Soyad: Laçınov



Yüklə 9,15 Kb.
tarix31.12.2021
ölçüsü9,15 Kb.
#112543

  • Şəki Dövlət Regional

  • Ad:Nicat

  • Soyad:Laçınov

  • Kurs: III

  • Qrup: III⁹543

  • Fakultə: Kampiyuter Şəbəkələri

  • Fənn:

  • Sərbəst iş Nömrə



            • Proyeksiyalama metodları



  • Kartoqrafik proyeksiyalar — Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr.



  • Kartoqrafik proyeksiyalar seçilərkən müəyyən həndəsi fiqurlardan istifadə edilir və proyeksiyalar həmin fiqurların adı ilə adlandırılır. Kartoqrafik proyeksiyanın aşağıdakı növləri vardır:



  • Silindirik proyeksiya

  • Konus proyeksiya

  • Çoxüzlü proyeksiya

  • Azimutal proyeksiya

  • Qlobus şəffaf silindrin daxilinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Silindrik proyeksiyalarda, əsasən, dünya xəritələri, həmçinin evkatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişir.

  • Konus proyeksiyalarda xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi ilə ya bir paraleldə - 60° ş.e., ya da iki paraleldə - 47° şm.e. və 62° şm.e.-ləri arasında kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarda qütbətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.

  • Azimutal proyeksiyalar üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin kürəyə toxunma nöqtəsində təhrif olmur. Antarktida və Şimal Buzlu okeanının bu proyeksiyada tərtib edilən xəritələrdə paralellər çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib edilir.

  • Çoxüzlü proyeksiyada Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni, əsasən, topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin miqyası böyük və orta, təhriflər isə çox az olur.

  • Seçilmiş proyeksiyadan asılı olmayaraq kürəni müstəvi üzərində təsvir edərkən müəyyən səhvlər yaranır ki, buna təhriflər deyilir. Xəritədə 4 təhrif yaranır:

  • Sahə təhrifi

  • Forma təhrifi

  • Uzunluq təhrifi

  • Bucaq təhrifi

  • Təhriflər kəmiyyəti ilk növbədə miqyasdan asılıdır. Xəritə nə qədər kiçik miqyaslı olarsa təhrif bir o qədər çox olar. Bundan başqa təhriflər coğrafi obyektlərin ekvatora yaxınlığından da asılıdır. Ekvator ətrafında olan ərazilərdə təhriflər az müşahidə edilir. Ekvatordan qütblərə doğru uzaqlaşdıqca təhriflərin kəmiyyəti çoxalır. Buna görədir ki, xüsusən açıq dünya xəritəsində Qrenlandiya adası Avstraliyadan, Antarktida materiki isə Afrikadan böyük görünür. Halbuki, Qrenlandiya Avstraliyadan sahəcə 3.5, Antarktida isə Afrikadan 2 dəfə kiçikdir. Xəritədə qeyd edilən təhriflərin baş verməsinin səbəbi Afrika və Avstraliyanın ekvatora yaxın yerləşmələrinə görə bunlarda təhrifin az, Antarktida Qrenladiya isə qütbdə yerləşdiyinə görə təhrifin çox olmasıdır. Heç bir xəritədə ərazidə olan bütün coğrafi obyektləri göstərmək mümkün deyil. Buna görə də plan və ya xəritə tərtib edərkən məqsəddən asılı olaraq əsas obyekt göstərilir, 2-ci dərəcəli obyekt atılır. Buna kartoqrafik ümumiləşdirmə və ya generalizasiya deyilir. Generalizasiyanın kəmiyyəti xəritənin miqyasından asılıdır. Xəritə nə qədər böyük miqyaslı olursa, generalizasiya bir o qədər az müşahidə edilir. Təhrifin növünə görə kartoqrafik proyeksiyalar 3 cür olur:

  • Bərabərsahəli – bunlarda sahə təhrifi olmur, digər təhriflər çox olur. Bu xəritələrdən əsasən sahələrin hesablanmasında istifadə edilir.

  • Bərabərbucaqlı – bunlarda bucaq təhrifi olmur, digər təhriflər çox olur. Belə xəritələrdən naviqasiyada yəni nəqliyyatda istifadə edilir.

  • İxtiyari və ya konform – bunlarda bütün təhrif növləri olur lakin az miqdarda. Belə xəritələrdən tədrisdə istifadə olunur

Yüklə 9,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin