“Məmulatların metroloji ekspertizası. Əsas müddəalar.”
Ekspertiza elm texnika və sairə sahələrdə, xüsusilə bilik tələb edən
hərhansı bir məsələnin ekspert tərəfindən tətbiq edilməsidir. Ekspertizanın
nəticəsi rəy şəklində bildirilir. Ekspertiza ixtisaslaşmanın dərinləşməsi,
biliklərin differnsiyası, optimal qərarların qəbul edilməsi, ölkə iqtisadiyyatının
və elmin müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır. Ekspert xüsusi
bilik təlb edilən məsələləri həll etmək üçün dəvət olunan xüsusi elm-texnika və
sair sahələrin mütəxəssisləridir. Metroloji ekspertiza ilk növbədə ölçmənin
vahidliyi və dəqiqliyi ilə bərabər olan tələblərdən düzgün istifadə edilməsini
ekspert metroloqlar tərəfindən analiz edilib qiymətləndirilməsidir. Məqsəd
məhsul və xidmələrin bütün həyat tsiklində nəzarət ölçmə vasitələrindən
effektli istifadə etməni təmin etməkdi. Metroloji ekpertizada əsas aşağıdakı
məsələlər həll edilir:
1. Məhsulun və proseslərin ölçülən və nəzarət edilən parametrlərinin
optimal sayı və ölçmə diapozonunda dəqiqliyə verilən tələblərin təmin
edilməsi.
2. Ölçmənin dəqiqlik göstəricilərinin nəzarət və sınağın doğruluğu -
texnoloji prosesləri rejimlərinin optimallığı tələblərinin yoxlanılması.
3. Nəzarətə yararlı məhsulların nəzarət avadanlığına və ölçmənin yerinə
yetirilməsi metodikasına verilən tələblərin uyğunluğunun yoxlanılması.
4. İstehsalda və istismarda oln ölçmə vasitələrinin verilən dəqiqlik və
məhsuldarlıq tələblərinə uyğun olması və maya dəyərinin təmin edilməsinin
qiymətləndirilməsi.
Metroloji ekspertizaya uğradılan məhsulların nomenklaturasını onu
istehsal edən və ya istifadə edən təşkilatlar müəyyən deir.Metroloji
ekspertizanın nəticələri ekspert qərarında göstərilir.Ekspertiza bir neçə
mərhələlərdə aparılır.İlk əvvəl ekspertizaya uğradılan məhsulun sənədləri və
onun təyinatı üzrə istifadəsi, onun iş prinsipi öyrənildikdən sonra məhsulun
işlənməsində
istifadə
edilən
terminlərin
standartlara
uyğunluğu
yoxlanılır.Bütün sənədlərin tərtib edilməsinin yoxlanılmasından sonra ekspert
aşağıdakı məzmunda rəy hazırlayır:
1. Məhsulun işlənməsi, istehsalı və yığma prosesində metroloji təminatın
qiymətləndirilməsi.
2. Məhsulun
istehsalına
dair
ümumi
metroloji
təyinatın
qiymətləndirilməsi.
3. Ayrı-ayrı termin və fikirlər barədə anlayışların irəli sürülməsi.
4. Hesbat hissəsi və onun məzmunu və tərtibi haqqında rəyin irəli
sürülməsi.
Müəssisələrdə ölçmələrin səviyyəsinin qiymətləndirilməsi müəssisənin
metroloji xidmət orqanlarının fəaliyyətini əks etdirir və metroloji ekspertizada
aşağıdakılar göstərilir:
1. Müəssisədə metroloji ekspertizaya dair əsasnamənin olması və
müəssisənin metroloji kadrlarla təşkil edilməsi.
2. Ölçmə vasitələrinin və ölçmə texnikasına dair onların hazırlanması və
təmininə dair lisenziyaların olması və ümumilikdə ölçmə vasitələrinə metroloji
nəzarətin vəziyyəti.
3. Müəssisə metroloji xidmətinin müəssisənin digər şöbə və bölmələri ilə
və həmçinin dövlət metroloji xidmət orqanları ilə qarşılıqlı fəaliyyətinin
vəziyyəti.
Dostları ilə paylaş: |