Səkkizinci sahə. Kataloq yazısının sonuncu sahəsi faylın ölçüsü üçündür. 4 baytlı işarəsiz tam ədədlə təsvir edilən bu ədəd faylın ölçüsünü çox böyük götürməyə imkan verir.
|
MS-DOS əməliyyat sistemi ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS əməliyyat sisteminin 6.0 və 7.0 versiyalarından istifadə edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə uzlaşmamasıdır.
MS-DOS əməliyyat sistemi kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yaddaşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini, kompüter avadanlıq və qurğularının (klaviatura, displey, sərt disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MS-DOS əməliyyat sistemi minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:
MS-DOS-un ilkin və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar arasında uzlaşma olmalıdır;
MS-DOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən kompüterlər ilə işləmə imkanına malik olmalıdır.
Hazırda Windows 7 əməliyyatlar sistemindən geniş istifadə MS-DOS əməliyyat sisteminin əhəmiyyətini heçə endirmir. Çünki:
çoxlu sayda yaradıcı sahələrə aid MS-DOS-da tərtib edilən proqramlar müvəffəqiyyətlə istifadə edilir.
Windows əməliyyat sistemi və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında MS-DOS proqramlarından istifadə edilir.
MS-DOS əməliyyat sisteminin üstün cəhətləri bunlardır:
geniş imkanlı əmrlər sisteminə malikdir;
fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;
çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;
əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması mümkünlüyü;
istifadəçilər ilə dialoq müddətində digər məsələnin həllinin mümkünlüyü;
Dostları ilə paylaş: |