Biznesin təşkilati sturukturunun seçilməsini müəyyənləşdirən amillər və əsas növləri (1)
Xətti-funksional struktur. Müəssisənin təşkilati strukturunda funksional elementlərin mövcudluğu rəhbərlərin yüksək idarəetmə və lider keyfiyyətlərindən istifadə olunmasına və dar ixtisaslaşmış sahələrdə savadlı, əsaslandırılmış qərarların qəbulunu daim zəruri edir. Xətti-funksional strukturun mahiyyəti ondan ibarətdir ki, texniki, iqtisadi, hüquqi, psixoloji və digər xüsusi biliklərin olmasını tələb edən bütün mürəkkəb qərarlar yalnız həmin sahələrdə ixtisaslaşmış işçilər tərəfindən qəbul edilir.