Soyad: Kərimli İxtisas: İbtidai sinif müəllimliyi Fakültə



Yüklə 61,04 Kb.
səhifə1/5
tarix10.12.2022
ölçüsü61,04 Kb.
#120733
  1   2   3   4   5
Sənəd (1)




AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ


Ad: Sabrina

Soyad: Kərimli

İxtisas: İbtidai sinif müəllimliyi

Fakültə: İbtidai təhsil

Fənn: Fiziki tərbiyə və onun tədrisi metodikası

Mövzu: Gimnastikanın əhəmiyyəti və təsnifat növləri

Müəllim: prof. Ə. Ə. Mehtiyev

Gimnastika nədir?
Gimnastika» termini bizim eramızdan əvvəl (b.e.ə) təxminən V əsrdə qədim Yunanıstanda təhsil, hərbi və sağlamlıq üçün kompleks hərəkətlərini ifadə edirdi. Qədim yunanlar belə hesab edirdilər ki, gimnastika bədənə çeviklik, güc, cəldlik, qədd-qamət, gözəllik verir, insana igidlik və nəciblik hissləri aşılayır. Yunanlar gimnastik hərəkətlərdən fiziki inkişaf üçün deyil, həm də hərbçilərin yetişdirilməsində də istifadə edirdilər.
İntibah dövründə hümanistlər gənclərin fiziki tərbiyəsi və hərtərəfli inkişafında gimnastikaya böyük əhəmiyyət verirdilər. XIV əsrdə gimnastika üzrə görkəmli mütəxəssis İ.Merkurialis «Gimnastika incəsənəti haqqında» əsərini nəşr etdirmişdi.
Gimnastikanın inkişafında ən yüksək təcrübi və nəzəri biliklərin əsasını alman pedaqoqu Fit (1763-1836) və F. Quts-Muts (1759-1839) qoyublar.
İsveç gimnastikasının əsasını qoymuş ata və oğul P.Q.Linq (1776-1839) və Y.Linq (1820-1886) gimnastikaya yeni alətlər – müxtəlif ölçülü nərdivan və tir daxil ediblər, təmrinləri anatomik əlamətlərinə görə təsnifatlaşdırıblar.
İdman gimnastikası üzrə ilk dünya çempitonatı FİQ-in əsasını qoymuş belçikalı N.C.Kuperusun təşəbbüsü ilə 1903-cü ildə Antverpendə keçirilib. 1903-cü ildən 1913-cü ilə qədər dünya çempionatları iki ildən bir, 1922-ci ildən isə dörd ildən bir keçirilib. FİQ-nin 1977-ci ildə düzənlənən konqresi gimnastika üzrə dünya çempionatlarının yenidən iki ildən bir keçirilməsi haqqında qərar qəbul etmişdir.
Qadınlar ilk dəfə dünya çempionatlarında 1938-ci ildən iştirak etməyə başlamışlar.
Avropa çempionatı isə 1969-cu ildən etibarən düzənlənir.

Yüklə 61,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin