Linux - UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir. Kernelin kodları GNU Ümumi Cəmiyyət Lisenziyası çərçivəsində müstəqil olaraq dəyişdirilə, istifadə edilə bilər. Linux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk, noutbuk, server komputerləri, is stansiyaları, ağıllı telefon, stolüstü komputerlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir. Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi komputerlərdə də istifadə edənlər çoxluq təşkil edir. Təbii ki, bu halda redaktə edilən kodların və azad proqram anlayışının təsiri böyükdür. Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat bir struktura malik olan Linux xüsusilə server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür. Mint, Ubuntu, openSUSE, Pardus, Mandriva kimi son versiyaları ilə Linux əməliyyat sisteminin istifadəçi faizi gündən-günə artmaqdadır.
Palm OS - Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm İnc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır. Palm OS əllə toxunula bilən (touchscreen) qrafik istifadəçi interfeysi ilə asan istifadə olunması üçün istehsal edilmişdir. Bu, şəxsi məlumatların idarə edilməsi üçün əsas proqramlar dəsti ilə təmin edilir. Palm əməliyyat sisteminin son versiyaları smartfonlarda istifadə üçün nəzərdə tutulmuşdur. 2007-ci ildə Palm əməliyyat sistemi ticarət markası aldıqdan sonra Garnet OS deyə yenidən adlandırıldı. Garnet OS sisteminin varisi olan ACCESS 2009-cu ildən Access Linux Platform deyə tanınmağa başladı və gələcəkdə istehsal olunacaq cihazlar üçün Palm Os ilə Web OS sistemləri arasında keçidlər etməyə başladı. Palm OS rəsmi olaraq Cef Hokinsin rəhbərliyi altında Palm Computing şirkəti tərəfindən istehsal olunur. Palm Computing şirkəti sonralar 3Com-a çevrilən US Robotics Corp tərəfindən Palm İnc-ə çevrildi
x86 və başqa platformalar; Çoxprosessorlu və təkprosessorlu; 16, 32, 64 bitli sistem; Tək tapşırıqlı və çox tapşırıqlı; Prosessoru real zaman və mühafizə rejimlərində işlədən; İş stansiyası və server; Fiziki yaddaş və ya virtual yaddaşdan istifadə edən; FAT, NTFS və digər fayl sistemi; Əmr sistemi və obyekt yönlü qrafik istifadəçi interfeysi.
Microsoft Windows Macintosh İOS Linux Symbian Android
Android — Google və Open Handset Allience tərəfindən kodlaşdırılmış Linux Əməliyyat sistemi əsaslı bir mobil cihaz (PDA və cib telefonları) üçün inkişaf etdirilmiş açıq qaynaq kodlu bir əməliyyat sistemi. 5 noyabr 2007-ci ildə Open Handset Allience Android əməliyyat sistemini yaratdı. 34 ədəd təchizat, proqram və telekom şirkəti, mobil cihazlar üçün təlif haqqı olmayan bir əməliyyat sisteminin texnologiyanın inkişafı üçün çox faydalı olduğu mövzusunda həmfikirlər. 2008-də bazarda bir çox Android Əməliyyat sistemi Apache free-software və Açıq Qaynaq Kodu lisensıya ilə inkişaf etdirildi.
iOS (keçmiş adı ilə iPhone OS) Appleın başlangıcda iPhone üçün yaratdığı lakin daha sonra iPod Touch ve iPadde de fəaliyyət göstərən mobil operativ sistemdir. iOS