçirlər.
Əlbəttə ailə böyüklərinin bu mövqeyi ailənin digər fərdlərinə olduqca neqativ təsir göstərməklə
daun sindromlu fərdin onsuzda çətin olan sosiallaşma və cəmiyyətə tam inteqrasiya prosesini daha
da ağırlaşdırır.
Qeyd etməliyik ki yalnız ata və ana deyil eyni zamanda bacı və qardaşlar da ailədə daun
sindromlu fərdin olmasından birbaşa olaraq təsirlənirlər. Xüsusilə ailənin böyük uşağının
üzərinə
müəyyən məhdudiyyətlərə sahib olan bacı və ya qardaşına qayğı göstərmək, maksimum tolerant
yanaşmaq və onun qayğısına qalmaq vəzifəsi qoyulur. Bu tələb həmçinin onların hər hansı səhvə
yol verdikləri zaman damğalanmalarına və daim yetkin biri davranmalarının gözlənilməsini də
gətirib çıxara bilir. Buna görə də daun sindromlu fərdlər və onların ailələri ilə aparılan
sosial iş
kompleks və məsuliyyətli, həmçinin ən az tibi müdaxilələr qədər zəruri bir proses hesab olunur [3,
s.76-77]. Sosial xidmət prosesinin ən əhəmiyyətli 2 mərhələsi ailələrlə sosial iş və uşaqlarla sosial
işdir. Qeyd etmək lazımdır ki, sosial iş mütəxəssisləri ilk növbədə sosial xidmətin hədəfinin ailə
yaxud uşaq olduğunu müəyyən etməlidirlər. Əsasən bu zaman uşaqların rifahından söhbət getdiyi
üçün sosial işçi eyni zamanda həm ailə həm də şəxsin özü ilə paralel olaraq iş aparır ki bunu biz
daun sindromlu fərdlərin daxil olduğu keyslərə də aid edə bilərik.
Daun sindromlu uşaqlarla sosial iş müddətində xidmət göstərən şəxs xidmətin obyekti olan
daun sindromlu fərdlərə sosial dəstək əldə etmək, sosial ehtiyacları qarşılamaq,
digər maddi və
Dostları ilə paylaş: