Soyad: Fakültə



Yüklə 14,78 Kb.
tarix25.07.2018
ölçüsü14,78 Kb.
#57573

Azərbaycan Dövlənt İqtisad universiteti

Sərbəst iş №1

Ad:

Soyad:


Fakültə:

Qrup:


Kurs: 1

Fənn: Azərbaycan dili və nitq mədəniyyəti

Müəllim: İbrahimova Könül

Sərbəst işin adi: Azərbaycan dili müstəqillik illərində. Azərbaycan dilinin inkişafına dövlət qayğısı



Azərbaycan dili müstəqillik illərində. Azərbaycan dilinin inkişafına dövlət qayğısı

Hər bir millətin özünə məxsus dili vardır.Əgər millət olmasa dil də olmaz.Bir xalqın tarixi nə qədər dərin olarsa, dili də o qədər qədim olar. Azərbaycan xalqının özünə məxsus şanlı tarixi vardır. Buna görədə də, Azərbaycan dili özünü başqa dillərdən fəqlandirən xususiyyətlərə məxsusdur. Tarix boyu Azərbaycan xarici hücumlara məruz qalmışdır.Bunun nəticəsədir ki Azərbaycan dilinə başqa dillərdən keçmiş sözlər çoxdur.Təbii ki,həmin zamanlar Azərbaycan dili dövlət dili olmamışdır.Lakin müstəqil Azərbaycan dövləti yarandıqdan sonra Azərbaycan dilinə dövlət qayğısı artmışdır. Ümumilli lider Heydər Əliyevin dil haqqında belə bir kələmı var.<>.

Azərbaycan müstəqillik əldə etdikdən sonra qəbul olunmuş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün şərayit yaratmişdır.1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitutsiyasında Azərbaycan dili rəsmi dövlət dili qəbul olunmuşdur.Konstitutsiyanın 21-ci maddəsində deyilir:"Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir."

Ümumilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması,onun zənginləşdirilməsi istiqamətində də tədbirlər görmüşdür.Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şürun inkişafı,demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirmişdir.Azərbaycan dilinin milli-mənəvi,siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində görülmüş tədbirlərdən biri də 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında "fərmanın imzalanması olmuşdur.Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları,habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası öz əksini tapmış,on il ərzində onun geniş tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir.Eyni zamanda problem və nöqsanlar tapılaraq onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.

Prezident sərəncamında qeyd olunur ki,müstəqilliyimizin əldə edilməsindən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər yaratmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir.Bu amil isə dil haqqında müvafiq qanunun,eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir.Sənəddə on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust ayından bütövlükdə bərqərar edilmişdir.Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında ,yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğu nəzərdə tutularaq hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi ayrıca Prezident fərmanı ilə qeyd edilmişdir.

Ölkədə nəşriyyat-poliqrafiya işinin paralel olaraq latın və kiril əlifbaları ilə aparılması əhalinin çaşqınlığı və haqlı narazılığı ilə qarşılanır, kütləvi diskomfort yaradırdı. Bu problem eynilə mətbuat sahəsində də özünü açıq büruzə verir, qəzetlər yarı latın qrafikalı Azərbaycan əlifbası, yarı kiril əlifbası ilə nəşr olunurdu.



Azərbaycan dilinin bütün ölkə miqyasında - mədəniyyət, elm, iqtisadiyyat, hərb,səhiyyə, siyasət, tədris və təlim sahəsində tətbiq olunması sənəddə zəruri və əməli cəhətdən əsaslandırılır və Azərbaycan dilçiliyi ilə bağlı görüləcək işlərin əsas konturları verilirdi.Lakin bəzi çətinliklərdə var idi.Maarifçilik nöqteyi-nəzərindən cəmiyyətə örnək və nümunə göstərməli olan mətbuat latın qrafikalı əlifbaya keçid məsələsində konyuktur maraqları daha çox əks etdirir, hətta oxucu auditoriyasının daralacağını bəhanə gətirən bəzi qəzetlər bu prosesi ciddi şəkildə əngəlləməyə çalışır və əllərindən gələni əsirgəmirdilər. Xüsusilə də qərəzli müxalifət mətbuatında belə cəfəng iddialar səslənirdi ki, guya, Azərbaycan xalqı hələ əlifba dəyişikliyinə hazır deyil, bu prosesi zamanın öhdəsinə buraxmaq və vaxtı gəldikdə tədbiq etmək lazımdır. Amma əslində bu süni maneçiliklər xalqın ümumi rəyini, istək və arzularını əks etdirmirdi.

Sonrakı proseslər Azərbaycan xalqının da bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul təsdiq etdi. Heydər Əliyev fəxarətlə deyirdi: "Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunmuşdur. Çox məmnunam ki, mən bunu əldə etdim. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq qeyri mümkündür. Amma əldə etdik. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə biznes sahəsində, hər yerdə Azərbayanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır". Ümumilli liderimiz Heydər Əliyev dilimizin saflığını ,mənəvi zənginliyini qorumağın zəruriliyini çıxışlarında hər zaman vurğulayır,dövlət idarəçiliyində bu zəruri şərtə əməl etməyin vacibliyini önə çəkirdi.Bununla yanaşı qeyd edirdi ki,Azərbaycan dili dünyanın inkişaf etmiş dillərindən olduğundan müasir dövrün ən müxtəlif ictimai-siyasi ,elmi -mədəni ,fəlsəfi-intellektual məzmun və hadisələri,informativ mənzərəsi bu dildə çevik şəkildə səlistliklə əksini tapa bilir.



Dövlət dili dil siyasətinin əsas anlayışıdır və milli dilin dövlət dili səviyyəsinə yüksəlməsi ölkəmizin apardığı dil siyasətinin ən böyük uğurlarından biridir.
Yüklə 14,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin