~ 18 ~
qurban
maksimum dərəcədə həm fiziki, həm də psixoloji travmalar almış olur. Döyülmə zamanı
qurbanın özünü qorumaq üçün edə bilən yegane şey başını, üzünü qorumağa çalışmasıdır. Adətən,
polisin müdaxiləsi ilə bu hal başa çatır. Polisə xəbər verilmədiyi təqdirdə, hücum edən şəxs təbii
şəkildə sakitləşməyə başlayır və üçüncü mərhələyə keçir baş verir.
Üçüncü mərhələdə hücum edən tərəf qurbanından üzr istəyir, ona kömək etməyə çalışır, söz
verir ki,bu hərəkət bir də baş verməyəcək. Maraqlı
olan isə budur ki, zorakılıq törədən öz
dediklərinə inanır və hesab edir ki, buna bir daha yol verməyəcək.
Bu dövrdə o, qurbanına
hədiyyələr alır, böyük qayğı göstərir, münasibətlər ilk tanışlıq dövrdə olduğu kimi gözəl olur.
Qurban döyən şəxsə inanmaq istədiyinə görə inanır. Ona elə gəlir ki,
hələ heç nə gec deyil və o
həmin şəxsi dəyişdirəcək. Bəzi hallarda zorakılıq törədən şəxs bu mərhələdə qurbanına qayğı
göstərmir. Eyni zamanda, gərginlik də yaratmır. Gərginliyin yaratmaması ilə əlaqədar, qayğının
olmamasına baxmayaraq, zorakılıq törədənə növbəti şans verən qadınlar da az deyil. Bəzən ikinci
mərhələdə yaranan həmin yüksək gərginlik azalmır və belə hallar çox vaxt qurbanın həyatının
itirilməsi ilə nəticələnir. [4, s.91]
Məişət zorakılığa rast gələnlərin çoxu qadın olduğunu qeyd etmək lazımdır. Qadınların onlara
qarşı zorakılığın istənilən forması ilə rastlaşması dünyada gender münasibətlərindəki
bərabərsizliyin
nə dərəcədə təzahür etdiyindən xəbər verir. 1979-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul
edilmiş ―Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında‖ Konvensiya
(CEDAW) [5] mühüm əhəmiyyət daşıyır. Konversiyanın qəbul edilməsi ilə qadınlar gündəlik
həyatlarını dəyişdirməyə kömək olan vasitə qazanmış oldu. Daha geniş desək, Konversiya qadınlara
yoxsulluq, zorakılıq, müdafiə vasitələrin olmaması, vərəsəlikdən imtina və s. kimi ədalətsiz hallar
ilə mübarizədə böyük dəstək göstərən vasitədir.
Məişət zorakılığın tətbiq olunması ilk növbədə insan hüquqlarının pozulması deməkdir.
Dövlət orqanları zorakılığın hər
bir növü ilə mübarizə aparmağa, bunun üçün tədbirlər görməyə
borcludur. ―Dövlət orqanların zorakılığın qurbanı olan insanların şikayətlərinə lazımi reaksiya
vermədiyi və cinayət törədənlər öz əməllərinə görə məsuliyyət daşımadığı
vəziyyətində dövlət
zorakılığa bir növ şərik olur‖ [6].
Məişət zorakılığına məruz qalan şəxsləri ilk qarşılayan əsasən polis orqanlarda işləyən şəxslər
olur. İlk cavab tədbiri görən tərəf olaraq, polis məişət zorakılığı ilə qarşılaşan şəxsin
təhlükəsizliyinin təmin olunmasında və zorakılığı tətbiq edən tərəfin məsuliyyətə cəlb olunmasında
mühüm rol oynayır.
Buna baxmayaraq, çox zaman polis orqanlarında işləyən məsuliyyətsiz şəxslər
zərərçəkənin şikayətlərini ciddi qəbul eləmir. Elə hallar da baş verir ki, polis bu şikayəti
zərərçəkənin yaxınına belə bildirir. Bu halın özünü böyük bir cinayət hesab etmək lazımdır. Çünki
bu işdə məsuliyyət daşıyan polis orqanları
başa düşməlidir ki, onun müraciət edənin probleminin
qismən həlli və ya həll etməməsi məişət zorakılığından zərər çəkmiş şəxs üçün dönüşü olmayan
yeni situasiyaya gətirib çıxara bilər.
Dostları ilə paylaş: