Şriftlər və klaviatura haqqında
Poliqarfiyada şriftlərlə işləyərkən aşağıdakı ölçü vahidlərindən istifadə olunur: dyüm, punkt, pitç, pika və interval Horizontal üzrə dyüm və ya punkt, vertikal üzrə isə interval istifadə olunur
dyüm in və ya ″ ilə işarə olunur
pitç bir dyüm sahəyə düşən simvolların sayını göstərir və p ilə işarə olunur Məsələn, p10, bir dyümə 10 simvolun düşdüyünü göstərir
pika 1 pika=4,2 mm
punkt (point) simvolun hündürlüyünə aidir və pt ilə işarə olunur Bəzi hallarda eniniə də aid edilir 1 pt = 1/72=1/12pik=0,352mm Adətən 12 punktlu simvolun hündürlüyü 1/6 dyümə bərabərdir və 1 dyümdə 6 sətir çap etmək mümkündür
interval isə li ilə işarə olunur 1 li = 1/6 = 12pt
Şriftin tipləri Windows də müxtəlif tip şriftlərdən istifadə olunur Windows a 3 tip şrift daxil edilib:
kontur (Outline fonts);
rastr (Raster fonts);
vektor (Vector fonts)
Kontur şriftlər düz xəttin və əyrinin bir hissəsindən təşkil olunur Əyrilər riyazi düsutrlarla hesablanır 3 tip kontur şriftlər mövcuddur: True Type, Open Type və Type 1 (Adobe System İnc kompaniyası)
True Type şriftləri ekranda göründüyü kimi çap olunur Ölçüləri 4÷127 punkt arasında olmaqla, şriftin qarşısına simvolu qoyulur
Windows-a aşağıdakı şriftlər daxildir: Arial, Courier, Symbol, Times New Roman və Wingdings
Arial sistem məlumatları üçündür
Courier yazı makinasının şriftlərinə oxşayır
Times New Roman mətbəələrdə istifadə olunur
Open Type şriftləri True Type və Type 1 şriftləri əsasında yaradılıb Bu şriftlərin qarşısına O işarəsi qoyulur Windows-da Open Type aşağıdakı şriftləri var, Arial, Courier New, Symbol, Times New Roman, Lucida Console və Wingdings
Rastr şriftləri Rastr şriftləri nöqtələr massivindən təşkil olunur (bit mapped font) Rastr şriftlərin simvolları ekranda və bütün tip printerlərdə istifadə olunur Hər bir printerin özünün rastr şriftləri mövcuddur Rastr şriftlərinin böyüdülməsində keyfiyyət aşağı düşür
Windows-a beş rastr sistem şrifti daxildir: Courier, MS Sans Serif, MS Serif, Small və Symbol
Dostları ilə paylaş: |