“SPIRTLƏR, FENOLLAR VƏ SADƏ EFIRLƏR” BÖLMƏSININ
TƏDRISINDƏ FƏAL TƏLIMIN METODLARINDAN ISTIFADƏ
Mürşüd Fərəcov
pedaqoqika üzrə fəlsəfə doktoru
Aynur Zülfiqarova
Ağdam rayonun 32 saylı məktəbin kimya müəllimi
Təranə Tağıyeva
Azərbaycan Müəllimlər İnstitunun müəllimi
Ümumitəhsil məktəblərinin XI sinifində bu bölmənin tədrisinə kimya proqramında 10 saat vaxt nəzərdə tutulmuşdur. Tədris vahidinin prespektiv planlaşmasını aşağıdakı kimi hazırlamağı məqsədəuyğun hesab edirik.
Tədris vahidi
|
S№
|
Mövzular
|
saat
|
Təlim üsulu və forması
|
İnteqra
siya
|
Resurslar
|
Spirtlər
|
1
|
Doymuş biratomlu spirtlər.
Molekul quruluşları, homolojı sıra, fiziki xassələri
|
1
|
Müsahibəli
şərh.BİBO
Siniflə iş
|
Fəndaxili
əlaqə
|
Atomun qurluşu.
Mil və kürəciklər
|
|
2
|
İzomerlik və nomenklatura.
|
1
|
Problemli şərh. BİBO
Sinifləiş
|
Fəndaxili
əlaqə
|
Atomun qurluşu.
Mil və kürəciklər.
|
|
3
|
Spirtlərin alınması.
Praktiki məşqələ.
|
1
|
Müstəqil iş
Qrupla iş
|
Fəndaxili əlaqə
|
Internetdən-
Müvafiq təcrübələr
|
|
4
|
Spirtlərin kimyəvi xassələri.Tətbiqi
|
1
|
Müsahibəli şərh .BİBO.
Qrupla iş
|
Fəndaxili və fənlərarası
əlaqə
|
Etil spirti, natrium,
natrium hidroksid, xlorid turşusu,sulfat turşusu,mis-2 oksid, sınaq şüşələri, internetdən müvafiq təcrübələr.
|
Sadə efirlər
|
5
|
Sadə efirlər
|
1
|
Problemli şərh.Qruplarla iş
|
Fəndaxili
əlaqə
|
Internetdən müvafiq təcrübələr
|
|
6
|
Çox atomlu spirtlər, quruluşu və alınması.
|
1
|
Müstəqil iş
Qruplarla iş
|
Fəndaxili əlaqə
|
Mil və kürəciklər,
Internetdən təcrübələr
|
|
7
|
Çox atomlu spirtlərin kimyəvi xassələri.Tətbiqi.
|
1
|
Müstəqil iş
BİBO
Qruplarla iş
|
Fəndaxili əlaqə
|
Internetdən təcrübələr
|
|
8
|
Qliserin,alınması,xassələri,tətbiqi.
Praktiki məşqələ
|
1
|
Müstəqil iş
Qruplarla iş
BİBO
|
Fəndaxili əlaqə
|
Internetdən təcrübələr.qliserin,mis-2 hidroksid,nitrat və sulfat turşusu
|
Fenollar
|
9
|
Fenolların quruluşu, alınması,kimyəvi xassələri
|
1
|
Problemli şərh, Müstəqil iş BİBO
|
Fəndaxili
əlaqə
|
Internetdənfenolun və fenolyatların quruluşu, xəssələrinə aid təcrübələr.
|
|
10
|
Laboratoriya təcrübəsi:Qliserinə aid təcrübələr.
|
1
|
Müstəqil iş.
BİBO
|
Fəndaxili
əlaqə
|
Internetdən müvafiq təcrübələr
|
Planlaşmadan göründüyü kimi hər bir mövzunun tədrisində müəllim müvafiq əyanı vəsaitlərdən və təcrübələrdən istifadə etməyi nəzərdə tutmalıdır. Fikrimizi bir neçə dərs nümunəsində bildirməyi lazım bilirik
Mövzu: Doymuş biratomlu spirtlər.Molekul quruluşları.
Məqsəd: 1.Spirt nolekulunun quruluşunu kəmiyyət və keyfiyyət baxımından
təyin edə bilir.
2.Etil spirtinin molekulunda kimyəvi rabitələri fərqləndirə bilir.
3.Spirt molekulunda hidrogen atomlarından birinin daha mütəhərrik olmasını atomların elektron quruluşu əsasında şərh edə bilir.
Təlim üsulu:Müsahibəli şərh. Müstəqil işlər.
Təlim forması: siniflə iş.
İnteqrasiya: Fəndaxili əlaqə
Resurslar: Mil və kürəciklər, atomun elektron quruluşunun tablosu, spirt, natrium, su, natrium hidroksid, xlorid turşusu, qaz aparan boru, kibrit, sınaq şüşələri.
Dərsin gedişi: Sinfin təşkilindən sonra müəllim şagirdlərin hələ onuncu sinifdə üzvi kimyadan öyrəndikləri doymuş və doymamış karbohidrogenlərin haqqında olan məlumatlarını müvafiq suallar əsasında yada salmalarını bildirir. Bu məlumatların təkrarlanması şagirdlərə keçən dərsdə tapşırılmışdır.
M. Doymuş və doymamış karbohidrogenlərin molekulları hansı atomlardan və kimyəvi rabitələrdən təşkil olunmuşdur?
Ş. Hər iki karbohidrogenlər karbon və hidrogen atomlarından, siqma və pi rabitələrindən təşkil olunmuşdur.
M. Etanın və butilenin molekul quruluşunu və kimyəvi rabitələrini . elektron quruluşu əsasında izah edin
Ş.Hər iki maddənin quruluşunu şagirdlər göstərirlər, Etan molekulunda atomlar arasında siqma rabitəsinin, butilen molekulunda isə bünlardan fərqli olaraq karbonlar arasında qoşa rabitələrdən birinin pi rabitəsi olduğu qeyd edilir.
M-Doymuş və doymamış karbohidrogenlərin kimyəvi xassələrinə metan və butilen nümunəsində misal göstərin.
Ş-Doymuş karbohidrogenlər əvəzetmə, parçalanma, izomerləşmə və yanma xassələrinə malikdir. Doymamış karbohidrogenlər isə özünə birləşdirmə, polimerləşmə və oksidləşmə xassələrinə malikdirlər. Şagirdlər suallara cavab olaraq müvafiq reaqsiya tənliklərini lövhədə yazırlar.
Motivasiya: Üzvi birləşmələrin yeni nümayəndəsi olan “Spirtlər.Sadə efirlər. Fenollar”tədris vahidinə aid olan birləşmələrin quruluşu və xassələri doymuş və doymamış karbohidrogenlərin quruluşundan və kimyəvi xassələrindən nə ilə fərqlənir?
Müəllim dərsin gedişini müsahibə ilə aparmağa çalışır.
M. İki şagird gəlsin biri etanın , ikincisi etil spirtinin mil və kürəciklərdən istifadə etməklə modellərini düzəltsinlər. Müəllim etil spirtinin molekul formulunu lövhədə yazır.
Ş. Etanın modelini şagird nümayiş etdirir.Etil spirtinin modelinin düzəldilməsində oksigeni karbon atomlarının ortasında yerlədirirlər.
M. Müəllim bu modeli nümayiş etdirir və şagirdlərdən birinə sınaq şüşəsinə etil spirti əlavə etdirir,onun üzərinə çox kiçik ölçüdə natrium metalı daxil edilir Təcrübədə hidrogenin alınması onun yandırılması ilə bildirilir.:
M-Bu təcrübədə etil spirtindən metalın təsirindən altı hidrogendən hansı çıxarılmışdır?
Natium metalının sudan iki hidrogendən birini və turşulardan bütün hidrogenlərini çıxarmasını yadınıza salın.
Ş. Şagirdlər sual ətrafında fikirləşməklə yanaşı dərslikdən spirtin tərkibində hansı atomların kəmiyyətcə nə qədər olmasını, onun molekul kütləsinin necə müəyyən olunmasını da öyrənirlər.
M-demək spirt molekulunun quruluşunda hidrogenlərdən beşi karbon atomlarına, oksigen iki hidrogen birləşən karbona və bir hidrogen də oksigenə birləşmiş olur.Bunu daha bir təcrübənin aparılması ilə nəzərdən keçirək.
Ş. Sınaq şüşəsinə az miqdarda natrium hidroksid əlavə edir , bununda üzərinə rəngin dəyişməsi hiss olunana qədər fenolfitalein məhlulu tökür. Qələvi məluluna rəngin itməsinə qədər tədricən spirt əlavə edir
M-Apardığımız fikir mübadiləsindən və göstərilən təcrübələrdən belə bir nəticəyə gələ bilərik ki, bütün doymuş spirtlərin molekulları karbohidrogen radikalı ilə birləşən hidroksil qruplarından ibarətdir. Bu qruplara funksional qruplar da deyilir. Hidroksidlərin sayından asılı olaraq spirtlər bir, iki, üç və çox atomlu ola bilərlər.Spirtlərin fiziki və kimyəvi xassələri də onların molekullarını əm\ələ gətirən karbohidrogen radikallarından və hidroksil qruplarının sayından asılıdır. Demək hər bir maddənin xassəsi onun quruluşundan və əksinə asılıdır. Bunları növbəti dərslərin gedişində müəyyən edəcəyik.
Mövzu: Doymuş biratomlu spirtlərin kimyəvi xassələri
Standart:2.2.1. 3.1.1.
Məqsəd: 1.Doymuş biratomlu spirtlərin qələvilər və turşular arasında reaksiyasının tənliklərini yaza bilir.
2. Doymuş biratomlu spirtlərin dehidratlaşmasının tənliyini yaza bilir.
3. Doymuş biratomlu spirtlərin alınması və kimyəvi xassələrinin öyrənilməsi zamanı siniflər arasında genetik əlaqələrdən istifadə edə bilir.
4. Doymuş biratomlu spirtlərin alınması və kimyəvi xassələrinə dair çalışma və məsələri həll edir.
İnteqrasiya: kimya, biologiya, riyaziyyat.
Dədsin tipi: Yeni materialın öyrənilməsi dərsi
İş forması: bütün siniflə, kiçik qruplarla iş
İş üsulu: Beyin həmləsi, anlayışın çıxarılması, semantik əlaqələrin təhlili, istiqamətləndirilmiş mühazirə.
Resurslar: Dərslik, iş vərəqləri , spirt, su, natrium, natrium qələvisi, xlorid turşusu
Dərsin gedişi:
I. mərhələ Motivasiya
Müəllim yazı lövhəsindən tablo asır:
Müəllim sinifə müraciət edir.
Tabloda göstərilən dairədə gizlənən sözə aid aşağıdakı sözlər yazılmışdır.: şəkərli maddələrin.qıcqırmasından alınır, spesifik iyə malikdir, dezinfeksiyaedicidir, su ilə qarışır və yanıcıdır. Bu xüsusiyyətlərə əsasən, bunun hansı maddə olduğunu deyə bilərsinizmi? ( spirtlər)
-Siz spirtlər haqqında daha nələr bilirsiniz? (spirtlərin quruluşunu, onların homolojı sırasını,izomerliyini və adlandırılmasını)
-İndi isə doymuş biratomlu spirtlərin alınması və kimyəvi xassələrini öyrənəcəyik.
Tədqiqat sualı:Doymuş biratomlu spirtlər necə alınır və nə kimi kimyəvi xassələri göstərə bilər?
II. mərhələ Tədqiqatın aparılması.
Müəllim şagirdlərlə birlikdə tədqiqat sualı ətrafında işləyirlər. Müəllim yönəldici suallardan istifadə edir:
M. Hansı mövzunu öyrənərkən, siz spirtlərin alınmasına təsadüf etmisiniz? (Alkenlərin hidratlaşması və kimyəvi xassələrini öyrənərkən) Şagirdlər yazı lövhəsində müvafiq reaksiyaların tənliklərini yazırlar.
CH2= CH2+H2O = CH3-CH2OH
CH2=CH-CH3+H2O= CH3-/CH-CH3
OH
Müəllim birinci reaksiyada birli, ikinci reaksiyada isə ikili spirtlərin alındığını şagirdlərdən soruşur .
M. Daha hansı üsulla spirtləri almaq olar? (şəkərli maddələrin qıcqırmasından)
Şagirdlər bu reaksiyanın da tənliyini müəllimin köməkliyi ilə lövhədə yazırlar.
C6H12O6 = 2 C2H5OH + 2CO2
Müəllim qeyd edir ki, bu proses maya göbələyinin iştirakı ilə gedir və çaxırın alınmasında istifadə olunur. Müəllimin mühazirəsi əsasında şagirdlər spirtlərin digər alınma üsulları ilə tanış olurlar. kat.t.
C5H11Cl + KOH = C5H11 OH + KCl : CO + 2H2 = CH3OH
Müəllim qeyd edir ki, etanolu tərkibində nişasta olan məhsullardan və oduncaqdan-sellilozadan da alırlar.Doymuş biratomlu spirtlərin kimyəvi xassələrini izah etmək üçün müəllim C-O və O-H rabitələrinin polyar xarakteri haqqında məlumat verir. Hər iki rabitə polyar olduğundan, onların qırılması ion mexanizmi ilə baş verir.
III. Mərhələ. Müəllim sinifi 4 ki,ik qrupa ayırır. Hər qrupa üzərində tapşırıqlar yazılan iş vərəqləri paylayır.
1.qrupun tapşırığı: spirtlərin quruluş formullarını yazın 1) A) 2-metil butanol-1
b) 3,3 dimetil pentanol-2
2) Aşağıdakı çevrilmələrin həyata keçirilməsi üçün baş verən reaksiya tənliklərini yazın
CaC2---C2H2—C2H4—C2H5OH
II.qrupun tapşırığı.
Alkoqol nədir? Onun insan orqanizminə təsiri necədir?
Aşağıdakı çevrilmələrin reaksiya tənliklərini yazın.
CH4—CH3Cl—C2H6—C2H4—C2H5OH
III. qrupun tapşırığı.
1) Etil spirtinin yanmasından hansı maddələri almaq olar? Reaksiya tənliklərini yazın.
/CH3
2 ) CH3-/C-CH3 və CH3—/CH—CH2OH
OH CH3
Bu birləşmələri beynəlxalq və səmərəli üsulla adlandırın
IV. mərhələ. Məlumatın müzakirəsinin təşkili.
Hər bir qrupun lideri qrupun işinin nəticəsi haqqında müəllimə və sinifə məlumat verir.
V. mərhələ. Müəllim refleksiya üçün suallar verir.
1) Doymuş biratomlu spirtlər necə alınır?
2) Doymuş biratomlu spirtlər hansı maddələrlə reaksiyaya daxil ola bilir.
3) Doymuş karbohidrogenlərdən qaz halında olanı hansı maddələrdir?
Sonda bu nəticəyə gəlinir ki, spirtlərin fiziki və kimyəvi xassələri quruluşu ilə əlaqədardır.
VI. Tətbiq etmə. Şagirdlər doymuş biratomlu spirtlərin üzvi birləşmələrin digər sinifləri ilə əlaqəsi sxemini qururlar.
VII. Qiymətləndirmə
Meyarlar cədvəlinə əsasən aparılır.
Qruplar/meyarlar
|
1.qrup
|
II.qrup
|
III.qrup
|
IV.qrup
|
|
1.Əməkdaşlıq
|
|
|
|
|
|
2.Təqdimat
|
|
|
|
|
|
3.Əlavələr
|
|
|
|
|
|
4. Fəallıq
|
|
|
|
|
|
5.Cəm:
|
|
|
|
|
|
Mövzu: Çoxatomlu spirtlər,quruluşu, alınması və xassələri.
Dostları ilə paylaş: |