Biznesin təşkilati sturukturunun seçilməsini müəyyənləşdirən amillər və əsas növləri (1)
Azad strukturlarmüəssisənin, təşkilatın bazar və institusional əhatəsində baş verən dəyişikliklərə daha əhəmiyyətli dərəcədə uyğunlaşma qabiliyyətinə malikdirlər. Onlar məhz xarici mühitin qeyri-müəyyənliyi şəraitində daha effektiv işləyirlər. Azad struktura malik müəssisələrdə ayrı-ayrı struktur vahidləri arasında dayanaqlı əlaqələri təmin edən dəqiq, müəyyən edilmiş idarəetmə sxemi olmur. Burada bütün bölmələr öz konfiqurasiyasını daim dəyişirlər. Belə təşkilati strukturda qarşıya qoyulan məqsədə öz resurslarının bir hissəsini digər bölmələrə ötürmək yolu ilə bölmələrin tərkibi və konfiqurasiyasının daim dəyişilməsi hesabına nail olunur.