Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası


“Məmulatların konstruksiyasının texnoljiliyə işlənməsində



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

“Məmulatların konstruksiyasının texnoljiliyə işlənməsində 

 kompleks dövlət texniki sənədləri.” 

 

Məmulatların  konstrusiyanın  texnoljiliyə  işlənməsi  üçün  standartlaşdırma 



orqanları  tərəfindən  dövlət  normativ  texniki  sənədlər  işlənib  hazırlanmışdır. 

Əsasən bu sənədlər sahələr üzrə  işlənib hazırlanmış və onlar ümumi metodiki 

xarakter  daşıyır.  Bu  sənədlərin  işlənsməsində    məmulun  növü,  ora  daxil  olan 



detallar, onların hazırlanması, istismarı və s nəzərə alınmaqla işlənir. Müəssisə 

və  sahə  səviyyəsində  bu  sənədlərə  konstruksiyanın  texnolojiliyə  işlənməsinin 

təşkili,  texnoloji  nəzarətin  aparılması  qaydaları,  texnolojiliyin  qiymət-

ləndirilməsi  metodikası  və  həmin  məhsulun  baza  keyfiyyət  göstəricilərinin 

müəyyən edilməsi aid edilir. əgər layihələndirilən konstruksiyanın texnolojilik 

dərəcəsini  100%  qəbul  etsək,  bu  halda  konstruksiyanın  texnoloji  və  istismar 

işlərinə  aparılan  tədbirlət  nəticəsində  50-80%  iqtisadi  effektlilik  əldə  edilmiş 

olar. Konstruktiv nöqteyi-nəzərincə aparılan tədbirlərə aşağıdakılar aid edilir: 



1.  Məmulun və yığma vahidlərinin konstruksiyalarının sadə komponovkalı 

sxemə gətirilməsi; 

2.  Məmulun  müstəqil  yığma  vahidlərinə  bölünməsi  və  onların  müstəqil 

hazırlanıb yığılması; 

3.  Detalların  sadə  həndəsi  formalarına  uyğun  olması  və  detalların 

hazırlanmasında rasional materiallardan istifadə edilməsi; 

4.  Yığmanın  qarşılıqlı  əvəzolunma  üsulu  ilə  aparılması  və  yığmada 

uyuşdurma üsulu  ilə aparılması; 

5.  Materialların,  yığma  vahidlərinin  və  detalların  elementlərinin 

unifikasiyasının aparılması. 

Texnoloji tədbirlər: 



1.  İstehsalatın  məhsul  hazırlığına  dair  görülən  işlərin  vaxtının 

azaldılması və tez bir zamanda nail olunması; 

2.  Müasir  yeni  texnoloji  avadanlıq  və  proseslərdən  istifadə  edərək 

istehsalın yüksəldilməsi və metal sərfinə qənaət edilməsi

3.  Emal  dəqiqliyinin  təmini  məqsədilə  rasional,  yığma,  sınaq  və  nəzarət 

əməliyyatlarının istehsalata tətbiq edilməsi. 

İstismar tədbirləri: 




1.  Məmulatın uzun müddətli etibarlı işini və uzunömürlülüyünün təminatı 

üzrə işlərin görülməsi; 

2.  Məmula qulluq və təmirin sadə olması; 

3.  Məmulun ehtiyyat hissələrinin sərfinin azaldılması. 

Texnoloji nəzarət ümumi halda 3 bölmədə aparılır: forma, ölçü,  müsaidə. 

Məsələn,  detalın  forması  onların  hazırlanma  texnologiyası  ilə  müəyyən  edilir. 

Bununla  belə  detalın  düzgün  hazırlanması  onun  materialımdan  da  asılı  olur. 

Əgər detal tablandırılmış poladlardan hazırlanırsa, bu halda mürəkkəb formalı 

detalların  hazırlanması  onun  bərkliyinə  görə  çətinlik  törədir.  Bu  halda  belə 

detallar  daha  yumşaq  legirli  alət  poladlardan  istifadə  etməklə  hazırlanması 

məqsədə uyğundur.  

Əgər  konstruksiyada  ölçü  və  müsaidələr  müəyyən  səbəbdən  gös-

tərilməyibsə,  bu  halda  detalların  hazırlanma  metodu  ilə  bu  ölçülər  müəyyən 

edilir. Göründüyü kimi hər bir bölmə özü-özlüyündə bir-biri ilə əlaqədə olurlar. 

Dəqiqliyin artırılması istehsalata yüksək dəqiqlikli avadanlıq, ölçü vasitələri və 

sınaq  avadanlıqları  tələb  edir  ki,  bu  da  ümumi  halda  yüksək  dəqiqlikli 

ixtisasçıların  olması  və  ümumilikdə  məhsulun  hazırlanma  xərclərini  artırır. 

Bundan  əlavə  konstruksiyada  lazımsız  müsaidələrin  qoyulması,  yığma 

prosesində  işlərin  mürəkkəbliyini  və  istehsalın  xərclərini  artırmış  olur.  Bütün 

bu  söylənənlərə  riayət  edilməsi  külli  istehsalda  məhsul  hazırlanmasına  daha 

effektli təsir göstərir. 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin