İstehsalın həcmi və tipi, istehsalata edilən təchizatın dərəcəsini, texnoloji
prosesin
istehsal
tipindən
asılı
olaraq
mexanikləşdirilməsini
və
avtomatlaşdırılmasını, müəssisənin ixtisaslaşdırılmasını müəyyən edir.
Konstruktor sənədlərində məmulun hazırlanmasında metod və üsullar
işlənib hazırlanır. Bütün bunların tərtibi və hazırlanması konstruktor
sənədlərinin vahid sisteminə uyğun işlənib hazırlanır. Bu sənədlərin
işlənməsində konstruksiyanın texnolojilik dərəcisinin müəyyən edilməsi əsas
göstəricilərdən biridir. əgər məhsulun texnolojilik dərəcəsi – k, onun baza
məhsul texnolojilik dərəcəsi – k
b
olmuş olsa, onda ümumilikdə kontruksiyanın
texnolojilik dərəcəsi aşağıdakı kimi hesablanar:
Bu göstərici məhsulun hazırlanmasına texnolojilik dərəcəsini göstərən əsas
hesab edilir. Konstruksiyanın texnolojiliyi o halda hesab edilir ki, məmulun
konstruksiyasının texnolojilik səviyyəsi onun baza göstəricisinə bərabər və ya
ondan böyük olsun. Məmulatın konstruksiyasının texnolojilik səviyyəsi
ümumilikdə məhsulun texniki-iqtisadi göstəricilərinin müəyyən edilməsində və
məhsulun keyfiyyətinin yüksəldilməsində əsas rol oynayır. Məmulun
texnolojilik dərəcəsinin işlənməsi ən yaxşı halda onun istehsalata hazırlanması
ilə əlaqədar görülən tədbirlər də işlənməsidir.
Konstruksiyanın texnolojiliyə işlənmə səviyyəsi son nəticədə məhsulun
layihə edilməsi, hazırlanması və istismarı dövründə çəkilən xərclərin miqdarı
və o xərclərin geri qaytarılması işlərinin analizi ilə müəyyən edilir.
Dostları ilə paylaş: |