SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə8/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   4   5   6   7   8   9   10   11   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
8-15 
 


~ 12 ~ 
konsultasiyalar zamanı aylarla bir-biri ilə ünsiyyət qurmur və ya ünsiyyət defisitlərinin əvvəldən 
etibarən olduğu üzə çıxır. Sosial işçi xidmət göstərən zaman qərəzsiz üçüncü tərəf kimi fəaliyyətini 
davam etdirir və ailə üzvləri hislərini, istəklərini, qorxu və narahatlıqlarını hətta bir-birləri haqqında 
fikirlərini, məyusluq və sevinclərini heçbir tərəddüd etmədən asanlıqla onunla bölüşürlər. Onun 
ünvanladığı hər bir sual ailənin təməlini sarsıda biləcək riskləri ortaya çıxarmağa və onları aradan 
qaldırmağa köməklik edir. Məsələn əgər hər hansı ailədə böyüyən uşağın davranışlarında 
xoşagəlməz məqamlar müşahidə olunursa bu, uşağın təbiətindən, tərbiyədə olan boşluqlardan və ya 
valideynlərinə hörmət etməməsindən asılı olamaya bilər. Ola bilər sadəcə olaraq ailə daxilindəki 
psixoloji mühit, ana və ata arasındakı münasibətin gərginliyi uşağa mənfi təsir göstərməklə davranış 
pozulmalarına yol açır. Sosial işçi bütün bunları kənardan görməklə onlara fikirlərini, şüuraltında 
özlərinin belə xəbərsiz olduğu gizli məqamları ifadə edərək müzakirə edib bir-birini daha yaxşı başa 
düşməyə sövq edir [6, s.104].
Ata və ananın daun sindromlu fərdin həyatında nə dərəcədə böyük təsirə malik olduğunu 
vurğulayan türk professor həkim Işın Baral Kulaksızoğlunun fikirlərinə əsasən sosial işçi bir sıra 
təməl addımların atılmasında ailəyə dəstək verməli və onların bu barədə məlumatlılıq səviyyəsini 
yüksəltməlidir. Sosial işçilər daun sindromu diaqnozu qoyulmuş uşaqların ailələrinə müxtəlif 
yollarla kömək edə bilərlər. Onlar əsasən diaqnoz qoyulduqdan sonra bu barədə xəbərin öhdəsindən 
gəlməkdə, onu qəbul etməkdə valideynlərə emosional dəstək təklif edirlər. Sosial xidmət 
mütəxəssisləri ailə üzvlərinə stres və emosiyaları idarə etməyi və ya onlarla mübarizə 
strategiyalarını təklif etməklə insanların beyinlərini məşğul edən sualları cavablandırır yaxud 
anomaliya haqqında ətraflı məlumat verirlər. Onlar valideynlərə, qəyyum və himayəçilərə daun 
sindromlu uşaq üçün təklif olunan xidmət və mövcud resurslar haqqında məlumat verə və bu 
mənbələrin əlçatanlığını təmin etmək üçün əllərindən gələni edə bilərlər. Daun sindromlu ailələrlə 
işləyən sosial iş peşəkarları ailə üzvlərinə müalicə ehtiyaclarını, uşaqların tibbi durumunu, öyrənmə 
və ya əqli geriliyi, yaşıdlarından gec, ləng bir formada baş verən bioloji formalaşma prosesini 
dərindən anlamağa və bunun qarşısını almaq üçün hansı mütəxəssislərin köməyinə ehtiyac 
duyduqlarını müəyyən etməyə yardımçı olmaqla çox əhəmiyyətli bir funksiyanı yerinə yetirirlər. 
Eyni zamanda onu da qeyd etmək yerinə düşər ki, bəhs etdiyimiz şəxslər daun sindromlu uşağın ailə 
üzvlərinin tibbi yardım, müalicə və ya psixoloji xidmət ehtiyacından irəli gələn yarana biləcək 
potensial maddi çətinliklərin aradan qaldırılmasında lazımi mənbələrdən yardım ala bilməsi üçün 
məsuliyyət daşıyırlar. Sosial işçilər bunu ailələrə birbaşa və ya aidiyyatı agentlik və təşkilatlarla 
əlaqələndirmək vasitəsilə həyata keçirirlər. Daun sindromlu şəxslərə işləyən sosial işçilər dedikdə 
təsəvvürümüzdə yalnız trisomiya 21 patalogiyasından əziyyət çəkən fərdin sosial, psixoloji, ictimai 
və ya tibbi rihaf səviyyəsinin yüksəldilməsi üçün çalışan xeyirxah insanlar canlana bilər, lakin 
yadda saxlamaq lazımdır ki uğurlu sosial xidmətə nail olmaq üçün sosial işçi yalnız fərdin özü ilə 
yox eyni zamanda onun yaxın ətrafı və ailə üzvləri də işləməklə ailə daxilindəki psixoloji mühitin 
sağlam olmasını, həmrəyliyin qorunub saxlanmasını təmin edirlər. İlkin mərhələdə valideynlərlə 
aparılan məshələtləşmənin əsas məqsədi onlarla birgə uşağın təbiətinə hərtərəfli yiyələnmək, uşaq 
üçün real məqsədlər, hədəflər müəyyənləşdirmək və onları həyata keçirmək üçün həmrəy hərəkət 
etmək və ailənin daxilində məqbul bir yer tuta bilməkdir [5, s.19].
Ətraf mühitdə mövcud olan dinamik mühit daun sindromlu uşağa olduqca güclü təsir 
göstərir, beləliklə öz potensialını üzə çıxarmağa təkan verir və ya əksinə. Fərdlər və ailələrlə 
aparılan iş zamanı ailə mərkəzli konsultasiya pasient və ailə arasındakı qarşılıqlı təsir prosesini 
müəyyənləşdirməyə təkan verir, bu vasitə silə sosial işçi xəstənin ailə üzvlərində yaratdığı 
təəssüratları və ailə üzvlərinin xəstə üzərindəki təsirini anlamağa müvəffəq olur. Sosial işçilər ailə 
sisteminə mənfi təsir göstərən bu mürəkkəb vəziyyəti aradan qaldırmaq üçün gərəkli təlimləri 
keçdikləri üçün lazımi bilik və bacarıqlara malikdirlər. Sosial işin ailə genetikasındakı bu 
əhəmiyyətli mövqeyi genetik konsultasiyanın unikal bir peşə kimi təkamülündən irəli gəlir. Daun 
sindromunun hamiləlik dövründə edilən analizlər vasitəsilə müəyyənləşdirilməsi zamanı həkimlər, 
tibb bacıları və digər tibb işçiləri valideynlərə bu xəbərin ən doğru şəkildə verilməsi və rahatlıqla 
qəbullana bilmələri üçün əllərindən gələni əsirgəmirlər. Bir çox analar təbii ki xromosom

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin