Giriş
Biznes fəaliyyətinin əsas subyekti biznesmen olur. Dövlət, alıcılar, tərəfdaşlar və muzdlu işçilər biznes fəaliyyətinin iştirakçıları kimi həmin fəaliyyətin formalaşmasında və inkişafında xüsusi rol oynayırlar.
Bu cür bölgü cəmiyyətin hər bir üzvünün iqtisadi həyatının müxtəlif sferalarında iqtisadi funksiyalarını əks etdirir. Sahibkarlıq və biznes fəaliyyətində obyekt mülkiyyətçiləri, sahibləri çalışırlar ki, yüksək mənfəətə nail olmaq üçün istehsalın, ticarətin və digər məşğuliyyət dairələrinin həcmini artırsınlar. Bunun üçün texnoloji proseslərin təkmilləşdirilməsi daimi diqqət mərkəzində saxlanılır, daha yüksək artım sürətinə nail olmağa cəhd göstərilir, ümumi məsrəflərə isbətən mənfəətin artım səviyyəsinin yüksək olması məqsədi güdür. Onların hər biri yüksək mənfəətə nail olmaq üçün rəqabət mübarizəsində fəallıq göstərmək üçün bütün vasitələrdən istifadə etməyə can atırlar.
Sahibkar və biznes fəaliyyətinin subyektlərinə bazar iqtisadiyyatının subyektləri demək olar ki, eyni məna kəsb edirlər. Bu barədə bəzi mövzularda açıqlamalar verilmişdir. Biznes və sahibkarlıq fəaliyyətinin hamısı bu və ya digər dərəcədə bazar agentləri adlanırlar. Birinci növbədə sahibkar və biznesmen həmin fəaliyyətin ən fəal, təşkiledici və aparıcı subyektləri hesab olunurlar. Biznesmen yüksək mənfəətə nail olmaq üçün hər hansı bir obyektin sahibinə mülkiyyətcəsinə biznesmen də mənfəət, qazac götürmək üçün müəyyən subyektə deyilir. Sahibkarlıq və biznes fəaliyyətinin ayrılmaz, zəruri subyektləri orada çalışan kütləvi işçi qüvvələri və digər bütün muzdla işləyənlər hesab olunurlar. Sahibkarlıq və biznes fəaliyyətinin subyekti eyni zamanda kütləvi alıcılardır. Bunların çoxluğu və alıcılıq qabiliyyətlərinin yüksək olması bir subyekt kimi həmin fəaliyyətdə çox mühüm rol oynayırlar. Müasir sahibkarlıq və biznes fəaliyyətinin fəal subyektləri arasında menecerlər xüsusi yer tuturlar. Ticarət sahəsində çalışan biznes fəaliyyətinin subyekti kommersant adlanır.
Demək olar ki, əhalinin əksər hissəsi biznesdə bilavasitə və ya dolayı yolla iştirak edir. Cəmiyyətdə biznesin xidmətlərindən, istehsal etdiyi məhsullardan istifadə edir. Eyni zamanda dövlət büdcəsinin gəlirinin əsas hissəsi də biznesin hesabına formalaşır. Bundan başqa cəmiyyətin ümumi mənafeyi üçün hökumət biznesmenə sifarişlər verir, əlverişli şərtlərlə kredit ayırır. Burada əsas məqsəd maksimum məfəət götürməkdir. Çünki rəqabət şəraitində dövlət də özü üçün əlverişli olan qiymətlərlə xidmətlər göstərir və məhsullar alır. Nəticədə həm biznesin təşkilatçıları, həm də ailə təsərrüfatları və dövlət maksimum mənfəət əldə etməyə çalışırlar.
Təşkilati strukturunun layihələndirilməsi prosesi üç əsas mərhələdən ibarətdir.
Dostları ilə paylaş: |