Soyad: Səmədova Fakültə : Beynəlxalq İqtisadiyyat Məktəbi



Yüklə 15,33 Kb.
tarix21.10.2017
ölçüsü15,33 Kb.
#7888

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №2

Ad: Nazpəri

Soyad: Səmədova

Fakültə :Beynəlxalq İqtisadiyyat Məktəbi

Kurs və Qrup : I kurs, Qrup 1061

Fənn : Mülki Müdafiə

Müəllim : Məmmədov Vahid

Sərbəst işin mövzusu :Texnogen xarakterli F.H. onların baş vermə səbəbləri və nəticələri

BAKI-2015

Texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı:

• Nəqliyyat qəzaları(fəlakətləri);

• Yanğınlar (partlayışlar);

• Binaların qəflətən uçulması;

• GTZM-lər yayılmaqla, başverən qəzalar;

• Radioaktiv maddələr (RM) ətrafa ayrılmaqla, başverən qəzalar;

• Bioloji təhlükəli maddə(BTM) ətrafa yayılmaqla başverən qəzalar;

• Həyat təminatlı kommunal sistemlərində(su, kanalizasiya, qaz, istilik şəbəkələri və

elektrik-enerji sistemlərində), başverən qəzalar;

• Hidrodinamik qəzalar (bəndlərin yarılması).

Texnosferin əhali və ətraf mühitə törətdiyi təhlükə-sənayedə ,energetikada və kommunal təsərrüfatında böyük miqdarda radioaktiv,kimyəvi,bioloji təhlükəli,habelə yanğın və partlayış qorxusu yaradan istehsalat və texnologiyaların olması ilə şərtləşir.Respublikamızda təxminən yüz min belə istehsalatlar mövcuddur.Burada əsas istehsalat fondlarının yüksək aşınma dərəcəsi ,müvafiq təmir və profilaktika işlərinin vaxtında yerinə yetirilməməsi ,istehsalat və texnoloji intizamın zəifləməsi qəza ehtimallarını daha da artırır.

Əldə olunan məlumatlara görə ,1992-1998-ci illər ərzində respublikamızda texnogen xarakterli 100-dək fövqəladə hadisə qeydə alınmışdır.Onların böyük əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində kimya,neft kimyası və nəqliyyat sahələrində baş vermişdir.

Texnogen xarakterli fövqəladə hadisələrin artmasının əsas səbəbləri:

Mühəndislər və alimlər texnogen təhlükəsizliyin yüksəldilməsi problemi üzərində müntəzəm sürətdə çalışırlar.Bu istiqamətdə geniş əhatəli texniki ,ekoloji,hüquqi məsələlər fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə mütəxəssislər assosiasiyasının fəaliyyəti çərçivəsində də həll edilir.Bununla belə göstərilən səylərə baxmayaraq bütün sahələrdə ,xüsusən də mürəkkəb texnika işlədilən sahələrdə qəzaların vaxt ərzində sayca get-gedə artması tendensiyası durmadan güclənir.Deməli,bunun səbəblərini tapmaq lazımdır.Problemin tam həlli iddiasında olmadan texnogen qəza və fəlakətlərin sayca artmasının,zənnimizcə,prinsipial və başlıca səbəblərindən birini göstərməyə çalışaq.

Bu səbəb texnikasının gücünün və mürəkkəbliyinin kəskin sürətdə ,sıçrayışla artması,texnikanı idarə edən insanların isə bu parametrlərdən kənarda ,yəni geridə qalmasıdır.İnsanın psixofizioloji sistemlərinin imkanları məhduddur,təbiət bu sistemləri heç də müasir texnogen həyat şəraiti üçün yaratmamışdır və onları "yaxşılaşdırmaq","yenidən düzəltmək" və ya "modifikasiya etmək" mümkün deyil.Lakin hazırda insanlardan nəinki onların imkanlarından çox-çox artıq ,həm də prinsipə demək olar ki,imkandan kənar fəaliyyət tələb edilir.

Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlükələr mövcuddur ki,bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir.Bunların əsas səbəbləri aşağıdakılardır:



  • istehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi;respublikada iqtisadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın,habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;

  • bəzi sənaye sahələrində istehsalat vasitələrinin,xüsusən texnoloji avadanlıqların,nəqliyyat vasitələrinin,əsas istehsalat formalarının yol verilməz dərəcədə,bir sıra hallarda 90% və daha az aşınması;

  • sənaye istehsalında təhlükəsizlik texnikasının,xammalın,hazırlanan məhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;

  • ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması;

  • partlayış,yanğın,kimyəvi,radiasiya,bioloji təhlükəli maddələr və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;

  • qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması,insan tələfatı və maddi itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və əlaqələndirilməməsi;

  • iqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz və qənaətçi texnologiyaların yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi,texnoloji proseslərin və qəza əleyhinə mühafizəsinin avtomatlaşdırılmasının zəif templə aparılması;

  • ölkənin ərazisində zərərli istehsalatların və təhlükə potensiallı obyektlərin yaşayış zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi;

  • potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması;

  • sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv və fərdi mühafizə vasitələrinin inşaatı və istehsalı həcmlərinin kəskin surətdə azalması;

  • təhlükə potensiallı obyektlərdə qəzalar barədə lokal (məhdud)xəbərdarlıq sistemlərinin olması;

  • təhlükəsizliyin təminatı ,FH-ın qabaqlanması və aradan qaldırılması üçün cavabdeh olan işçilərin sayının azaldılması;

  • qəza -xilasetmə xidmətlərinin fəaliyyətin kifayət dərəcədə səmərəli olmaması ;

  • qəza və fəlakətin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların olmaması ;

  • avtomobil yolları şəbəkəsinin zəif inkişafı ;

  • FH-ın baş verməsi ehtimal olunan zonalarda sosial problemlərin yaranması.

Yüklə 15,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin