“Məmulun konstruktor layihə texniki sənədlərinin
metroloji nəzarəti”
Belə nəzarətdə əsas məqsəd məmulun parametrlərinin düzgün seçilməsi və
sənədlərdə göstərilən dəqiqlik normalarının metroloji nəzarətə yararlılığının
müəyyən edilməsidir. Dəqəqlik normalarının metroloji nəzarətində aşağıdakılar
yoxlanılır:
1. Səthlərin forma dəqiqliyi, kələ-kötürlüyü və səthlərin bir-birinə nəzərən
qarşılıqlı vəziyyəti, verilən ölçü müsaidələrinin məmulun dəqiqliyinə
uyğunluğu;
2. Bütün elementlərə verilən dəqiqlik normalarının kifayət qədər
olmaması onların ölçmə vasitələrinin köməyi ilə nəzarətin aparılmasının
mümkünlüyü.
Məmulun cizgisinə metroloji nəzarətdə əsasən aşağıdakılar yoxlanılır:
1. Texnoloji ölçmə və konstruktur bazalarının qarşılıqlı uyğunluğu;
2. Cizgilərdə verilən dəqiqlik normalarının kifayət dərəcədə olması və
onların nəzarətinin ölçmə metodları ilə aparılması.
Ümumilikdə texniki layihə metroloji nəzarət aşağıdakı ardıcıllıqla aparılır:
1. Nəzarətə texniki şərtlərlə bərabər texniki tapşırıq və onun elementləri,
məmulun iş prinsipi, ümumi cizgisi istismara dair sənədlər təqdim edilməlidir.
Bu sənədlərin konkret siyahısı və hər bir siyahıya müqabil istifadə edilən
dövlət, sahə və müəssisə standartlarının olması göstərilməlidir.
2. Metroloji təminita dair toplanmış elmi-texniki sənədlər, məmula verilən
texniki şərtlər,qəbul və sınaq qaydaları və istifadə edilən standartlar
göstərilməlidir.
3. Texniki şərtlərə dair nəzarətdə təhlükəsizlik və ətraf mühitin
qorunmasına dair tələblərin layihədə göstərilməsi.
4.
Ölçü parametrlərinin nomenklaturasının müəyyən edilməsi və
çatışmayan texniki tələblərin sənədlərə daxil edilməsi. Hansılarınki işlənib
hazırlanması ilə məmulun texniki xarakteristikaları yüksəlir.
Yığma cizgisinin metroloji nəzarətinin əsas məmulun yığma vahidlərindən
ibarət olması onun quraşdırılması və ən əsas yığma prosesinin nəzarətə yararlı
olması yoxlanılır.
Texniki şərtlərə nəzarətdə ölçmə funksiyalarının yerinə yetirilməsi
ölçünün aparılma şəraiti göstərməklə ölçmə vasitələrindən istifadənin
mümkünlüyü, istismar qaydaları və onların texniki normativ sənədlərə
uyğunluğu yoxlanılır. Məhsul istehsalında istifadə edilən ölçmə vasitələri və
ölçmə metodlarının əsaslandırılması, texniki şərtlərin işlənməsi qaydaları
ГОСТ 1.26-78 standartına əasasən işlənməsi yoxlanılır.
Dostları ilə paylaş: