Soyad: Səmədova Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 8.92 Kb.
tarix14.07.2018
ölçüsü8.92 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ



1436783853670320445_1000x669 — копия.jpg

Sərbəst iş №6

Ad:Nazpəri

Soyad:Səmədova

Fakültə:Beynəlxalq İqtisadiyyat Məktəbi

İxtisas:İqtisadiyyat

Kurs və Qrup:I kurs,Qrup 1061

Fənn:Azərbaycan dili və nitq mədəniyyəti

Rəhbər:Qəhrəmanova Çinarə

Sərbəst işin mövzusu:Nitq hissələri barədə




BAKI-2015

Qrammatika dilin qrammatik quruluşunu öyrənən dilçilik bölməsidir.Qrammatika iki şöbədən ibarətdir:

1.Morfologiya

2.Sintaksis

Morfologiya yunan mənşəli "morfo"(forma) və "loqos" (bəhs) sözlərindən əmələ gəlmişdir.Sözlərin nitq hissələri kimi bölgüsü ,quruluşu,forması və dəyişmə xüsusiyyətləri bu bölmədə öyrənilir.

Sintaksis yunan mənşəli "syntaxis" sözündən olub,tərtibat,qurulma,birləşmə mənasındadır.Dilçiliyin bu bölməsində söz birləşməsi,cümlə öyrənilir.Mətn də sintaksisin öyrəndiyi mövzulardandır.

Müstəqil mənasına və qrammatik xüsusiyyətlərinə görə qruplaşan sözlərə nitq hissələri deyilir.Nitq hissələri iki yerə ayrılır :

1.Əsas nitq hissələri

2.Köməkçi nitq hissələri

Əsas nitq hissələri:isim,sifət,say,əvəzlik,fel,zərf.

Köməkçi nitq hissələri:qoşma,bağlayıcı,ədat,modal sözlər,nida.

Əsas nitq hissələri və köməkçi nitq hissələri bir-birindən müxtəlif xüsusiyyətlərinə görə fərqlənir.

Əsas nitq hissələri:

(isim,sifət,say,əvəzlik,fel,zərf)

1.Müstəqil leksik mənaları var

2.Ayrılıqda işlənə bilir

3.Qrammatik mənası var

4.Suala cavab verir

5.Söz yaradıcılığında iştirak edir(yəni leksik şəkilçilər artırıb yeni sözlər düzəltmək olur)

6.Formaca dəyişə bilir

7.Cümlə üzvü ola bilir

Köməkçi nitq hissələri:

(qoşma,bağlayıcı,ədat,modal söz,nida)

1.Leksik mənası yoxdur,amma qrammatik mənası var

2.Təklikdə işlənmir

3.Suala cavab vermir

4.Söz yaradıcılığında iştirak edə bilmir

5.Cümlə üzvü ola bilmir



Lakin qoşmalar qoşulduqları sözlə birlikdə cümlə üzvü olur və suala cavab verir.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə