Sıra sayı Mövzular Mühazirə



Yüklə 0,77 Mb.
səhifə6/103
tarix01.01.2022
ölçüsü0,77 Mb.
#105879
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   103
Mövzu 2. ƏMƏLIYYAT   SISTEMLƏRI

Plan:

  1. Əməliyyat sistemlərinin inkişaf tarixi.

  2. Əməliyyat sistemlərinin təsnifatı.

  3. Əməliyyat sistemlərinə olan tələbatlar

Sistem proqram təminatı  (SPT) kompüterdə informasiyanın emalı  prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir hissəsi də hesab edirlər.  Əməliyyat sistemləri SPT-nın  əsas tərkib hissəsidir.

Əməliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa düşülür.

Əməliyyat sistemləri informasiya emalının idarə olunmasını və aparat vasitələri ilə istifa­də­çinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-nin əsas funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirlməsinə nəzarət edir.

Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

- birməsələli (biristifadəçili);

- çoxməsələli (çoxistifadəçili);

- şəbəkə.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin