SpirtləR, fenollar və sadə efirləR” BÖLMƏsinin tədrisində FƏal təlimin metodlarindan istifadə


Mövzu: fenolun quruluşu, alınması və kimyəvi xassələri. Məqsəd



Yüklə 152 Kb.
səhifə3/4
tarix05.01.2022
ölçüsü152 Kb.
#111315
1   2   3   4
Mövzu: fenolun quruluşu, alınması və kimyəvi xassələri.

Məqsəd: 1.Fenolun quruluşunu izah edir.

2.Fenolun alınmasını şərh edir və müvafiq reaksiya tənliklərini tərtib edir.

3.Fenolun spirtlərdən fərqli olan kimyəvi xassələrini qeyd edir və müvafiq reaksiya tənliklərini tərtib edir

Təlim üsulu: müsahibəli şərh, müstəqil iş. BİBO

Təlim forması: qruplarda iş.

İnteqrasiya: fəndaxili əlaqə.

Resurslar: mil və kürəciklər, fenol,natrium, natrium qələvisi, fenolfitalein, bromlu su, nitrat turşusu, dəmir-3 xlorid, sınaq şüşələri.

Dərsin gedişi: Sinifin təşkilindən sonra müəllim spirtlərlə bağlı olaraq frontal sorğu keçirir.

Motivasiya: Fenol molekul quruluşundan asılı olaraq aromatik karbohidrogenlər və spirtlərdən fərqli nə kimi xassələrə malik ola bilər?

Şagirdləri göstərilən məzmunlu tədqiqata cəlb etmək məqsədi ilə onlara iş vərəqləri verilir.

I.Spirt- 1.Benzolun quruluşu ilə fenolun molekul quruluşu arasında fərqi izah edin

2. Benzoldan fenolun alınması reaksiyasının tənliyini yazın.

3. Benzolla fenolun kimyəvi xassəsində olan fərqi göstərin

4.Natriumfenolyatdan fenolun alınmasını göstərən reaksiyanın tənliyini tərtib edin.



II.Efir- 1.Fenol molekuluna metil radikalı birləşmişdir.Bunu adlandırın.

2.Fenolla propilenin reaksiyasının tənliyini yazın.

3.Fenolun natrium qələvisi ilə reaksiyasının tənliyini yazın

4.Fenoldan oksimetilfenolun alınmasını göstərən reaksiyanın tənliyini yazın.



III. Qliserin- 1. fenol molekulunda 3-cü və 4-cü karbona metil radikalı birləşmişdir.Molekul quruluşunu göstərin və adlandırın.

2.İzopropil benzolun quruluşunu göstərin.

3.Fenolun bromla reaksiyasının tənliyini yazın.

4.Fenolun vəsvi təyini reaksiyasının tənliyini yazın.



IV. Fenol- 1. fenol molekulunda hidroksil qrupunun fenil radikalına və əksinə təsiri izah edin.

2. Benzoldan asetonun alınması reaksiyasının tənliyini tərtib edin.

3. Trinitro fenolun alınması reaksiyasının tənliyini yazın.

4. Fenolformaldehidin alınmasının reaksiya tənliyini yazın.

Şagirdlər verilən tapşırıqlar əsasında tədqiqatlarını davam etdirirlər.Qrupdaxili müzakirədən sonra müəllimin rəhbərliyi və göstərişləri əsasında növbə ilə qrupların liderləri suallarını sinif qarşısında müzakirə şəkilində cavablandırırlar.Lazımı reaksiya tənliklərini lövhədə qeyd edirlər

Fenolun kimyəvi xassələrinə aid olan təcrübələrdən hər qrup birini nümayiş etdirir.

Birinci qrupun şagirdləri nümayiş stolununa yaxınlaşırlar.Sınaq şüşəsinə az miqdarda natrium qələvisi tökür, sonra üzərinə moruğu rəng alınana kimi fenolfitalein məhlulu əlavə edir. Bunun üzərinə isə əvvəlcədən bütün təcrübələr üçün destiilə suyunda həll edilmiş fenoldan çox az miqdarda tökürlər, rəngin dəyişməsi reaksiyanın getməsini göstərdi.

İkinci qrupun şagirdləri sınaq şüşəsinə kolbada hazırlanmış fenolfitaleindən tökür və üzərinə kiçik natrium metalı əlavə edir.Sınaq şüşəsinin ağzına kirbit çöpünü yandırıb yaxınlaşdırdıqda fit səsinin gələməsi hidrogenin çıxmasını bildirdi.

Üçüncü qrupun şagirdləri isə sınaq şüşəsində olan bromlu suya bir az fenolfitalein əlavə edirlər .Rəngin dəyişməsi tribromfenolun alındığını göstərdi.

Dördüncü qrupun şagirdləri lakmus məhlulu ilə qırmızı rəngə boyanmış nitrat turşusunun üzərinə fenolfitalein əlavə edirlər. Rəngin itməsi tirinitrofenolun alınmasını bildirdi. Aparılan təcrübələrin reaksiya tənlikləri də lövhədə yazılır.

Yenə dərsin sonunda şagirdlər BİBO cədvəlini tamamlayırlar.


Bilirik

Bilmək istəyirik

Bildik

Doymuş biratomlu,iki atomlu, üç atomlu spirtlərin quruluşunu, alınma üsullarını, kimyəvi xassələrini

Fenolun quruluşunu,alınma üsullarını və kimyəvi xassələrini. Tətbiqini

Fenolun quruluşunu, alınma üsullarını və kimyəvi xassələrini. Tətbiqini

Beləliklə dərs yekunlaşdırılır və şagirdlər əldə etdikləri bilik və bacarıqlarının tətbiqini bir neçə çalışmaların yerinə yetirilməsi ilə başa çatdırdılar.



Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin