Standart və məhsul sənədlərinin işlənməsi və ekspertizası


“Məmulatların konstruksiyasının texnolojiliyə işlənməsinin ümumi



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix09.05.2022
ölçüsü0,53 Mb.
#115679
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
A.S. Sixseyidov Standartlarin ve normativ senedlerin hazirlanma texnologiyasi (1)

 


“Məmulatların konstruksiyasının texnolojiliyə işlənməsinin ümumi 

qaydaları. Texnoloji nəzarətin əsas formaları” 

 

Konstruksiyanı  texnolojiliyə  aparılan  işlərdən  asılı  olaraq  texnoloji 



nəzarətin əsas aşağıdakı formalarından istifadə edirlər: 

Daxili  nəzarət  –  belə  nəzarət  konstruktor  sənədlərini  işləyən  təşkilatın 

iştirakçıları tərəfindən layihənin işlənməsi zamanı aparılır. Belə nəzarət özü də 

3 mərhələdə yerinə yetirilir: 

1)  Məsləhətləşmələr  və  illik  nəzarət.  Belə  nəzarət  təşkilatın  bilavasitə 

bölmələri üzrə aparılan konstruktiv məsləhətləşmələr olur. Bu sahədə təşkilatın 

bütün bölmələri kontruktor, texnoloji, baş mexanik və s. bölmələr iştirak edir. 

2)  Originalda  hazırlanmış  qrafiki  və  mətn  sənədlərinin  yoxlanılması.  Bu 

sənədləri  yoxlamazdan  öncə  sənədləri  yoxlayan,  işləyən,  nəzarət  edən  və  s. 

qrafalarda  imzaların  olması  yoxlanılır.  Nəzarətə  təqdim  edilən  bütün  texniki 

sənədlər  kompleks  şəklində  olmalı  və  bu  sənədlər  ancaq  hər  hansı  məmulata 

ayrılmalıdır.  Bu    sənədlərə  texniki  tapşırıq,  eskiz  və  texniki  layihə  cədvəlləri 

bütün sənədlər standart üzrə işlənib hazırlanmalıdır. Bütün sənədlər kompleks 

şəklində  təqdim  edildikdən  sonra  nəzarətə  aşağıdakılar  təqdim  olunur:  yığma 

vahidlərinin  cizgiləri,  sxemlər,  mətn  sənədləri,  texniki  şərtlər,  izahat  vərəqəsi 

və s. 

3)  Texniki  nəzarət  qrafasına  yoxlama  və  imzalar  və  mətn  sənədlərinin 



nəzarətinin  düzgünlüyü  təsdiq  olunur.  Əgər  sənəd  işlənibsə,  bu  halda  texniki 

nəzarət  qrafasında  bu  sənədi  işləyən  ən  yüksək  kateqoriyalı  işçinin  imzası  ilə 

təsdiq edilir. 

Texnoloji  daxili  nəzarət  hazırlanmış  plan  qrafikinə  uyğun  müəssisə 

rəhbərliyi tərəfindən aparılır. Xarici nəzarəti istehsalçı müəssisənin ixtisasçıları 

tərəfindən konstruktor sənədlərinin işlənməsini də aparılır. Bu halda nəzarətin 




sayı  layihəni  işləyən  müəssisə  ilə  istehsalçı  müəssisə  arasında  razılaşmalara 

uyğun müəyyən olunur. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin