Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələr SİntaktiK ƏlaqəLƏR



Yüklə 115,13 Kb.
səhifə1/5
tarix05.05.2023
ölçüsü115,13 Kb.
#126397
  1   2   3   4   5
2. Sintaktik əlaqələr

Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələr SİNTAKTİK ƏLAQƏLƏR

Sözlər söz birləşməsi və cümlə daxilində bir biri ilə iki cəhətdən bağlı olur: a) məna – semantik cəhətdən b) qrammatik - sintaktik cəhətdən Məna əlaqəsi – sözlərin əlaqələnməsi nəticəsində yaranan leksik semantika deyil, ümumiləşmiş qrammatik semantika nəzərdə tutulur. Məna əlaqəsi obyektiv aləmdəki əşya və hadisələrlə onların müxtəlif əlamət və xüsusiyyətləri arasındakı real əlaqələrdən doğur. Həsən kitab alır. Traktor yeri şumlayır.

Məna əlaqələri Predikativ əlaqə - Külək əsir // külək əsəndə (subyekt əlaqəsi) Atributiv əlaqə - daş divar, həmin ev, xeyli kitab... Obyekt əlaqəsi – hərəkətlə onun obyekti arasında əlaqə A) müstəqim obyekt – ismin təsirlik halı ilə ifadə olunan B) qeyri-müstəqim obyekt – yönlük, yerlik, çıxışlıq hallarla ifadə olunan Relyativ əlaqə (zərfi əlaqə) - asta yerimək, axşam getmək; Cümlədə müstəqim obyekt bildirən sözlər yalnız təsirli feili xəbərlə, qeyri-müstəqim obyelt bildirən sözlər isə hem feili, həm də ismi xəbərlə əlaqələnir və cümlənmin tamamlığı olur: Kitabı oxuyuram; Səndən soruşuram; Sinifdə əlaçıyam. Bu gün məktəbdə növbətçiyəm.

Qrammatik əlaqə - sözlərin morfoloji cəhətdən dəyişməsi, sintaktik yolla birləşməsi nəticəsində əmələ gəlir. A) Tabesizlik əlaqəsi (bərabərhüquqlu) B) Tabelilik əlaqəsi: asılı tərəf + əsas tərəf Musa gəldi evə axşam

TABESİZLİK ƏLAQƏSİ bərabərhüquqlu olur, tərəflərdən biri digərini izah etmir, aydınlaşdırmır. sadə cümlənin həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin komponentləri arasında özünü göstərir. Həmcins üzvlər bir-biri ilə ya sadalama intonasiyası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.

Azərbaycan dilində tabesizlik əlaqəsi ilə birləşərək əmələ gələn formaları 3 yerə ayırmaq olar: a) qoşa sözlər: ata-ana, bacı-qardaş, yaxşı-yaman və s. b) həmcins üzvlər c) söz birləşmələri: «Leyli və Məcnun», «Atalar və oğullar», «Həyat və ölüm», «Romeo və Cülyetta».


Yüklə 115,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin