SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə97/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   93   94   95   96   97   98   99   100   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
74-81 
 


~ 82 ~ 
UOT 94.(479.24) 
MOSKVA MÜQAVĠLƏSĠ VƏ NAXÇIVAN 
 
Hacıfəxrəddin Səfərli
*
 
Məqalə redaksiyaya daxil olmuşdur: 6 sentyabr 2022; çapa qəbul edilmişdir: 10 sentyabr 
2022; online-da çap edilmişdir: 30 oktyabr 2022
Received: 6th of September, 2022; accepted: 10th of September, 2022; published online: 30th 
of October, 2022 
 
Xülasə 
Məqalədə Naxçıvana muxtariyyət statusu verilməsində çox mühüm addım olan Moskva 
müqaviləsindən bəhs edilir. Qeyd olunur ki, 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə 
arasında Moskva şəhərində imzalanan ―Dostluq və qardaşlıq haqqında müqavilə‖nin 3-cü maddəsi 
və I (C) əlavəsi Naxçıvanla əlaqədardır. Hətta əlavədə Naxçıvanın sərhədləri dəqiq müəyyən 
edilmişdir. Müqavilənin şərtlərinə əsasən hər iki tərəf (Rusiya və Türkiyə) qeyd olunan sərhədlər 
içərisində Naxçıvan vilayətini Azərbaycanın protektoratlığının heç bir zaman üçüncü dövlətə 
güzəştə getməyəcəyi şərti ilə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsindən razı 
olduqlarını bildirir. Beləliklə, Moskva müqaviləsi Azərbaycanın ərazi bütövlüyünü qorudu və 
Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə aydınlıq gətirdi. 
Açar sözlər: Moskva, Rusiya, Türkiyə, Azərbaycan, Naxçıvan, müqavilə.
2021-ci ildə Azərbaycan dövlətçiliyi tarixində özünəməxsus yer tutan Naxçıvan Muxtar 
Respublikasının yaradılmasında mühüm rol oynayan 3 mühüm hadisənin 100 ili tamam oldu. Belə 
ki, 2021-ci ilin yanvarında Naxçıvan bölgəsinin ərazi taleyi, onun Azərbaycanın tərkibində qalması 
və ya Ermənistana verilməsi ilə əlaqədar görkəmli dövlət xadimi və diplomat Behbud ağa 
Şahtaxtinskinin təşkilatçılığı ilə Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin iştirakı ilə 
Naxçıvanda keçirilən və əhalinin 90 faizinin bölgənin Azərbaycanın tərkibində qalmasina səs 
verdiyi referendumun (ümumxalq səsverməsinin) 100-cü ildönümü, martın 16-da isə Naxçıvana 
muxtariyyət statusu verilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən və bu sahədə ilk 
beynəlxalq sənəd olan Moskva müqaviləsinin imzalanmasının 100-cü ildönümü tamam oldu. 
Həmçinin həmin ilin oktyabr ayının 13-də isə Moskva müqaviləsini tamamlayan, muxtar respublika 
kimi Naxçıvanın sərhədlərini daha təkmil, aydın, konkret şəkildə əks etdirən və Naxçıvan 
bölgəsinin Azərbaycanın tərkibində muxtariyyət statusu ilə qalmasını və bunu Naxçıvana ərazi 
iddialarında olan Ermənistan SSR-in nümayəndələrinin də təsdiq etdiyi Qars müqaviləsinin 
imzalanmasının 100 ili qeyd olundu.  
Ona görə də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümü ərəfəsində 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bölgəyə Azərbaycanın tərkibində 
muxtariyyət statusunun verilməsində mühüm rol oynayan Qars müqaviləsinin imzalanmasının 100 
ilinin tamam olması ilə əlaqədar 8 fevral 2021-ci ildə ―Qars müqaviləsinin 100 illiyinin keçirilməsi 
haqqında‖ Sərəncam imzalamışdır (9). Naxçıvanın muxtariyyət statusunun Azərbaycan dövlətçiliyi 
tarixində mühüm mərhələ olması, bu tarixin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının 
bütün dövrlər üçün aktuallığı nəzərə alınaraq imzalanan bu Sərəncam tariximizə, onun dərindən 
öyrənilməsi və təbliğ edilməsinə yüksək dövlət qayğısının yeni və çox əhəmiyyətli təzahürüdür.
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində çox böyük 
əhəmiyyətə malik olan Qars müqaviləsi 1921-ci ilin yanvar ayında Rusiya, Ermənistan və 
Azərbaycan nümayəndələrinin iştirakı ilə keçirilən ümumxalq səsverməsinin nəticələrindən və 
1921-ci il Moskva müqaviləsindən sonra Naxçıvanın muxtariyyət məsələsinə yekun vuran, onun
*
 AMEA Naxçıvan Bölməsi Tarix Etnoqrafiya və Arxeologiya İnstitunun direktoru, AMEA-nın müxbir üzvü, professor 
E-mail: seferli949@mail.ru 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin