İkinci yerdə isə Çin Həyat sığortası (ümumi reytinqdə 49-cu yer): 55,7 milyard dollar dəyərində bazar dəyəri, 377 milyard dollar aktiv, 81,5 milyard dollar satış, 5,6 milyard dollar gəlir;
Bu seqmentdə üçüncü yer Britaniya şirkəti Prudential (Forbes reytinqində 66-cı yer) tərəfindən tamamlanıb. Şirkətin bazar dəyəri 53,4 milyard dollar, aktivləri 558,7 milyard dollar, satışı 63,1 milyard dollar, gəlirləri isə 3,9 milyard dollar təşkil edir.
Şəkil 2. Forbes Global 2018 (www.forbes.com)
Qlobal 2000-də Təkrar Sığorta Reytinqi
AON (Böyük Britaniya)
Marsh & McLennan (ABŞ);
Arthur J. Gallagher (ABŞ).
Aon ümumi reytinqdə 420-ci pillədə olsa da təkrar sığorta edən şirkətlər içində öz göstəricilərinə görə birinci yerdədi.
Şəkil3. Forbes Global 2018 (www.forbes.com)
Sığorta bazarı qlobal sənayenin digər sektorları ilə yaxından əlaqəli olduğu aydındır. Eyni iqtisadi şərtlərin təsiri altında olan sığorta bazarı müvafiq olaraq cavab verir. Effektivlik üçün, sığorta şirkətləri müştəri ehtiyaclarına cavab verən, yeni proqramlar hazırlayan strategiyaları nəzərdən keçirir, yeni bazarları axtarmağa davam edirlər. Yaşamaq üçün ən yaxşı iqtisadi şərtlər deyil, çox sayda yerli sığortaçı sığorta bazarını tərk etməyə məcburdur, digərləri isə sığorta portfelini yenidən balanslaşdırırlar. Təəssüf ki, Qlobal 2000 yalnız sığorta sektorundan deyil, digər sənaye müəssisələrindən də heç bir Azərbaycan şirkətini əhatə etmir (Qlobal Reytinq, 2018)
2. FƏSİL. “Standard Insurance” şirkətinin
marketinq fəaliyyətinin təhlili
Azərbaycanda sığorta bazarının müasir vəziyyətinin
təhlili
Azərbaycanda sığorta sektorunun inkişafı üçün görülən işlər gözlənilən effekti vermir. Səbəbi isə bu qədər işin görülməsinə baxmayaraq sığorta şirkətləri hələ də xalqın inamını qazana bilmir. Görünən burdur ki, xalq hələdə sığorta şirkətlərinə çox az inanır. Vəziyyətin necə olduğunu bilən sığorta şirkətləri insanların inamını qazanmaq üçün lazımi qədər tədbirlər görmürlər.
Sığorta bazarının formalaşması iki dövrü əhatə edir; birinci dövür XXI əsrə qədər, ikinci dövür isə XXI əsrin ilk on doqquz ilini əhatə edir. Bizim əsas araşdıracağımız dövür müasir dövrü əhatə edir (N.N.Xuduyev 2013).
Əvvəl vəziyyət belə idi ki, sığortaçıliqa Nazirlər kabineti nəzarət edirdi. Şirkətlərdə maliyyələşdirmə, investisiya qoyuluşları, şirkətlərin koporativləşməsi aşağı səviyyədə idi. Sonradan bu sahəyə olan nəzarət Maliyyə Nazirliyinə həvalə edildi və Maliyyə Nazirliyi tərəfindən ciddi islahatlar keçirildi. İlk islahat kapital qoyuluşunun çoxaldılması ilə bağlı idi. Nəticədə zəif sığorta şirkətləri bazardan çıxmağa məcbur oldu. Həmin dövürdən başlayaraq sığorta bazarinda davamlı inkişaf hiss edildi. Lakin bu inkişaf 2008-ci il böhranı ilə əlaqədar ləngidi. İki il sonra yenidə bazarda inkişaf başladı. Sonarkı illərdə baş verən devalivasiya yeni manatın öz dəyərini itirməsi nəticəsində sığorta şirkətləri böyük problemlərlə qarşılaşdı. Məsələ burdur ki, Azərbaycanda olan sığorta şirkətlərinin düzgün marketinq strategiyası istifadə etməmələri ilə yanaşı xarici (makro mühütün) təsirlər nəticəsində sığorta şirkətləri öz inkişaflarında daima problemlər yaşayırlar (Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Sığorta Bələdçisi”, 2008).
Sığorta bazarında olan problemlər öz həllini tapa bilmir bəlkədə bunu sığorta şirkətləri özləri istəmirlər. Çünki illik xərcləri daha da artacaq nəticədə yüksək gəlir götürə bilməməkdən qorxurlar. Lakin bu xərclər qısa dövür ərzində yüksək gəlir gətirməsədə digər sığorta şirkətləri ilə müqaisədə rəqabətdə üstünlük əldə edeceək. Bu isə o deməkdir ki, uzun müddətli dövürdə sığorta şirkətlərinin mənfəəti artacaq. Digər tərəfdən isə tənqidlər tək sığorta şirkətlərinə deyil, istehlakçılarada aid olmalıdır. Nəticə etibarı ilə sığorta şirkətlərinə mənfi təsir edir. Məsələn, daha çox avtomobillərin sığortası geniş yayılıb Azərbaycanda. Qanuna əsasən hərkəs icbari sığortadan istifadə etməlidir. Bu isə o demədir ki, onsuzda müştəri kütləsi var. Əsas məsələ bazarda olan istehlakçıları cəlb etməkdir. Bunun üçün də istehlakçıların inanmını qazanmaq lazımdır. Bunu edə bilənlər daha çox bazar payına sahib olur və daha çox mənfəət əldə edir. Məsələ budur ki, sığorta şirkətləri özlərinə qarşı olan qara piyarı düzgün istiqametlendirə bilmir. Azərbaycanın sığorta bazarında olan əsas problemlərdən biri də, müştəri inamını qazana bilməməkləridi. Bu inamsızlığın yaranma səbəbi isə ondan ibarətdir ki, sığorta şirkətləri sığorta ödənişlərini ya ödəmirlər ya da tam ödəmirlər bir sözlə süründürürlər. Devalivasiyadan sonra avtomobillərin ehtiyyat hissələrinin qiymətinin qalxması sığorta şirkətləri üçün müsbət hal olmadı. Belə ki, avtomobilə dəyən ziyan üçün daha çox ödəniş etməlidir. Bu isə sığortaçının yığımlarına təsir edir. Hətta ödənişlərin düzgün olmaması nəticəsində iş məhkəməyə qədər uzanır. Sığorta etdirənlərin də özlərinin hüquqlarını bilməməsi bu işin uzanmasına səbəb olur. İşin sonunun necə olmasında aslı olmayaraq sığorta şirkətinə mənfi təsir edir. Referent qrupları nəzərə alsaq bir problem nəticəsində bir sığorta şirkəti çox müştəri itirir. Hal-hazırda sığorta bazarında bu problemlər qalır. İcbari sığortanın olması sığorta şirkətlərinin marketinq strategiyasından geniş şəkildə istifadə etməməsinə səbəb olur. Bu da ki, əldə olan müştərinin digər sığorta şirkətlərinə keçmə ehtimalını artırır. Bir müştəri sığorta şirkətinin hər hansı xidmətindən razı qalmadıqda asanlıqla digər şirkətin xidmətindən istifadə edir (“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, 2007).
Azərbayan Respublikasının qanununa əsasən hər kəs daşınmaz əmlakını icbari səkildə sığorta etdirməlidir. Lakin qanunun icrasına ciddi nəzarətin olmaması, cərmələrin tətbiq edilməməsi, sığorta şirkətlərinin insanları cəlb edə bilməməsi nəticəsində bu sektorun işləməməsinə gətirib çıxarır. Avtomobillərin sığortasına ciddi nəzarətin olması, yüksək cərmələrin tətbiq edilməsi nəticəsində hər kəs məcbur sığorta etdirir. Sığorta şirkətlərinin işləri asanlaşır. Əlavə xərclər az olur və rahatlaşırlar. Bu səbəbdən marketinq strategiyasının geniş formada tətbiq etmələrinə maraq az olur. Marketinqin tətbiq edilmısində təcrübəsiz olmaları nəticəsində icbari sığortadan başqa sığorta növlərinə müştəri cəlb etməkdə problemlər yaşayırlar. Xalqın inamını qazana bilməmələri sığorta bazarında istehlakçı kütləsinin az olmasına gətirib çıxarır. Digər təfərdən isə daşınmaz əmlakın sığortasını şirkətlər risk kimi qəbul edir. Səbəbi isə baş verən zərərin təmin edilməsi üçün çox vəsait ödəməlidirlər (“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, 2007).
Azərbaycanın sığorta bazaında sığorta şirkətləri ticarət markəzlərinin və bazrların sığorta edilməsinə maraqlı deyillər. Çünki yanğınlar tez-tez baş verir və obyektlərdə təhlükəsizlik tədbirləri demək olar görülmür. Bunu bilən sığorta şirkətləri həmin obyektləri sığortalamaqdan qaçırlar. İnsanların məsuliyyətsizliyidə böyük rol oyanyır. Sığorta etdirməyin vacibliyini tam şəkildə qavramadıqları üçün sığorta etdirməyin ağılsızlıq olduğunu düşünürlər.
Diqlasda baş verən yanğını misal göstərmək olar. Yanğın zamanı mağaza sahibləri böyük ziyan gördülər. Bu zaman zərərin bir hissəsini sığortadan əldə etdikləri kopmensasiya ilə qarşılaya bilərdilər. Lakin sığorta etdirmədiklər üçün bunu edə bilmədilər. Esas məsələ isə mağazada olan məhsulların rəsmi uçotunun olmamasıdır. İnsanların sığortaçılar ilə qarşılıqlı anlamamazlıqları onları böyük ziyanla üz-üzə qoydu. “Sədərək” və “Binə” alış-veriş mərkəzləri də acnacaqlı vəziyyətdədir. Belə ki, təhlükəzsizlik tədbirlərinin sıfr vəziyyətdə olması orada hər hansı fəlakətin olmasına yol verir. Bu görə də, sahibkarlar bu məsələlərə daha ciddi yanaşmalıdırlar yəni lazımi təhlukəsizlik tədbirləri görülməlidir. Sığorta şirkətlərinin xidmətlərindən düzgün istifadə etməlidirlər. Sığorta şirkətləri belə halların qarşısını almaq üçün müştəriləri məlumatlandırıb onları sığorta etdirməyə cəlb etməlidirlər.
Son illərdə sığorta bazarında fəaliyyətin tənzimlənilməsində, müştəri məmnuniyyətinin yaxşılaşdırılmasında, rəqiblərin araşdırılmasında, beynəlxalq təcrübədən istifadə edilməsində və sair bölmələrdə nəzərə çarpacaq qədər işlər görülüb. Lakin bu tam inkişafa nail olmaq demək deyil. Başqa ölkələrdə sığortaçılıqın yüzə yaxın növündən istifadə edilir və başqa fərqli sığorta xidmətləri yaradılması üçün daima çalışırlar. Azərbaycanda isə dörd-beş növ sığorta geniş yayılıb digərləri isə yox səviyyəsindədir. Şirkətlər daha çox əmlak və avtomobil sığortası etməyə çalışır. Digər çox sayda sığorta növləri varkən. Məsələn; tibbi sığorta, həyat sığortası, lojistika sığortasi və sair sığortalar qala-qala. Bunun səbəbi isə şirkətlərin əsas maraqları puldur. Sığorta işinə fərqli tərəfdən baxmaq lazimdır. Belə ki, sığortaçılıqın digər sahələrinin infikşafi və geniş tətbiqi iqtisadiyyatın digər sahələrinin birbaşa və dolayı yollar ilə inkişaf etməsinə təsir edir.
Sığorta şirkətləri bazarı özləri tənzimləməlidirlər. Dövlətin tətbiq etdiyi qayda-qanunlara arxayın olmmalıdırlar. Şirkətlər öz inkişaf istiqamətlərini özləri seçməlidirlər. Bu gün sığorta bazarını nəzərdən keçirdikdə sığorta bazarı o qədərdə ürəy açan deyil. Çünki icbari sığorta olması insanların öz avtomobillərini sığorta etdirməyə məcbur edir. Bu da sığota sirkətlərini şirnikdirir və bu xidməti təklif edir. Məsələnin pis tərəfi odur ki, avtomobillərin ehtiyyat hisslərinin əvvəlki qiymətləri ilə indiki qiymətləri arasında böyük fərq var və sığorta qiyməti dəyişməz qalıb. Bu da indiki dövürdə qəzalar zamanı sığorta şirkətlərini daha çox ziyana salır. Müştərinin pulunu isə tam ödəmədikdə problemlər yaranır. Bu da müştərini itirməyə gətirib çıxarır.
Sığorta bazarında yerləşən sığorta şirkətlərinin daha ciddiyə almadıqları məsələlərindən biridə reklam xərclərini minumuma salmaqlarıdı. Tv reklamları olsa belə effeksizdir çünki qiymət bahadır və reklamları silsilə şəkildə edə bilmirlər. Sonra isə reklamın əhəmiyyətsiz olduğunu deyirlər. Sığorta bazarının sürətli inkişaf üçün lazımi işlər görülmür. Bazarda olan istehlakçı kütləsini idarə edə bilmirlər sadəcə möcud vəziyyətdən istifadə edirlər. Bu da sığortaçılıqın digər ölkələr ilə müqaisədə geri qalmasına səbəb olur.
Sığorta şirkətləri daima pul qazanırlar və işlərini davam etdirməkləri üçün buna ehtiyacları vardır. Lakin müştəri məmnuniyyəti də vacibdir mənfəət əldə etmək üçün. Azərbaycanda referent qrup güclüdür bir müştəri məmnun qaldıqda digər insanları da həmin şirkətə cəlb edə bilər amma ki, narazı qaldıqda çox insanın fikrini dəyişdirə bilər. Dahası isə onlar daima bazarı araşdırmalıdırlar və ehtiyyaca uyğun məhsul yaratmalıdırlar. Daima bazara yeniliklər gətirməlidirlər. Nəzərdən keçirsək 10 il əzrində öz məhsullarında yeniliklər etməyən şirkətlər aşkar etmək olar. Hətta Azərbaycanda olan başqa sahələrdə fəaliyyət göstərən şirkətlər vardır ki, hər hansı böhran, xarici təsir olduqda ilk olaraq marketinq fəaliyyəti üçün ayrılan kapitalın həcmini azaldırlar. Əslində bu düzgün strategiya deyil onlar tam əksini etməlidirlər. Müştərilər olmasa olduqları çətin vəziyyətdən çıxa bilməzlər və nəticədə şirkətin müflis olmasına gətirib çıxarır. “Bəzi sığorta şirkətlərinin inhisarçılığı vəziyyətin bu yerə gəlməsinə səbəb olub. İnsanlar arasında sığortaya etibar və inam yoxdur”, - V.Əhmədov.
Sığorta bazrı Azərbaycan iqtisadiyyatının mühüm hissəsi kimi qəbul ediləsdə bu sahənin ÜDM-də payı çox azdır. 2018-ci ilin statistikasına əsasən 0.91% faiz təşkil edib. “Maliyyə Bazarlarına Nəzarət Palata”sının verdiyi məlumatlara görə 2017 ilə nisbətdə 30%-lik artım qeydə alınıb. Bu artım ölkə iqtisadiyyatının ÜDM-nə çox az təsir etsə də, sığorta bazarının ÜDM-də dəfələrlə çox artım deməkdir. İcbari sığortanın payı 26.5%-dir (ekspert Xəyal Məmmədxanlı). Vergi Məcəlləsində edilmiş dəyişiklər nəticəsində vergi dərəcəsi 2% olmuşdur (Bağırov, 2006).
Şəkil 4. Azərbaycanın sığorta şirkətlərinin siyahısı (Mənbə: https://atasigorta.az)
Yuxarıda göstərilən cədvəldə Azərbaycanda olan yerli sığorta sırkətlərinin siyahası qeyd edilib. Həmin sığorta şirkətlərində işləyən işçilərin sayı göstərilib. İşçi heyətinə görə ən böyük sığorta şirkəti “Azərsığorta”dır. İkınci yerdə “Azsığorta” qərarlaşib. “Standard Insurance” şirkətində işçi heyəti 113 nəfərdən ibarətdir.
Şəkil 5. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin aktivləri (manatla)
Yuxarıdakı cədvəldə sığorta sirkətlərinin 2018-ci ilin yanvarında aktivlərinə görə böyüklüyü göstərilib. Aktivlərinın həcminə görə cədvələ “Paşa Həyat Sığorta” başçılıq edir. “Standard Insurance” sığorta şirkəti aktivlərinin həcminə görə 16-cı yerdə qərarlaşıb.
№
|
Sığortaçının adı
|
Sığorta Haqları
|
Sığorta Ödənişləri
|
1
|
“Amrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
90.5
|
55.0
|
2
|
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
|
1,737.0
|
2,010.9
|
3
|
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti
|
5,374.5
|
3,477.6
|
4
|
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
9,285.6
|
2,705.0
|
5
|
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
10,528.7
|
4,546.0
|
6
|
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
962.1
|
2,085.2
|
7
|
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
|
31,689.6
|
2,953.0
|
8
|
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
1,464.4
|
306.8
|
9
|
“AZSIĞORTA” Açıq Səhmdar Cəmiyyəti
|
3,099.9
|
1,217.2
|
10
|
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
175.3
|
22.0
|
11
|
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
730.2
|
528.2
|
12
|
“İpək Yolu Sığorta” ASC
|
6,836.5
|
46.7
|
13
|
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
8,624.3
|
677.6
|
14
|
"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti
|
79.4
|
0.9
|
15
|
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
39,673.0
|
12,489.0
|
16
|
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
64,468.6
|
9,043.8
|
17
|
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
2,579.3
|
637.8
|
18
|
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
5,626.0
|
527.5
|
19
|
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
557.4
|
83.1
|
20
|
“Standard Insurance” Açıq Səhmdar Cəmiyyəti
|
1,892.7
|
858.9
|
21
|
"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
|
-
|
-
|
22
|
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
|
5,698.9
|
1,962.1
|
YEKUN
|
201,174.1
|
46,234.4
|
Şəkil 6. 2019-cu ilin yanvar-mart ayları üzrə sığorta haqqları və sığorta ödənişləri (mənbə https://www.fimsa.az/az/2019)
Standard Insurance sığorta şirkətinin fəaliyyətinin ümumi xarakteristikası
“Standard Insurance” şirkəti 2002-ci il fevralda MMC statusu alıb. Oktıyabr ayının 21-dən fəaliyyət göstərməyə başlayıb. İlk başlanğıcda nizamnamə kapitalı 600 000 manata bərabər olub və tez bir zamanda sürətli inkişafı ilə seçilib. Qeyd edək ki, “Standard insurance” şirkəti “AB Standard” şirkətlər birliyinin tərkibində yaradılıb. 2005-ci ildə özünün daha effektli idarəetmə sistemini yaradıb. Nəticə də isə “Standard Insurance” şirkəti Beynəlxalq ISO 9001-2000 şəhatədnaməsini almışdır. Hətta AON qrupu tərəfindən “Etibarlı şirkətlər siyahasına” daxil edilmişdir və hələ də həmin siyahıda qalmaqdadır.
2006-cı ildə artiq “Standard Insurance” nin inkişaf sürəti digər yerli sığorta şirkətlərini üstələməyə başladı. 2018-ci ildə yığımlar 9.5mln ABŞ dolları olubdur və 2005-ci illə müqaisədə 36%-lik artim qeydə alınmışdır. 2006-cı ildə sığorta sektorunda olan inkişaf ölkənin iqtisadiyyatına müsbət təsir etmişdir. Həmin ilin sonunda standard sığorta ölkənin vacib şirkətlərindən birinə çevrilmişdir. Öz mənfəəti hesabına (Standart Insurance sığorta, 2018).
2011-ci il və ondan əvvəlki bir neçə ildə də yenə öz inkişaf tempini saxlayaraq aparıcı şirkətlər arasında mövqelərini qoruya bilmişdi. İndi də dörd icbari və iyirimi dörd könüllü sığorta xidmətini göstərir. Uğurlarının bir neçə səbəbi vardır. Birincisi şirkətin idarəetmədə stratejik hərəkət etməsi və profesiyanal işçi heyətinə sahib olduğunu qeyd etmək olar. İkicisi bazara daima nəzarət edərək baş verən dəyişikliklərə anında reaksiya verməklə. Bunun nəticəsi olaraq 2012-ci ildə ən yaxşı beş şirkət arasında yer almışdır. İbcari sığorta xidmətlərində uğurlu fəaliyyəti ilə yadda qalmışdır. Həmin ildə şirkətin yığımları 21.2 mln azn olmaqla maksimum nəticə qeydə alınmışdır. Hətta agentliklərin və filialların sayında artım olmuşdur. 2014-cü ildə “Standard Insuarnce” “Global Banking and Finance” jurnalı tərəfindən “Azərbaycanın ən yaxşı sığorta şirkəti” nominasiyası üzrə mükafatlandırılıb.
“Standard Insurance” şirkəti müasir vəziyyətə uyğun fəaliyyət göstərməyə çalışır. Şirkət istehlakçıların və bazarın vəziyyətini dəyərləndirib sığorta xidməti məhsullarını buna görə formalaşdırır. Müştəri məmnuniyyəti yaratmaq və qorumaq üçün şirkət fəaliyyətini daim gücləndirir, işçi heyətinin güclənməsi, bacarıqlarının artırılması üçün lazımi tədbirlər görülür. Şirkətin özünə məxsus prinsipləri var (http://www.standardinsurance.az):
Müştəri məmnuniyyəti yaratmaq və oların sadiqliyini saxlamaq
Hədəflərə və məqsədlərə seçilən strategiya ilə çatmaq
İstehlakçı aditoriyasını genişləndirmək və mənfəəti artırmaq
Reytinqlərdə yuxarı pillələrdə olmaq
Yeniliklərlə müştərilərdə maraq yaratmaq
Sığorta məhsulu satmaq üçün əlaqəli olduqları şirkətlərin sayının artırılması
Filialların və ofislərin sayını çoxaltmaq
Karyera mərkəzi yaratmaqla potensiallı gəncləri şirkətə cəlb edirlər. Beləliklə onları sığorta sahəsində ixtisaslı kadr kimi yetişdirilir.
“Standard Insurance” şirkəti müxtəlif sığorta xidmətləri təklif edir. Xidmətlərə daxildir; əmlak sığortası, avtomobil sığortası, səfər sığortası, icbari sığorta, tibbi sığortaçılıq, yük, məsuliyyət, fərdi qəza (http://www.standardinsurance.az).
“Əmlak sığortası”- bu sığorta xitmətindən istifadə edərək əmlakı sığorta etdirmək mümkündür. İki cür sığorta etdirmək olar; birinci bütün dəyə biləcək ziyanlara qarşı sığorta, ikinci isə paket şəklində yəni paketdə adı qeyd olunan risklərə qarşı.
“İcbari sığorta”- Azərbaycan sığorta bazarında ən çox tələbatçısı olan sığorta növüdür. Bunun da səbəbi qanuna əsasən hər kəs icbari sığorta etdirməlidir. İcbari sığorta etdirmədikdə cərmələrin tətbiq edilməsi nəticəsində insanlar bu sığorta məhsuluna ehtiyac duyurlar. İcbari sığorta “Standard İnsurance” şirkətində dörd istiqamət üzrə təklif edilir. Birincisi daşınmaz əmlakın sığorta edilməsi. Burada mənzillər, obyektlər, mağazalar və sair icbaari sığorta edilir.
Hansı hallarda sığorta ödənişləri edilir; təbii fəlakətlər (güclü külək, güclü yağışlar, zəlzələ və s.) olduqda, qaz sızmasından baş verən partlayış zamanı, elektrikdə olan qısa qapanma, yaxınlıqda gedən işlər zamanı dəyən hər hansı ziyan və sair bu kimi hallarda sığprta ödənişləri edilir.
Ödənişlər bu hallar baş verdikdə edilmir; qəsdən ziyan vurmaq, təbbi hadisə baş verdikdən sonra edilə biləcək oğurluqlar, erroziya baş verdikdə və sair hallarda.
İkincisi daşınmaz əmlakdan istifadə zamanı icbari sığorta edilir. Bu sığorta xidmətinin məqsədi hər hansı fəaliyyət zamanı üçüncü şəxsin özünə və ya əmlakına dəyə biləcək ziyana qarşı sığorta etdirmək. Bu əmlaka daxil olan ərazidə təmir və ya yenidənqurma iş aparılan zaman olan hadisələr olduqda. Üçüncüsü avtomobil sahiblərinin icbari sığorta edilməsi. Bu sığorta xidməti əsasən sürücünün digər bir şəxsin əmlakına vurduğu ziyanın ödənilməsinə istiqamətlənir. Dördüncüsü naqliyyat vasitəsində olan sərnişinlərin qəza zamanı sağlamlıqlarına dəyə biləcək ziyanlara görə icbari sığorta edilməsi. Bu sığortanı nəqliyyat vasitəsinin sahibləri etdirməlidirlər. Yol boyu nəqliyyatda olan sərinişinlərin ala biləcəkləri xəsarətlərə görə sığorta edilir. Sığorta ödənişi 5000 manat müəyyən edilib.
“Avtomobil sığortası”- bu sığorta xidməti vasitəsilə avtonəqliyyat sahibləri dəyə biləcə ziyanlara qarşı öz könüllü şəkildə sığorta etdirirlər. Kasko sığorta xidmətindən istifadə etməklə avtomobili sığortalanır.
Nəqliyyat hadisəsi olduqda sığorta şirkətinin xidmətlərinə daxildir; hadisanin olduğu yerə getmək, qısa zamanda zərərin aradan qaldırlması, təmir zamanı nəzarət, dəyən ziyanın ekspertlər tərəfindən müəyyən edilməsi, qəza səbəblərini araşdırılması üçün hüquqi dəstəyin göstərilməsi.
“Standard Insurance” avtomobilin könüllü sığorta etdirilməsi üçün müxtəlif xidmətlər təklif edir. Təbii fəlakətlərə qarşı sığortalama, avtomobildə olan texniki problemlər səbəbindən baş verən yanğına qarşı müdafiə, avtomobil oğrular tərəfindən qaçrılması zamanı avtomobil sahibinə ziyanın ödənilməsi.
“Səfər Sığortası”- “Standard Insurance” şirkətinin bu sığorta xidmətindən istifadə etməklə xarici ölkələrə getdikdə səhhtnizlə bağlı ola biləcək problemlərə qarşı sığortalayır. Sizin xərclərinizi qarşılayır. Tibbi yardımın göstərilməsi xərcləri və sair.
Anket sorğusu
Sığorta şirkətinə müştərilərin münasibətini öyrənmək məqsədilə araşdırma aparılmış, anket sorğusu keçirilmişdir. Sorğunun aparılma məqsədi yerli sığorta şirkətlərinin xidmətlərindən istifadə edən istehlakçıların ölkədə olan sığorta sisteminə olan münasibətlərini müəyyən etmək üçündür. Hədəf istehlakçılar kimi 25+ yaşlı şəxslər seçilib. Səbəbi isə həmin insanların daha çox sığorta xidmətlərindən istifadə etməsidir. Sorğu 14 sualdan ibarətdir. Sorğumuzun ilk 3 sualı sosial formalı suallar, sonrakı 11 sual isə sırf Azərbaycandakı sığorta sahəsini əhatə etişdir. Sorğumuzda 111 nəfər iştirak etmişdir.
Qrafik 1.Sorğu iştirakçılarının cinsiyyəti
1-ci sualda şəkildən də göründüyü kimi, iştirakçıların cinsiyyətlərini qeyd etmələri tələb olunmuşdur.İştirakçıların 69,4 % hissəsi kişilər, 30,6 % hissəsi isə qadınlardan ibarət olmuşdur.
Qrafik 2. İştirakçıların yaş qrupları
İştirakçıların yaş qrupları 2-ci sualda qeyd olunmuşdur. Göründüyü kimi 25-35 yaş aralığına aid olan insanlar sorğumuzda iştirak edən şəxslərin böyük bir hissəsini əhatə edir ki, bu 57,7% təşkil etmişdir. Bundan sonra, 35-45 yaş aralığına aid olan respondentlər 28,8%, 45-55 yaş aralığına aid oln şəxslər isə 9,9 % təşkil etmişdir. Geriyə qalan hissə isə 55 yaşdan yuxarı şəxslərdən ibarətdir.
Dostları ilə paylaş: |