Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası


“Məmulatların konstruktor sənədlərinin işlənməsi



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

“Məmulatların konstruktor sənədlərinin işlənməsi. 

Texniki təklif, eskiz, texniki layihə konstruktor sənədləri” 

 

Məmulatların  konstruktor  sənədlərinin  yerinə  yetirilmə  mərhələləri  onun 



texniki tapşırığının tərtibi  və  təsdiqindən sonra aparılır. Konstruktor sənədləri 

texniki təklif, eskiz layihəsi, texniki layihə konstruktor işçi sənədlərindən ibarət 

olur. Layihə konstruktor sənədləri ilə paralel texnoloji sənədlərin işlənməsi də 

yerinə  yetirilir.  Bu  texnoloji  sənədlərə  istehsal  prosesinə  texnoloji  prosesin 

tətbiqi ilə əlaqədar texnoloji prosesin əlavə işlənməsi də daxil olunur. Bu mər-

hələdə hazırlanan məhsulun təcrübi nümunələri və bunların hazırlanmasına dair 

texnoloji tərtibat və ləvazimatlar, emal prosesində ölçmə prosesinin aparılması 

üçün  ləvazimatların  da  işlənib  hazırlanması  nəzərdə  tutulur.  Belə  paralellik 

məhsulun hazırlanması və layihələndiriləsinə sərf edilən vaxtı azaldır. 

Texniki  təkliflər  mərhələsində  kontruktorun  məhsula  layihələrin 

variantlarla işlənməsi və bu variantların texniki səviyyəsinin analizi aparılır. Bu 



halda  məmulun  konstruksiyasının  texnolojilik  cəhətdən  qiymətləndirilməsi  və 

onun  istehsalda  tətbiq  edilməsi  istiqaməti  müəyyən  edilir.  Texniki  təklif  və 

kontruksiya variantlarla işlənib, müqayisə edildikdən sonra texniki təklif, eskiz 

və texniki layihənin işlənməsi üçün əsas hesab edilir.  

Layihənin  eskiz  mərhələsinin  işlənməsində  konstruksiyanın  prinsipial 

sxemi  məmulatın  ümumi  komponovkası,  onun  qabarit  ölçüləri,  mühüm 

detalların ən böyük ölçüləri və məhsulun ümumi çəkisinin təqribi hesablanması 

aparılır. 

Eskiz  layihəsinin  məmulatın  müstəqil  yığım  vahidlərinə  ayrılması,  yığma 

prosesinin  təşkilati  strukturu  müəyyən  edilir.  Elə  bu  mərhələdə  məhsulun 

yığma  vahidlərində  unifikasiya,  aqreqatlaşma,  qovşaq  və  mexanizmlərdən 

istifadə  edilməsi  müəyyən  edilir.  Bu  bölmədə  də  materialların  sayının 

azaldılması ilə onların unifikasiyası pəstahların tökmə, döymə, ştamplama və s. 

üsullarla  hazırlanması  müəyyən  edilir.  Məhsulun  əsas  iqtisadi-texniki 

göstəricilərinə əmək tutumu, maya dəyəri, kooperasiya ilə alınan məmulatların 

müəyyən edilib hazırlanması da bu mərhələdə aparılır. 

Texniki  layihə  mərhələsində  məmulun  konstruksiyası  dəqiqləşdirilir. 

Müxtəlif  yığım  vahidlərinin  və  detallarının  ölşüləri  nəzərə  alınmaqla 

konstruksiya tərtib edilir. Bu halda konstruksiyanın forma və xarakteristikaları 

nəzərə  alınmaqla  material  və  pəstahın  növü,  yığma  vahidləri  və  aqreqatların 

konstruksiyaları müəyyən edilir. Yığmanın ardıcıllığı termiki emal, sınaq və s. 

işlənib hazırlanır. 

Konstruksiyanın  işçi  cizgilərinin  hazırlanması  mərhələsində  yığma 

vahidlərinin cizgisi, alınan detalların siyahısı, texniki cədvəllər və s. hazırlanır. 

Cihazların cizgilərinin hazırlanması standartda göstərilən qaydalara uyğun hər 

proyeksiyada  uyğun  kəsiklər  göstərilməklə  A0;    A1;  A2;  A3;  A4;  A5  olmur. 

Konstruktor  sənədlərinin  mətni  ГОСТ  2.105-89  standartına  uyğun  işlənib 



hazırlanır.  İşçi  sənədlərinin  hazırlanması  mərhələsində  təcrübi  nümunə 

məhsulun hazırlanması, sınağı, dövlət sınaqlarının analizi və lazım olduqda bu 

sınaq metodlarının təkmilləşdirilməsi üzrə işlər aparılır. 

 

 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin