SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə30/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   26   27   28   29   30   31   32   33   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
24-29 
 


~ 28 ~ 
embrionun quruluşudur. Körpənin beyni nəticədə onurğa beyni və onları əhatə edən toxumalara 
çevrilir. Ümumi olaraq, sinir borusu hamiləliyin ilk dövründə əmələ gəlir və 28-ci gün bağlanır. Bu 
proses sinir borusunun tamamilə bağlanmadıqda və ya düzgün inkişaf etmədikdə baş verir. İnkişafın 
düzgün getməməsi onurğa beynində və onurğa sümüklərində problem yaradır.
―Onurğanın bölünməsi‖ mənası verən spina bifidanın əsas üç növü var. Spina bifidanın ən 
ağır növü miyelomeningoseldir. Bu növdə onurğa beyninin bir hissəsi arxadan çıxır. Meningocele 
tipi onurğa beyni əhatə edən maye dolu kisə körpənin kürəyindən çıxır. Occulta növünə isə bəzən 
gizli spina bifida deyirlər. Körpənin kürək və bel hissəsində heç bir çıxıntı olmur. Körpədə onurğa 
beyni və sinirlər düzgün şəkildə inişaf edir, ancaq onurğanın sümüklərində kiçik fərqliliklər hiss 
olunur. Hətta bu növündən olan şəxslər bəzən spina bifida olduqlarını bilmirlər. Çünki heç bir 
simptom özünü göstərmir. Lakin bəzi insanlar bel ağrısı, ayaq zəifliyi, bağırsaq və ya sidik kisəsi 
problemlərindən əziyyət çəkirlər [4]. 
Epilepsiya beyinə təsir edən və tez – tez qıcolmalara səbəb olan ümumi bir vəziyyətdir. 
Tutmaların səbəbi beynin işləməsinə müvəqqəti təsir edən elektrik aktivliyin partlamasıdır. Bu 
genetik və ya sonradan qazanılmada ola bilər. Ağır kəllə-beyin tavması, beyin infeksiyası, doğuş 
zamanı oksigen çatışmazlığı, kəskin narkotik və ya spirtli içkidən istifadə epilepsiyanın sonradan 
qazanılmasına səbəb oıla bilər. Epilepsiya özünü hər yaşda göstərə bilər, ancaq uşaqlıq dövründə və 
60 yaşdan sonra daha çox rastlanır. Tutmalar çox zaman uzunmüddətli (ömürlük) olur, bəzən 
zamanla yavaş – yavaş yaxşılaşa bilər.
Tutmalar beynin hansı hissəsindən asılı olaraq insanlara müxtəlif yollarla təsir edə bilər. 
Tutmalara şüuru itirmək, boş baxmaq, bədənin sərtləşməsi, qarında yüksəlmə hissi, qeyri-adi 
qoxular, dadlar və sairə olmasını misal göstərmək olar. Epilepsiyada tutmalar zamanı şüurun 
itirilməsi bəzən nə baş verdiyini xatırlamama kimi vəziyyətlərə səbəb olur [5]. 
Əlilliyi olan hər bir şəxs vəziyyətini qəbul edib, ən yaxşı hala doğru irəliləməyə və vəziyyətini 
stabil saxlayaraq həyata adaptasiya olmağa cəhd göstərməlidir. Bildiyimiz kimi, epilepsiyada fiziki 
əlilliyin bir növü olub, adətən ömür boyu davam edir. Epilepsiyası olan şəxslər tutmaları yaxşı idarə 
etsə, həyat şəraiti qaydasına düşəcək. Epilepsiyaları olan uşaqlarların əksəriyyəti məktəbə gedə, 
digər fəaliyyətlərlə də məşğul ola bilər: idman, musiqi, gimnastika və s. Həmin şəxslər hər hansısa 
fəaliyyətə başlamadan öncə müəssisəyə bu haqda məlumat verməsi məqsədəuyğundur. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin