SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


Qədim dövrlərdə əlilliyə münasibət və əlillik anlayıĢı



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə26/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   22   23   24   25   26   27   28   29   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

Qədim dövrlərdə əlilliyə münasibət və əlillik anlayıĢı 
Yunanlar kimi romalılar da əlilliyə aşağı səviyyədə görürdülər. Latın dilində ―əlil‖ məhfumu 
yoxdur, buna görə də romalılar mifik canavarlar üçün istifadə edilən ―monstrum‖ sözündən istifadə 
edirdilər. Əlilliyi tanrının qəzəbi kimi qiymətləndirirdilər və əlilliyi olan uşaqları meşədə çıplaq 
şəkildə tərk edirdilər. 
XI- XV əsrləri əhatə edən, sosial zülm və iqtisadi sıxıntı kimi qiymətləndirilən orta əsrdə 
insanların əlillərə olan şəxslərə münasibəti hələ də dəyişməmişdi. Əlilliyi günahların cəzası, 
şeytanın işi sayırdılar. Bu dövrdə əlilliyi olan insanları müalicə etmək əvəzinə gizlətməyi üstün 
tuturdular. Dinin təsirinin artması insanlar arasındakı münasibətlərə də təsir göstərdi. İntibah 
dövründə əlilliyi olan şəxslər, əsasən, rahiblərin və ya dini təşkilatların yanında saxlanılırdı. Artıq 
əlilliyi olan insanlara tibbi müalicə göstərirdilər [1]. 
XX əsrin sonlarından inkişaf fərqli istiqamətlərdə gedirdi. Əlilliyi olan şəxslər üçün 
reabilitasiya mərkəzlərinin, xüsusi məktəblərin, teatrların açılması, onların leyinə qanunların qəbul 
edilməsi, şəxsi rifahının yüksəldilməsi üçün proqramların, aktların hazırlanması başlandı. 
Ümumiyyətlə ―əlillik‖ sözünün bir tərifinə rаst gəlinmir. Hаlbuki tərif verməklə bаğlı bir sırа 
cəhdlər olmuşdur. Əlillik latın sözü olub ―invalidus‖ sözündən götürülüb. ―İn‖ – yox, ―validus‖ –
*
magistr, Azərbaycan Universiteti, Bakı, Azərbaycan 
E-mail: magistrhesenova.naciye@mail.ru 
SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
24-29 
 


~ 25 ~ 
güclü deməkdir. Ümumdünyа Səhiyyə Təşkilаtı (ÜST) Fəаliyyət, Əlillik və Sаğlаmlıq üzrə 
Beynəlxаlq Təsnifаtındа əlilliyi yаlnız "tibbi" və "bioloji" funksiyаsızlıq kimi görmür. ÜST 
tərəfindən iki əsаs аnlаyış mövcuddur: 
1.Qüsur 
2.Əlillik 
Qüsur dedikdə, psixoloji, fizioloji və yа bədən quruluşunun (funksiyаsının) pozulmаsı, eləcə də 
hər hаnsı bir çаtışmаzlıq nəzərdə tutulur. Məsələn, iflic, eşitmə, görmə və s. Əlillik dedikdə isə iş 
fəаliyyətinin yerinə yetirilməməsi, qаbiliyyətlərin olmаmаsı (qüsurlаrdаn yаrаnmış) və yа hər hаnsı 
bir məhdudiyyətin olmаsı аid edilir [8]. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin