Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası


“Metroloji nəzarətin təşkili və keçirilmə qaydaları”



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

 

“Metroloji nəzarətin təşkili və keçirilmə qaydaları” 

 

 



Məmulun  istehsala  hazırlanması  prosesində  məmulun  cizgisi,  dəqiqlik 

normaları,  texnoloji  proseslər,  ölçmə  metodu  və  vəsaitlər  metroloji 

ekspertizadan  keçməlidir.  Məhsulun  hazırlanması,  istismarı,  ölçmə  prosesinin 

düzgünlüyü  metroloji  ekspertizanın  keçirilməsindən  çox  asılı  olur.  Metroloji 

nəzarətə əsas aşağıdakı sənədlər daxildir:  

1.   Konstruktor  sənədləri.  Bura  detalın  cizgisi,  yığma  cizgisi,  qabarit 

ölçüləri  quraşdırma  (montaj)  cizgiləri,  izahat  hissəsi,  texniki  şərtlər,  istehsal 

proqramı və sınaq metodları daxildir. 




2.   Texnoloji  sənədlər.  Bura  marşrut  və  əməliyyat  xəritələri,  eskizlər 

xəritəsi,  texnoloji  təlimatlar,  texnoloji  prosesin  tip  detalları  üçün  texnolji 

xəritəsi və s. 

3.   Metroloji  nəzarətdə  ölçmə  vasitələrinin  işlənməsinə  texniki  tapşırıq, 

aparılan  bütün  növ  sınaqların  protokolları,  normativ  texniki  sənədlərin 

layihələri və s. daxildir.  

Metroloji nəzarətdə qəbul edilən və metroloji nəzarətdən keçən sənədlərin 

qeydi  protokolda  göstərilənlərə  müqabil  xüsusi  jurnallarda  aparılır.  Metroloji 

nəzarətin aparılmasında əsas texniki sənəd kimi dövlət standartları və normativ 

texniki sənədlərdən istifadə edilir. Bu halda da nəzarətdə istifadə edilən ölçü və 

nəzarət quruluşları attestasiyadan keçmiş vəsaitlər olmalıdırlar. 

 

Texniki sənədin növündən asılı olmayaraq, metroloji nəzarət aşağıdakı 



ardıcıllıqla aparılmalıdır:  

1.  Sənədlərin komplektliyi və orada imzaların olması, nəzarətə uğradılan 

məmulun məzmunu və hansınəzarətin aparılması müəyyən edilir. 

2.  İstifadə edilən ölçmə vasitələrindən istehsal prosesində istifadə etdikdə, 



bu ölçmə vasitəsinin hansı standarta uyğun hazırlanması müəyyən edilməlidir. 

Müxtəlif  ölçmə  vasitələrindən  istehsalatda  istifadə  edildiyi  halda  bunlardan 

elələri  layihədə  göstərilməlidir  ki,  onların  qiyməti  ucuz,  ölçmə  məhsuldarlığı 

yüksək və ən əsas layihədə göstərilən tələblərə cavab verməlidir 

Qeyri-standart  hazırlanan  ölçmə  vasitələrinin  standart  ölçmə  vasitələri  ilə 

əvəz edilməsinə nail olmaq lazımdır.   




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin