Giriş nəzarəti – işçi layihənin işlənib qurtarmasından sonra müəssisənin
ixtisasçı işçiləri tərəfindən aparılır. Giriş nəzarətində layihəni işləyən təşkilatlar
konstruksiyanın texniki səviyyəsi, onun işlənməsi və müəssisədə layihənin
tətbiqi üzrə məsələlərin nəzarətin və layihə işləyən təşkilatlar da lazım gəldikdə
düzəlişlər aparır. Bu söylənilən nəzarətdən əlavə layihənin texnolojiliyə
işlənməsində bütövlükdə və seçmə üsulla yoxlamadan istifadə edirlər. Məhsul
konstruksiyalarının layihələri bütövlükdə nəzarətə nisbətən sadə konstruksiyalı
məmulatın layihəsi isə onların seçmə üsulu ilə əsas qovşaqları nəzarətə
uğradılır. Detalların konstruksiyasının texnolojiliyə təmini ümumi halda
onların konstruktiv elementlərinin müəyyən edilməsi, onların işgörmə və istis-
mar qaydalarını normativ sənədlərə uyğunluğunun yoxlanılması, bütün
elementlərin standart və unifikasiya səthlərindən olması təmin edilməsidir. İşçi
sənədlərinin işlənməsindən sonra onların konstruksiyaya, texnolojiliyə
işlənməsinə nəzarəti aparılmır. Çünki bu halda konstruksiyada lazım olan
texnolojiliyə dair dəyişikliklərin aparılması mümkün olmur.
Dostları ilə paylaş: |