Proseduryönlü sistemlərdə istifadə olunan proqramlaşdırma dilləri maşınyönlü dillərdən fərqli olaraq, konkret tip kompüterlə əlaqəli olmayıb, istənilən alqoritmlərin (prosedurların) proqramlaşdırılmasını və bu proqramların istənilən tip kompüterdə icrasını təmin edirlər Bu dillərin üç adı mövcuddur: alqoritmik dillər, prosedur dillər, direktiv dillər Ümumən onlara yüksək səviyyəli proqramlaşdırma dilləri də deyilir
Yüksək səviyyəli proqramlaşdırma dilləri universal xarakter daşıyıb, istənilən sahəyə aid məsələlərin proqramlaşdırılmasını təmin edirlər Lakin proqramlaşdırma təcrübəsində çox vaxt proseduryönlü dil tətbiq sahəsinin xarakterinə uyğun yaradılır Bu baxımdam proseduryönlü dilləri şərti olaraq 4 qrupa ayırmaq olar:
- elmi — texniki məsələlərin proqramlaşdırılması üçün dillər Bu qrupa Alqol, Fortran, Basic, Pascal, C dillərini aid etmək olar
- iqtisadi məsələlərin proqramlaşdırılması üçün dillər: Kobal, PL-1
- texnoloji proseslərin idarəetmə alqoritmlərinin və modelləşdirmə məsələləri-nin proqramlaşdırılması üçün dillər:Art, Simula, Simskript
- informasiya məntiq məsələlərinin həlli üçün dillər: LİSP, Komit, EPL KRL
Dostları ilə paylaş: |