Azərbaycan Dövlət İqtisad Universiteti
Ad: Məryəm
Soyad: Abdullayeva
Fənn: Fəlsəfə
Fakültə: BİM
Kurs və qrup: I kurs, 890
Müəllim: Əliyeva Gülbahar
Sərbəst işin mövzusu: Orta əsrlər xristian qərb və müsəlman şərq fəlsəfəsinin müqayisəli təhlili
Orta əsrlərdə Şərq fəlsəfəsi öz xüsusiyyətlərinə görə iki qola ayrılır. Çin, Hindistan sonralar Yaponiya və başqa ölkələr. Bu ərazidə yayılmış qədim ideoloji təlimlər mövcud şəraitə uyğun olaraq inkişaf etmişdir. Şərq fəlsəfəsinin digər qolu, islam dininin yayıldığı ölkələrdə müstəqil inkişaf yolu keçməsinə baxmayaraq, onlar arasında müəyyən yaxınlıq və ümumilik də mövcuddur. Orta əsrlərdə qədim Çin fəlsəfəsinin iki təlimi – daosizm və konfutsiçilik mühüm idea cərəyanlarının əsası olmaqla, bu mənbələr üzərində həm materialist, həm də idealist istiqamətlər yaranırdı.
Çində e.ə I əsrdən etibarən yayılmağa başlayan buddizm V-VI əsrlərdə materialist filosofların ciddi tənqid hədəfinə çevrilmişdir. Çinin tanınmış filosofu Fan Çjen insan ruhunun bədəndən ayrılmazlığını qeyd etməklə, həyat və ölümə təbii hal kimi baxırdı. VII – IX əsrlərdə Çində buddizm daha geniş yayılmış, konfutsiçiliyi və daosizmi sıxışdırmışdır. Buna baxmayaraq Xan Yuyun, Çjou Dun-i və Çjan Tszay kimi görkəmli materialist filosofların fikrincə, kainat qarşılıqlı təsirdə müsbət və mənfi başlanğıclardan təşəkkül tapmış, qarmaqarışıq, formasız ilk materiadan su, od, ağac, metal və torpaq ünsürləri əmələ gəlmişdir.
Orta əsr hind fəlsəfəsində də qədim ənənələr davam etdirilmişdi. Lokayatçılar məntiqi təfəkkür üsuluna etinadsızlıq göstərərək, duyğuları idrakın yeganə mənbəyi sayırdılar. Materialist fəlsəfəsi məktəblərdən vayşeşika, nyaya, mimansa, cayniz-atomları, sankhyaəbədi mövcud olan materiyanı hər predmetin maddi əsası hesab edirdi. Orta əsrlərdə hind fəlsəfəsində induksiya və deduksiyanın vəhdətinə əsaslanan nyaya məntiqi hind fəlsəfəsi fikrində mühüm rol oynamışdı. Bu dövrdə Hindistanda idealist fəlsəfəsi başlıca olaraq buddizm məktəblərindən yoqa və vedanta təmsil edirdi. Onlar qeyri-maddi başlnğıcı – ilahini, ruhu, boşluğu və şüuru yeganə həqiqi reallıq hesab edir, maddi aləmə yalnız xəyal, şüurun ideya axınları kimi baxırdılar.
Ərəbistanda bütpərəstliyə qarşı Məhəmməd peyğəmbər (s.ə.s) tərəfindən hazırlanmış – monoteist din olan islam VII əsrdə meydana gəlib sürətlə yayılmağa başlamışdır. Bu dini təlimin müqəddəs kitabı Quran (qiraət) yalnız dinin deyil, hüququn, şəriətin və bütünlükdə müsəlman xalqlarının ideologiyasının qiymətli mənbəyidir. Orta əsrlərdə fəlsəfi, ictimai-siyasi, etik, estetik görüşlər, ideoloji cərəyan və təlimlər Quranla bağlı olmuşdur.
Orta əsr qərb fəlsəfəsi: əgər yunan fəlsəfəsi quldarlıq cəmiyyətində meydana gəlmişdirsə, orta əsrlər fəlsəfəsi feodalizm dövrünə məxsusdur. Yunan fəlsəfəsi bütpərəst çoxallahlıqla bağlı bütün müxtəlifliyinə baxmayaraq onun təlimləri son nəticədə kosmoloji xarakter daşıyırdı, çünki bütün varlığın o cümlədən insanın da daxil olduğu təbiət idi. Orta əsrlər fəlsəfəsinə gəldikdə isə kökləri təkallahlılıq dininə gedib çıxmaqla, buddizm, xristianlılıq və islam dinləri ilə bağlı idi. Orta əsrlər təfəkkürü öz mahiyyətinə görə teosentrik idi: bütün varlığı müəyyən edən reallıq ondan ötrü təbiət deyil, Allah idi.
Xristian monoteizminin əsasında dini – mifoloji şüura və buna uyğun olaraq bütpərəstlik dünyasının fəlsəfi təfəkkürünə yad olan iki kühüm prinsip – yaratmaq ideyası və vəhy (gizli səs) ideyası dururdu. Onların hər ikisi öz aralarında sıx bağlı olmaqla, vahid şəxsi allahı fərz edirdilər. Kreatsionizm (yaratmaq, xəlq etmək) ideyası orta əsrlər ontologiyasının əsasını, vəhy ideyası isə idrak haqqında təlimin fundamentini təşkil edirdi. Buradan da orta əsrlər fəlsəfəsinin teologiyadan, bütün orta əsrlər təsisatlarının kilsədən hərtərəfli asılılığı irəli gəlirdi. F.Engelsin qeyd etdiyi kimi, “kilsə ehkamı hər cür təfəkkürün çıxış nöqtəsi və əsası idi”. Təbiətşünaslıq, fəlsəfə, hüquq – bu elmlərin bütün məzmunu kilsə təlimi ilə uyğunlaşdırılırdı.
Xristianlığa görə Allah öz qüdrəti sayəsində dünyanı öz iradə aktı ilə heçdən yaratmış və ilahi qüdrəti ilə dünyanın varlığını hər an saxlamaqda davam edir.
Orta əsrlər qərb fəlsəfəsinin bir çox xarakterik xüsusiyyətləri əsrlər ərzində realizm və nominalizm mübarizəsində təzahür etmişdir. Reazlizm anlayışının, həmin terminin müasir anlayışı ilə hec bir əlaqəsi yoxdur. Nominalizm latınca “poten” sözündən olub mənası “ad” deməkdir. Realizm və nominalizm cərəyanları arasındakı mübarizə təkcə şeylərlə ümumi anlayışlar arasındakı münasibət üstündə gedirdi. Realizmə görə, həqiqi reallığa yalnız ümumi anlayışlar, yaxud universalilər malikdir. Orta əsr realistlərinə görə universalilər şeylərdən əvvəl mövcuddur. Nominalizmə görə ümumi anlayışlar ancaq adlardan ibarətdir. Onlar konkret şeylərdən əvvəl və onlardan kənarda heç bir müstəqil mövcudluğa malik deyillər. Onlar konkret şeylərə verilən adlar kimi ikincidirlər.
Orta əsrlərdə təbiətə yeni baxışlar formalaşır. İndi təbiətə qədim dövrdəki kimi müstəqil bir şey kimi baxmırlar. Hər şeyə qadir ilahi haqqında təlim onu müstəqillikdən məhrum edirdi, çünki hesab olunurdu ki, Allah təbiəti yaratmaqla yanaşı şeylərin təbii gedişinə əsaslı təsir göstərə, yəni möcüzələr yarada bilər.
Orta əsrlərdə təbiətə münasibət dəyişir və o, antik dövrdəkindən fərqli olaraq daha idrakın mühüm predmeti olmaqda qalmır. Artıq əsas diqqət Allahın və insan ruhunun öyrənilməsinə yönəldilir. Yalnız orta əsrlərin sonlarında özlüyündə təbiəti öyrənməyə maraq artır və bu da, astronomiya, fizika, biologiya kimi elmlərin inkişafına təkan verir.
Artıq ilk xristian filosoflarının antropologoyasının antik filosoflardan birinci fərqi insana ikili qiymət verilməsi idi. Bu vaxtdan etibarən insan bütün təbiətdə onun hökümdarı kimi birinci yer tutmaq deyil, eyni zamanda Allahın obrazı və bənzəri kimi ümumiyyətlə, təbiətdən kənara da çıxır və bir növ onun fövqündə durur. Orta əsr filosofları üçün insan ilə yerdə qalan kainat arasında keçilməz uçurum vardır.
Dostları ilə paylaş: |