Əmr sətri rejimi
Windows-da “əmr sətri” (Выполнить (Run (İcra et))) vasitəsi vardır. Windows 7-də bunu çağırmaq üçün Win və R klavişlərini birgə sıxmaq lazımdır. Bu zaman ekrana Выполнить (Run (İcra et)) adlı pəncərə çıxır (şəkil 5.13). Bu pəncərədə isə əmr sətri rejiminin bütün imkanlarını istifadə etmək olur.
Qurğuların dispetçeri
Qurğuların dispetçeri kompüterin bütün qurğuları haqqında informasiyanın toplandığı əsas verilənlər bazasıdır. Bu dispetçerin köməyilə praktik olaraq istənilən qurğunu idarə etmək olur. Kompüterdə qurğuların dispetçerini açmaq üçün İdarəetmə panelinin (Панель управления (Control panel)) Система и безопасность (Sistem və təhlükəsizlik) bölməsinin Система (Sistem) bölməsindən Диспетчер устройств (Device Manager (Qurğu menecerı)) bölməsini seçmək lazımdır. Bu zaman ekrana Диспетчер устройств (Device Manager) adlanan pəncərə çıxacaqdır (şəkil 5.14).
Dostları ilə paylaş: |