SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə94/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   90   91   92   93   94   95   96   97   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
74-81 
 


~ 79 ~ 
1947-ci ilin iyununda Mərkəzi hökumət qubernator Zanqı Məsud Səbri ilə əvəzlədi. O, ilk 
Şərqi Türküstanlı idi ki, Şərqi Türküstana rəhbərlik etməli və Mərkəzi hökumətin siyasətini həyata 
keçirməli idi. Əlbəttə, bu asan olmayacaqdı, çünki əyalətdə yerləşdirilmiş Han Qomindan (GMD) 
ordusu siyasi işlərə fəal müdaxilə edirdi. 1949-cu ilin yanvarında hökumət Məsud Səbrini azad edib 
onun yerinə Aksudan (Ağsu) tatar Burhan Şəhidini təyin etdi. Onun əsli indiki Tatarıstandan idi. 
Çində və SSRİ-də təhsil alan, hər iki ölkədə müxtəlif vaxtlarda yüksək vəzifələr daşıyan və 
sovetlərin yetirməsi və tərəfdarı olan B. Şəhidi Sincanın son respublika qubernatoru oldu.
1949-cu ilin sentyabrında B. Şəhidi Şərqi Türküstanı Çin kommunistlərinə təslm etməyə qərar 
verdi.
Qeyd etmək lazımdır ki, Çində 1946-1949-cu illərdə çox yerdə vətəndaş müharibəsi davam etsə də, 
Şərqi Türküstanda bu baş verməmişdi. Çin kommunistlərinin Şərqi Türküstanı dinc yolla ələ 
keçirməsində SSRİ hökuməti də maraqlı idi və bu prosesə dəstək verirdi. Kommunist maoçular bu 
bölgənin üç rayonunda inqilabın qələbəsini elan etdilər. Avqust ayında kommunistlərin rəhbəri Mao 
Tze-dun Şərqi Türküstan nümayəndə heyətini Pekində keçiriləcək Xalq Milli Məsləhət 
Konfransında iştirak etməyə dəvət etdi. Beş nəfərlik heyət 15 avqust 1949-cu ildə Almataya yola 
düşdü ki, oradan da təyyarə ilə Pekinə uçsunlar. Nümayəndələr Çinin kommunist rəhbərliyindən 
verilməsi arzu olunan muxtariyyatın bütün əyaləti, ya da heç olmasa, üç vilayəti əhatə etməsini 
xahiş edəcəklərdi. Lakin, Almatada onların mindiyi təyyarə Pekinə çatmadı, avqustun 17-də elan 
edildi ki, həmin heyəti götürən təyyarə İrkutsk yaxınlığında qəzaya uğrayıb və sərnişinlərin də 
hamısı həlak olub. Pekin radiosu bildirdi ki, nümayəndə heyəti Mao Tzedunun rəhbərliyindəki yeni 
Çin hakimiyyətini təbrik etmək üçün Pekinə uçarkən təyyarənin qəzaya uğraması ilə həyatlarını 
itirmişlər. 
Əlbəttə, Şərqi Türküstan Respublikası nümayəndələrinin həlak olması xəbəri məyusluq və 
ruh düşkünlüyü yaratdı. Bəziləri təyyarə qəzasında sovetlərin əlinin olduğunu deyirdi. Hər halda 
Şərqi Türküstanın yerli-köklü xalqı olan türklərin öz milli haqqlarına sahib olmaları yenə baş 
tutmadı. Mao Şərqi Türküstan Respublikasının üç vilayətində kommunist inqilabı rejiminin 
qurulduğunu elan etdi. 29 sentyabr 1949-cu ildə Çin kommunistləri Ürümçidə də iqtidarı ələ keçirib 
mərkəzi hökumətə tabe etdirdilər və Burhan Şahidini də kommunist hökumətinin valisi təyin etdilər 
[3, s.330]. 
Çində kommunistlərin qələbəsi Stalinin Şərqi Türküstana dair niyyətlərini dəyişdirdi. 
Əvvəllər Qomindan hökumətinə təsir göstərmək və sövdələşmək üçün Sincanda təsir imkanlarına 
malik olmaq lazım idi, indi isə Çində artıq kommunist hökuməti bərqərar olmuşdu. Sovetlər hətta 
Xalq Azadlıq Ordusunun (PLA) Sincanı tutmasına logistik köməyini də əsirgəmədi, Azadlıq 
Ordusu üçün min ton aviasiya yanacağı və on min ton buğda da göndərdi. 
Vəziyyətin kəskin dəyişildiyini görən Şərqi Türküstan Respublikası liderlərindən İsa və 
Buğra öncə Hindistana, sonra isə oradan Türkiyəyə sığındılar. Amma, bundan sonra da Şərqi 
Türküstan Çin üçün ―baş ağrısı‖ olaraq qalmaqda davam etdi. 
Bundan sonra Çin Xalq Respublikası (ÇXR) tərkibində Mədəni İnqilab və İrəliyə Böyük 
Sıçrayış siyasəti Sincan adlandırılan bu qədim türk yurdunun etno-siyasi durumunu da dəyişməyə 
başladı. 1955-ci ildə Çin Xalq Respublikası Sincanın muxtariyyatını elan etdi. Bu yalnız sırf ərazi 
muxtariyyatı idi. Əzizi bununla əlaqədar demişdi ki, ―muxtariyyat dağlara və çaylara deyil, ayrıca 
milliyyətlərə verilməlidir‖. Bundan sonra Çin Kommunist Partiyasının rəhbəri Maonun göstərişi ilə 
bölgə Sincan Uyğur Muxtar Regionu adlandırıldı [4, p.199]. Sonrakı illərdə isə muxtar rayona 
çevrildi. Hökumətin həyata keçirdiyi demoqrafik siyasət nəticəsində bölgədə çinlilər gedərək 
çoxaldılar. Lakin 1996-cı ilin məlumatına görə bölgənin 17 milyon nəfər əhalisinin 41 faizini 
uyğurlar, 36 faizini hanlar (çinlilər), qalan 23 faizini də digər türk xalqları təşkil edirdi [4, s.482]. 
Maraqlıdır ki, uyğurların sayı 1987-ci ildə 6,68 milyon nəfər olmuşdu [5, c.1393]. Belə görünür ki, 
on il ərzində onların sayı çox çüzi artmış və 1996-cı ildə 6,97 milyon nəfər olmuşdur. 
2019-cu ilin Çin İllik Statistik məlumatına görə Sincanın ümumi əhalisi 24 milyon 870 min 
nəfər, ərazisi isə 1.664.897 kv. kilometr təşkil edir [2, p.15]. BBC televiziyasının son məlumatlara 
istinad edərək verdiyi məlumata görə burada uyğurları sayı 10 milyondan artıqdır [7]. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin