Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası


“Standartların təsdiqi və dövlət qeydiyyatına təqdim edilmısi”



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

“Standartların təsdiqi və dövlət qeydiyyatına təqdim edilmısi” 

 

Standartlaşdırma,  metrologiya  və  patent  xidməti  üzrə  dövlət  komitəsi, 



nazirlik  və  baş  idarələr  tərəfindən  təqdim  edilmiş  standart  layihə,  3  ay  müd-

dətində  ona  baxılması  və  elmi  tədqiqat  instutları  və  laboratoriyalarda  onun 

ekspertizası yerinə yetirilir. Dövlət standartlaşdırma komitəsi layihə işləyənin, 

sifarişçilərin iştirakı ilə müşavirə keçirilir və bu müşavirələrdə layihəni işləyən 

təşkilat,  layihənin  elmi-texniki  əsaslandırılması  və  onun  iqtisadi  effektliyi 

barəsində məruzə edilir. Elə bu müşavirədə layihənin işlənməsi müddətində də 

layihəyə lazım olan dəyişiklərin siyahısı təqdim edilir. Layihədə layihənin təsir 

müddəti,  onun  tətbiqi  üzrə  müəssisə  və  bir  sıra  istehalın  təşkili  üçün  texniki 

tədbirlər  planı  göstərilir.  Dövlət  standartları,  komitənin  qərarı  ilə  ya  qəbul 

edilir, ya da onun işlənməsi üçün geri qaytarılır. 

Sahə  standartları,  nazirlik  və  baş  idarələr  tərəfindən  hazırlandığı  üçün 

onların  təsdiqi  də  bu  nazirliyin  rəhbərləri  tərəfindən  təsdiq  edilir.  Sahə 

standartlarının  işlənməsi  və  onların  təsdiqi  dövlət  komitəsində  razılaşdırıldıq-

dan sonra təsdiq edilir. Standartların təsir müddətinin müəyyən edilməsi və ya 

müəyyən edilməməsi ilə təsdiq edilə bilər. Xüsusilə metodiki və təşkilati işlərə 

dair standartlar təsir müddəti göstərilmədən təsdiq edilir. 




Texniki  şərtlərin  və  yeni  məhsula  qiymətin  qoyulması  standartlar  təsdiqə 

verilmədən  öncə  aparılır.  Məhsula  qiymət  Respublikanın  İqtisadi  İnkişaf 

Nazirliyinin Tarif Şurasının qərarı ilə qəbul olunur.  

Sahə  və  dövlət  standartları  təsdiq  olunduqdan  sonra  1  ay  müddətinə 

qeydiyyata  göndərilir.  Dövlət  komitəsinin  içində  fəaliyyət  göstərən  qeydiyyat 

bölmələri  1  ay  müddətinə  onun  qeydiyyatını  aparmalıdırlar.  Bütün  hallarda 

standartın  təsdiq  edilməməsindən  öncə  standartlaşdırma  üzrə  komitə  bu 

layihənin respublikanın qanunverici orqanlarının digər qanunlarına və normativ 

sənədlərə  uyğunluğu  yoxlayır.  Standartın  təqdim  edilməsi  haqqında  onlara 

qərarın verilməsi bütün bu cəhətlərin operativ olaraq çap olunması üçün şöbəyə 

məlumat verilir. 

Standartları  dövlət  qeydiyyatına  alan,  təsdiq  edən  orqan  standartlaşdırma 

üzrə  baş  idarənin dövlət  standartlaşdırma  qeydiyyatı  haqqında  məlumat  verir. 

Standart dövlət qeydiyyatına 3 nüsxədə təqdim olunur. Onlardan biri əsl, digər 

ikisi  isə  nüsxəsi  hesab  olunur.  Standartın  surəti  əsli  ilə  eyni  olmur  və  dövlət 

qeydiyyatına qoşma məktubla möhürlənmiş şəkildə təqdim olunur. Standartla-

rın  razılaşdırılması  haqqında  sənədlərin  surətləri  də  təqdim  olunur.  ГОСТ  

2.116-84  üzrə  texniki  səviyyə  xəritəsi  məhsulun  keyfiyyəti  haqqında 

müqayisəli  cədvəl,  standartaşdırma  komitəsinin  layihəyə  verdiyi  elmi-texniki 

ekspertizasının haqqını və hüquqi ekspertizasının surəti təqdim edilir. Standart, 

dövlət  qeydiyyatına  yumşaq  cilddə  çap  olunmuş  vərəqlərdən  yığılmış  kitab 

şəklində təqdim olunur. Standartlarda aparılan düzəlişlər yazı maşını və ya əllə 

(qara mürəkkəblə) yerinə yetirilməli, birinci səhifənin arxa hissəsində rəhbərin 

imzası dövlət qeydiyyatına təqdim edən orqanın, təşkilatın imzası olmalıdır və 

möhürlə təsdiq edilməlidir. 

 

 



 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin