Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələr SİntaktiK ƏlaqəLƏR



Yüklə 115,13 Kb.
səhifə3/5
tarix05.05.2023
ölçüsü115,13 Kb.
#126397
1   2   3   4   5
2. Sintaktik əlaqələr

3. Tabe edən, cansız varlıqlara aid olarsa, tabe söz əksər hallarda onunla uzlaşmır, bəzən uzlaşır: Qılınclar parıldadı. Evlər söküldü. Gah tabe edən tərəf, gah da hər iki tərəf bir neçə sözdən ibarət olur. Bu da tərəflər arasında uzlaşma əlaqəsinə müəyyən təsir göstərir. I. Tabe edən bir neçə, tabe olan bir sözlə ifadə olunur: a) tabe edən tərəfdə başqa şəxslərə aid sözlərlə yanaşı, birinci şəxsə aid əvəzliklər (mən və ya biz) iştirak edirsə, tabe söz birinci şəxsin cəmi ilə uzlaşmalı olacaqdır:

b) əgər tabe edən sözlər arasında birinci şəxs əvəzlikləri iştirak etməzsə və həmin sözlərdən biri ikinci şəxsə aid əvəzlik (sən, siz) olarsa, tabe söz ikinci şəxsin cəmi ilə uzlaşacaqdır: c) tabe edən sözlər ancaq üçüncü şəxsə aid olarsa, tabe söz (şəxsə görə) həmişə üçüncü şəxsə aid olur. Kəmiyyətə görə uzlaşma isə tabe edən sözlərin xarakterindən, düzülüşündən asılı olaraq dəyişir.

Əgər tabe edən sözlərin ifadə etdiyi əşyalar, şəxslər eyni zamanda, eyni yerdə, xüsusən əlaqəli götürülürsə, bu halda tabe söz çox vaxt cəmdə olur: Musa, Rəvan və Arif televizora baxa-baxa söhbət edirdilər. Əgər əşya və şəxlər belə əlaqəli şəkildə götürülmürsə, ayrı-ayrılıqda götürülürsə, bu haıda tabe söz cəmlik əlaməti ilə çıxış etmir və bu vaxt kəmiyyətcə uzlaşma pozulmuş olur: Alim, şair də, dağda çoban da, Deyir mahnısını ana dilində.

II. Tabe edən bir, tabe olan bir neçə sözlə ifadə olunur. Bu halda tabe sözlərin əsas sözlə uzlaşması iki cür olur: 1. Tabe olan sözlərin hamısı şəxs və kəmiyyətə görə əsas sözlə uzlaşır: Mən gəlmişəm, sizinlə də görüşmüşəm. 2. Tabe sözlərdən, sırası ilə, ancaq sonuncu əsas sözlə şəxsə və kəmiyyətə görə uzlaşır, qalanları isə başqa formalarla əvəz olunur. Belə hallar aşağıdakı səbəblərdən irəli gəlir: a) tabe sözlərdə uzlaşma əlaməti olan şəxs və kəmiyyət şəkilçilərinin ixtisarı nəticəsində: Sən oxuyur, yazır və danışırsan; Mən işləyir, həm də oxuyuram.

b) tabe sözlərin – ıb (-ib, -ub, -üb) və bəzən də –araq, -ərək şəkilçili feli bağlamalarla əvəz olunması nəticəsində: Dəstə-dəstə biz də gərək; Sünbül yığıb, meyvə dərək; Mən məktəbi buraxaraq, işləməyə başladım. c) tabe sözlərin deyil, yox sözləri ilə əvəz olunması nəticəsində: Məni səni deyil, Əlini çağırırdım. ç) tabe tərəflər mürəkkəb üzv xarakteri daşıyırsa və bu vaxt onların hamsında ikinci hissə uyğun gəlirsə, həmin ümumi hissə buraxılır və son tabe sözlə işlənir. Beləliklə, birinci yerdə duran tabe sözlər əsas sözlə uzlaşa bilmir: Mən gözləməli, dayanmalı oldum Tabe söz şəxs əvəzlikləri ilə ifadə olunarkən birləşmə yenə də predikativ əlaqə əsasında qurulduğu halda, komponentlər arasında uzlaşma əlaqəsi olmur:


Yüklə 115,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin