Sözün qədrini bilən yazıçı



Yüklə 57,48 Kb.
səhifə1/3
tarix03.01.2022
ölçüsü57,48 Kb.
#51315
növüYazı
  1   2   3


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki işlərin təşkili şöbəsi




Sözün qədrini bilən yazıçı.

(metodik vəsait)
Gəncə - 2010

Unudulmaz yazıçı Xalidə Hasilova yaradıcılıqla, xüsusuilə jurnalistika ilə məşğul olan qadınların həqiqətən öncülü, əsil lideri idi. Hər sənətkarın öz sənət taleyində yetdiyi və yetəcəyi bir zirvə olur. Hansısa bir sənətkar barəsində fikirləşəndə, təbii ki, onun bütün yaradıcılıq bioqrafiyasına elə öz zirvəsindən baxmalı olursan. Bu mənada unudulmaz yazıçı Xalidə Hasilovanın “Çəhrayı rəng”

Povestini dönə-dönə xatırlayırıq. Bu poves Xalidə xanımın ədəbi aləmdəki bir zirvəsi idi.

Görkəmli nasir, dramaturq Xalidə Məmməd qızı Hasilova 1920 ci il aprel ayının 19-da Zaqatalada anadan olmuşdur.Pedaqoji texnikumu bitirdikdən sonra Zaqatala rayonundakı Qımır kəndində müəllimlik etmişdir. 1939-1941 ci illərdə Xalidə Hasilova Leninqrad Unuversitetinin Filologiya fakültəsində təhsil almış, Bakıya qayıtdıqdan sonra təhsilini ADU-nin Filologiya fakultəsində davam etdirmişdir.

X.Hasilova uzun müddət bədii yaradıcılıqla məşgul olmuş, həm kiçik yaşlı uşaqlar, həm də böyüklər üçün bir sıra gözəl əsərlər yazmışdır. Yazıçı həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşgul olmuş, türk və rus dillərindən V.Q. Korelenko, N.Tixonov, İ.P. Soto, Ə.Nesin, M.M. Bayrı və başqalarından tərcümələri var.

Xarici ölkələrdə dostluq cəmiyyəti nümayəndə heyyətinin tərkibində Macarıstan, AFR, İsveçrə, Yaponiya ölkələrində səfərdə, Tehranda ezamiyyətdə olmuşdur.

Yazıçının “Çəhrayı rəng”povestində qürbətdəki qəriblərimizin vətən həsrəti, oğul gözləməkdən gözləri nurdan düşmüş anaların nisgili, jurnalist qızın vətəndaşlıq borcu, fədakarlığı çox təbii və təsirli qələmə alınmışdır. Bu povest oxucunun ürəyində özünə yer tapan, oxucular tərəfindən maraqla qarşılanan nəsr nümunələrindən biridir.

Təsadüfi deyildir ki, respublikanın bir çox dövlət və xalq teatrları bu əsərə səhnə həyatı vermişdir.

XX əsr Azərbaycan nəsrində Xalidə Hasilovanın özünəməxsus yeri var.

Ədəbiyyata xidmət müəllifin kimliyi ilə deyil, ədəbi əsərin uğuru ilə qiymətləndirilir. Amma gərək unudulmaya ki, qadın ürəyi daha kövrək, qələmi daha zərifdir. Bu düyğunun önündə heç kəs diqqətini itirməməlidir. Bəlkə də bu hisslərdən dogan təsirdir ki, oxucular haqlı olaraq Xalidə Hasilovanın yaradıcılığında həmişə çəhrayı rəng görüblər. Bu rəngdə duyulan həyatilik, xeyirxahlıq insanları sevməyə çağırış oxucuların da taleyindən izsiz keçməyib.

Xalidə Hasilova bir təcrübəli jurnalist kimi həmişə gənc jurnalistlərə arxa çıxmiş, öz köməyini onlardan əsirgəmirdi. Çünki X. Hasilova gözəl yazıçı olmaqla bərabər, həm də peşəkar jurnalist, bacarıqlı rəhbər idi. Eyni zamanda bu gözəl yazıçının daxili dünyası və insani kefiyyətləri çox zəngin idi.

Sözünün yerini bilən yazıçının qəribə bir müqayisəsi var idi. “Çörək yerə düşərsə öpüb göz üstə qoyarsan, Quranı da eləcə ucalardan - uca tutarsan, vay o günə ki,sözün yerə düşə”.

X. Hasilova məhz sözünün qədrini bilən, onu yerində işlətməyi bacaran, elə buna görə də gözəl əsərlər yaradan, oxucuların qəlbində həmişəlik özünə yer tutan əziz bir insana çevrilmişdir. Xalidə xanım zahirən də son dərəcə gözəl, yaraşıqlı, əsil şərq qadını idi. İstər Azərbaycan ədəbiyyatında, istərsə də mətbuatda X. Hasilovanın böyük xidmətləri var.

Yazıçının “Həsrət”, “Həyat özü bir nəgmədir”, “Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli Könül”, pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmuşdur. Yazıçının əsərləri rus və türk dillərinə tərcümə olunmuşdur. Hələ saglığında dəfələrlə müxtəlif dövlət mükafatlarına və medallara layiq görülüb. Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi adını alıb. “Şərəf nişanı”,“Qırmızı Əmək Bayrağı”ordeni və medalları ilə təltif edilmişdir.

Azərbaycanın görkəmli yazıçısı Xalidə Hasilova 1996 cı ilin dekabırın 5-də Bakıda vəfat etmişdir.

Biz kitabxana işçiləri həmişə Xalidə Hasilovanın zəngin yaradıcılığını izləyən, ona dərin hörmət və məhəbbət bəsləyən oxuculardan olmuşuq. İnanırıq ki, bu sonu bəlli dünyada, işıqlı


zəka sahibləri, məhz X. Hasilova kimi söz-qələm sahibləri heç vaxt unudulmurlar, daima oxucuların qəlbində yaşayırlar.





Yüklə 57,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin