Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki işlərin təşkili şöbəsi
Sözün qədrini bilən yazıçı.
(metodik vəsait)
Gəncə - 2010
Unudulmaz yazıçı Xalidə Hasilova yaradıcılıqla, xüsusuilə jurnalistika ilə məşğul olan qadınların həqiqətən öncülü, əsil lideri idi. Hər sənətkarın öz sənət taleyində yetdiyi və yetəcəyi bir zirvə olur. Hansısa bir sənətkar barəsində fikirləşəndə, təbii ki, onun bütün yaradıcılıq bioqrafiyasına elə öz zirvəsindən baxmalı olursan. Bu mənada unudulmaz yazıçı Xalidə Hasilovanın “Çəhrayı rəng”
Povestini dönə-dönə xatırlayırıq. Bu poves Xalidə xanımın ədəbi aləmdəki bir zirvəsi idi.
Görkəmli nasir, dramaturq Xalidə Məmməd qızı Hasilova 1920 ci il aprel ayının 19-da Zaqatalada anadan olmuşdur.Pedaqoji texnikumu bitirdikdən sonra Zaqatala rayonundakı Qımır kəndində müəllimlik etmişdir. 1939-1941 ci illərdə Xalidə Hasilova Leninqrad Unuversitetinin Filologiya fakültəsində təhsil almış, Bakıya qayıtdıqdan sonra təhsilini ADU-nin Filologiya fakultəsində davam etdirmişdir.
X.Hasilova uzun müddət bədii yaradıcılıqla məşgul olmuş, həm kiçik yaşlı uşaqlar, həm də böyüklər üçün bir sıra gözəl əsərlər yazmışdır. Yazıçı həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşgul olmuş, türk və rus dillərindən V.Q. Korelenko, N.Tixonov, İ.P. Soto, Ə.Nesin, M.M. Bayrı və başqalarından tərcümələri var.
Xarici ölkələrdə dostluq cəmiyyəti nümayəndə heyyətinin tərkibində Macarıstan, AFR, İsveçrə, Yaponiya ölkələrində səfərdə, Tehranda ezamiyyətdə olmuşdur.
Yazıçının “Çəhrayı rəng”povestində qürbətdəki qəriblərimizin vətən həsrəti, oğul gözləməkdən gözləri nurdan düşmüş anaların nisgili, jurnalist qızın vətəndaşlıq borcu, fədakarlığı çox təbii və təsirli qələmə alınmışdır. Bu povest oxucunun ürəyində özünə yer tapan, oxucular tərəfindən maraqla qarşılanan nəsr nümunələrindən biridir.
Təsadüfi deyildir ki, respublikanın bir çox dövlət və xalq teatrları bu əsərə səhnə həyatı vermişdir.
XX əsr Azərbaycan nəsrində Xalidə Hasilovanın özünəməxsus yeri var.
Ədəbiyyata xidmət müəllifin kimliyi ilə deyil, ədəbi əsərin uğuru ilə qiymətləndirilir. Amma gərək unudulmaya ki, qadın ürəyi daha kövrək, qələmi daha zərifdir. Bu düyğunun önündə heç kəs diqqətini itirməməlidir. Bəlkə də bu hisslərdən dogan təsirdir ki, oxucular haqlı olaraq Xalidə Hasilovanın yaradıcılığında həmişə çəhrayı rəng görüblər. Bu rəngdə duyulan həyatilik, xeyirxahlıq insanları sevməyə çağırış oxucuların da taleyindən izsiz keçməyib.
Xalidə Hasilova bir təcrübəli jurnalist kimi həmişə gənc jurnalistlərə arxa çıxmiş, öz köməyini onlardan əsirgəmirdi. Çünki X. Hasilova gözəl yazıçı olmaqla bərabər, həm də peşəkar jurnalist, bacarıqlı rəhbər idi. Eyni zamanda bu gözəl yazıçının daxili dünyası və insani kefiyyətləri çox zəngin idi.
Sözünün yerini bilən yazıçının qəribə bir müqayisəsi var idi. “Çörək yerə düşərsə öpüb göz üstə qoyarsan, Quranı da eləcə ucalardan - uca tutarsan, vay o günə ki,sözün yerə düşə”.
X. Hasilova məhz sözünün qədrini bilən, onu yerində işlətməyi bacaran, elə buna görə də gözəl əsərlər yaradan, oxucuların qəlbində həmişəlik özünə yer tutan əziz bir insana çevrilmişdir. Xalidə xanım zahirən də son dərəcə gözəl, yaraşıqlı, əsil şərq qadını idi. İstər Azərbaycan ədəbiyyatında, istərsə də mətbuatda X. Hasilovanın böyük xidmətləri var.
Yazıçının “Həsrət”, “Həyat özü bir nəgmədir”, “Bir sahilin adamları”, “Hamı doğmadır mənə”, “Nəğməli Könül”, pyesləri müxtəlif teatrların səhnəsində tamaşaya qoyulmuşdur. Yazıçının əsərləri rus və türk dillərinə tərcümə olunmuşdur. Hələ saglığında dəfələrlə müxtəlif dövlət mükafatlarına və medallara layiq görülüb. Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi adını alıb. “Şərəf nişanı”,“Qırmızı Əmək Bayrağı”ordeni və medalları ilə təltif edilmişdir.
Azərbaycanın görkəmli yazıçısı Xalidə Hasilova 1996 cı ilin dekabırın 5-də Bakıda vəfat etmişdir.
Biz kitabxana işçiləri həmişə Xalidə Hasilovanın zəngin yaradıcılığını izləyən, ona dərin hörmət və məhəbbət bəsləyən oxuculardan olmuşuq. İnanırıq ki, bu sonu bəlli dünyada, işıqlı
zəka sahibləri, məhz X. Hasilova kimi söz-qələm sahibləri heç vaxt unudulmurlar, daima oxucuların qəlbində yaşayırlar.
Xalidə Hasilovanın həyat və yaradıcılığının
əsas tarixləri.
1920-ci il Aprel ayının 19 da Zaqatala
rayonunda anadan olmuşdur.
1939-1941- ci il Leninqrad Universitetinin
Filologiya fakultəsində təhsil
almuşdur.
1943-1944 cü il Zaqatala şəhər orta məktəbin-
də müəllim işləmişdir.
1944-1945 ci il Moskvada xarici dillər kursun-
da türk şöbəsinin dinləyicisi
olmuşdur
1948-1952 ci illər “Uşaqgəncnəşr”in redaktoru
işləmişdir.
1952-1953 cü illər “Azərbaycan qadını” jurnalı
redaksiyasında ədəbi işçi
olmuşdur.
1966-1972 ci illər “Göyərçin jurnalının baş re-
daktoru olmuşdur.
1972 ci ildən “Azərbaycan qadını” jurnalının
baş redaktoru işləmişdir.
1952 ci il Azərbaycan yazıçılar birliyinin
üzvü olmuşdur.
1974 cü il Azərbaycan Əməkdar Mədə-
niyyət İşçisi fəxri adına layiq
görülmüşdür.
1950 ci il Kiçik hekayələr
1955 ci il Lalənin kitabı
1960 cı il Ulduzlu papaq
1965 ci il Atlas yarpaqlar
1971 ci il Yaşıl ayna və s.kitabları kiçik
və məktəb yaşlı uşaqlara həsr
olunmuşdur.
1985 ci il “Hamı doğmadır mənə” və
“İnsan ömrü bir nəğmədir”
pyesləritamaşaya qoyulmuşdur.
1956 cı il “İki yoldaş”
1969 cu il “Onun taleyi”
1976 cı il “Nəğməli könül”
1983 cü il “Məhəbbət olmayanda”
1986 cı il “Çətin yollar boyunca”
1994 cü il “Xoruzlu dəsmal” və s.kitabları
nəşr olunmuşdur
1971 ci ildə “Şərəf nişanı” ordeni ilə təltif
edilmişdir
1980 ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni
ilə təltif edilmişdir.
1996 cı ildə Dekabrın 5-də vəfat etmişdir.
Xalidə Hasilovanın yaradıcılığının
kitabxanalarda təbliği
Xalidə Hasilovanın 90 illik yubileyi ilə əlaqədar qlaraq həyat və fəaliyyətini, ictimai fəaliyyətini öyrənmək, geniş oxucu kütləsinə çatdırmaq, təbliğ etmək sahəsində kitabxanaların üzərinə böyük vəzifələr düşür. Bunun üçün əsasən əyani təbliğat formalarından istifadə etmək daha məqsədəuyğun hesab olunur. Hər hansı kütləvi tədbirin səmərəli təşkili kitabxanaçıların yaradıcılıq bacarığından daha çox asılıdır. Yubileylə bağlı kitabxanalarda müxtəlif səpgidə tədbirlər keçirilə bilər.
Bu tədbirlərə aiddir --- Oxucu konfransı, ədəbi-bədii gecə, sərgi, mövzu gecəsi, dəyirmi masa, sual-cavab gecəsi, ucadan oxu, biblioqrafik xülasə, söhbət, yazıçının həyat və yaradıcılığından bəhs edən məruzə və mühazirə və s.
Kitabxanalarda istifadə olunan əyani təbliğat formalarından biri sərgilərdir.
İstedadlı yazıçımız Xalidə Hasilovanın yubileyi ilə bağlı təşkil olunmuş sərginin nümunəsini göstəririk:
-
Başlıq - Xalidə Hasilova - 90
-
Yazıçının portreti
-
Yazıçının ayrı-ayrı əsərləri
-
“Ana fəryadı”,
-
“Çilçiraq”,
-
“Xatirənin sorağında”,
-
“Nəğməli Könül”
-
“Heç kim yad deyil”,
-
“Ləpəli sahilin xatirələri” və s.
Sonra X. Hasilova haqqında yazılmış materiallar, mətbuatda dərc olunmuş materiallar öz əksini tapır.
Sərgidə eyni zamanda yazıçının tərcümələrinə də yer ayrılmalıdır.
Sərgidə bu sitatlardan istifadə edilə bilər:
-
“O ölkə güclüdür ki, onun lider qadnları var”
S. Vurğun
-
“Çörək yerə düşərsə öpüb göz üstə qoyarsan, Quranı da eləcə ucalardan - uca tutarsan, vay o günə ki, sözün yerə düşə”
X. Hasilova
Sərginin üstün cəhəti bir də odur ki, oxucu sərgiyə baxarkən yazıçının əsərləri ilə şəxsən yerindəcə tanış olur və elə oradaca kitabxanaçıdan yazıçının hansısa bır əsərini verməsini xahiş edir. Bu zaman kitabxanaçı həmin əsəri sərgidən yox,
fond vasitəsi ilə oxucuya verə bilər.
Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri də oxucu konfransıdır.
X. Hasilovanın yubileyi ilə bağlı “İstedadlı jurnalist, könülləri oxşayan yazıçı”
başlığı altında oxucu konfransı keçirilə bilər.
Konfrans keçiriləcək otaqda yazıçının əsərlərindən ibarət sərgi təşkil olunmalıdır.
Konfransı hazırlamaq üçün ayrıca proqram tərtib etmək lazımdır. Proqamda konfransın adı, giriş sözü ilə çıxış edən şəxs,və digər çıxışçıların adı göstərilir.
Eyni zamanda hazırlanmış proqramda kpnfransın nə zaman və harada keçiriləcəyi barədə məlumat verilir. Oxucu konfransı keçirərkən kitabxanaçılar tədbirin çox
davam etməsinə yox, onun kefiyyətli və daha məzmunlu keçməsinə çalışmalıdırlar.
Bunun üçün kitabxanaçı yazıçının yaradıcılığı ilə dərindən tanış olmalı, əsərləri haqqında daha çox məlumata malik olmalıdır. Konfransın daha maraqlı keçməsi üçün tədbirə yazıçılar, ədəbiyyatşünaslar, jurnalistlər, müəllimlər dəvət olunmalıdır. Eyni zamanda bu qabaqcıl ziyalılar X. Hasilovanın həyat və yaradıcılığı, ictimai fəaliyyəti, oxucular tərəfində necə qəbul olunması haqqqında məruzə və çıxışlar etməlidirlər. Bu çıxışların mətni tədbirin proqramı ilə birgə
kitabxanada saxlanılmalıdır.
Oxucuların, gənc nəslin mənəvi tərbiyəsində X. Hasilovanın fəaliyyəti ilə bağlı söhbətlərin, anım gecələrinin, sual-cavab gecələrinin keçirilməsi yazıçının yaradıcılığının təbliğində böyük əhəmiyyət malikdir.
X. Hasilovanın 90 illik yubileyi ilə bağlı keçiriləcək sual-cavab gecəsini
sizə təqdim edirik:
Sual-cavab gecəsi keçirilərkən kitabxanaçı tərəfindən tədbirin sualları hazırlanır və oxuculara paylanılır.
Suallar belə tərtib oluna bilər:
1. X. Hasilova kimdir ?
2. İlk yaradıcılığa hansı əsəri ilə başlayıb ?
3. Jurnalist fəaliyyəti haqqında nə bilirsiniz ?
4. Hansı əsərləri var və hansını oxumusunuz ?
5. Ana fəryadı povestində nədən bəhs edilir ?
6. Əsərin qəhrəmanlarına münasibətiniz ?
7. Uşaqlar üşün hansı əsərləri var ?
8. İctimai fəaliyyəti barədə nə bilirsiniz ?
9. X. Hasilova hansı fəxri adlara və mükafatlara layiq
görülüb ?
10. Tərcümələrindən hansını tanıyırsınız ?
11. Neçə piyesi səhnələşdirilib ?
12. Hansı jurnallarda redaktor işləyib ?
13. Ən çox hansı əsərini sevirsiniz ?
14. Neçənci ildə vəfat edib ?
Son
Internetdə :
-
www. Azerbayjan.news. az.
-
www. gooqle az.
-
www. kitab. az.
İstifadə olunmuş ədəbiyyat :
Ədəbiyyat siyahısı
-
Əlamətdar və tarixi günlər təqvimi - 2010
-
X. Hasilova Ana fəryadı. B, Yazıçı, 1989 - 280 s.
-
X. Hasilova Ləpəli sahilin xatirələri. B, Gənclik, 1983 – 300 s.
-
X. Hasilova Xatirənin sorağında. B, Yazıçı – 1983 – 240 s.
-
X. Hasilova Xatirə B, Gənclik, 1978 – 127 s.
-
X. Hasilova Nəğməli Könül, B, Gənclik, 1976 – 176 s.
-
X. Hasilova Kaman, B, Gənclik, 1972 – 184 s.
Dövrü mətbuatda
-
Flora Xəlilzadə
-
Biz bir durna qatarıyıq.Azərbaycan qaz. 22 Aprel 2000 ci il.
-
F. Xəlilzadə
-
Sözün qədrini bilən yazıçı. Azərbaycan qaz. 31 may 2005 ci il.
Tərtib edən : Metodiki işlərin təşkili
şöbəsinin metodist
Haqverdiyeva Həqiqət
Redaktor : Metodiki işlərin təşkili
şöbəsinin müdüri Abbasova İradə
Kompyüter Məlumat biblioqrafiya şöbəsinin
dizayneri: biblioqrafı Abbasova Leyla
Dostları ilə paylaş: |